483) Aşağıdakı tədbirlərdən hansı atmosfer havasının çirklənməsinə qarşı effektli deyil?
A) Sanitariya mühafizə zonasının yaradılması
B) Təmizləyici qurğuların fəaliyyəti
C) Təbii ventilyasiya
D) Abadlaşdırma, yaşıllaşdırma
E) Yanacağın tərkibinin standartlaşdırılması
Təbii ventilyasiya
Atmosfer havasının çirklənməsinə qarşı texnoloji,planlaşdırıcı, sanitar - texniki abadlaşdırma və yaşıllaşdırma və s. tədbirlərdən istifadə edilir., avtonəqliyyat vasitələrinin yanma qurğularının normal fəaliyyətinə nəzarət edilir. Təbii ventilya - siya tədbirləri atmosfer havasının çirklənməsinə təsir göstərmir.
Ədəbiyyat: Н. Ф. Измеров. Общая и коммунальная гигиена. Москва «Медицина» 1985 стр 29 - 35
484) Yaşayış yerlərində insanların sağlamlığına mənfi təsir göstərməyən səbələr hansılardır?
A) Əlverişli təbii amillərin olmaması
B) Havanın çirklənməsi
C) Əlverişsiz meteroloji şərait
D) Səs – küyün səviyyəsi
E) Ərazidə yerləşən müalicə müəssisələrinin sayı
Ərazidə yerləşən müalicə müəssisələrinin sayı
Yaşayış yerlərində insanların sağlamlığına mənfi təsir göstərən amillərə havanın, suyun torpağın çirklənməsi‚səs - küy, müxtəlif növ şüalanmalar,əlverişsiz meteoroloji şərait‚təbii amillərin olmaması və s - dir. Ərazidə yerləşən müalicə müəssisələrinin əhalinin sağlamlığına elə bir ciddi təsiri yoxdur.
Ədəbiyyat: Р Р.Д.Габович , С.С. Рознански «Гигиена» Маариф 1987 стр 22 - 23
Dostları ilə paylaş: |