995) Streptokok infeksiyası zamanı müayinə üçün nə götürülür?
A) Qan
B) Bəlğəm
C) Burundan ifrazat
D) Mədənin yuyuntu suyu
E) Onurğa beyni mayesi
Streptokok infeksiyası zamanı müayinə üçün qan götürülür, şəkərli bulyona əkilir.
Ədəbiyyat: H.İbrahimov, S. Zeynalova, İ.Əhmədov, A. Bayramov. “Tibbi mikrobiologiyadan tərcübə məşğələlərinə dair” Bakı. 1998. Səh. 176
996) Taun xəstəliyinin keçiricisi nələrdir?
A) Gənələr
B) Birələr
C) Ağcaqanadlar
D) Bitlər
E) Milçəklər
Taun çöpləri insan orqanizminə yoluxmuş materialla işlədikdə, birələrin dişləməsilə daxil olur.
Ədəbiyyat: H.H.İbrahimov “Tibbi mikrobiologiya”. Bakı.1995. Səh. 243
Dostları ilə paylaş: |