997) Qara yarada infeksiya mənbəyi nədir?
A) Xəstə heyvanlar
B) Xəstə insanlar
C) Milçəklər
D) Gənələr
E) Bitlər
Qarayarada infeksiya mənbəyi xəstə heyvanlardır. Yay aylarında yoluxma qansoran həşəratlar vasitəsilə də baş verə bilər.
Ədəbiyyat: H.H.İbrahimov “Tibbi mikrobiologiya”. Bakı.1995. Səh. 258
998) Brüselyozda infeksiya mənbəyi nədir?
A) Milçəklər
B) Gəmiricilər
C) İnsan
D) Pişiklər
E) İri və xırda buynuzlu mallar
İri və xırda buynuzlu mallar brüselyozda infeksiya mənbəyi hesab edilir.
İnsan bu xəstəliyə xəstə heyvanlardan (keçi, qoyun, inək, donuz və s.) yoluxur. İnsanın yoluxması ən çox alimentar yolla: süd, süd məhsulları ilə, bəzən xəstə heyvanlarla təmasda olduqda dəri səthindən və selikli qışadan da yoluxma baş verir.
Ədəbiyyat: H.H.İbrahimov “Tibbi mikrobiologiya”.Bakı.1995. Səh. 249
Dostları ilə paylaş: |