991) Kolititr nəyə deyilir?
A) 1 litr suda olan bağırsaq çöpünün miqdarı
B) Suyun üzvi maddələrlə çirklənməsi
C) 1 ml suda olan bakteriyaların miqdarı
D) Suyun qeyri - üzvi maddələrlə çirklənməsi
E) Müayinə olunan suyun elə ən az miqdarıdır ki, burada bağırsaq çöpü tapmaq olur.
Koli - titr suyun epidemioloji göstəricisidir. Müayinə olunan suyun elə ən az miqdarıdır ki, burada bağırsaq çöpü tapmaq olur.
Ədəbiyyat: M.A.Kazımov. “Ümümi gigiyena” Bakı 1999 səh 170 R.D.Qaboviç 1990 “Gigiyena” 1990 səh 63
992) Yerli isidici sistemin mənfi xüsusiyyətlərinə aşağıdakılardan hansı aid deyil?
A) Havanı çirkləndirir
B) Istifadə üçün səmərəsizdir
C) Yanğın təhlükəsi yaradır
D) Havanı qurudur
E) Bərabər bölüşdürülür
Mənzilin süni mikroiqlimi insan orqanizminin normal fəaliyyəti və istilik tənzimi üçün şərait yaratmalıdır. İsidici sistem 2 cür olur: yerli və mərkəzləşdirilmiş.Bərabər bölüşdürülmə yerli isidici sistemin mənfi xüsusiyyəyinə aid deyil.
Ədəbiyyat: R.D.Qaboviç 1990 “Gigiyena” 1990 səh 159
993) Uşaq və yeniyetmələrin fiziki inkişafını öyrənərkən hansı üsuldan istifadə edilmir?
A) Fiziometrik
B) Boyun ölçülməsi
C) Kliniki - laborator
D) Antropometrik
E) Terapevtik
Uşaqların fiziki inkişafı kompleks halda öyrənilir, fiziki inkişafı və sağlamlığına nəzarət etmək üçün hər il uşaq və yeniyetmələri tibbi müayinədən keçirmək lazımdır.Bu halda klinik-laborator müayinələr fiziki inkişafın öyrənilməsində əhəmiyyət kəsb etmir.
Ədəbiyyat: R.D.Qaboviç 1990 “Gigiyena” 1990 səh 343
Dostları ilə paylaş: |