739) İçməli su mənbəyi seçərkən ilk növbədə hansı mənbələrə üstünlük verilir?
A) Açıq su mənbəyi
B) Layarası - təzyiqsiz
C) Qrunt
D) Çaylar
E) Layarası - təzyiqli – artesian
- Layarası - təzyiqli - artezian
Su təchizatı mənbəyinə yeraltı sular və açıq su mənbələri aiddir. Sanitar qaydalara görə su təchizatı üçün mənbə seçərkən ardıcıllıqla seçilir: layarası təzyiqli, layarası təzyiqsiz sular, qrunt suları, açıq su mənbələri
Ədəbiyyat: R.D.Qaboviç 1990 “Gigiyena” 1990 səh 64
740) İçməli suyun iyi və dadı neçə olmalıdır?
A) 2 bal
B) 5 bal
C) 1 bal
D) 3 bal
E) 4 bal
– 2 bal
Suyun iyi və dadı onun orqanoleptik xassələrinə aiddir. İçməli suların dadı xoşagələn, sərinləşdirici olmalı və kənar dadlar hiss olunmamalıdır. İçməli suyun iyi və dadı 5 bal sistemində qiymətləndirilir.
Ədəbiyyat: M.A.Kazımov. “Ümümi gigiyena” Bakı 1999 səh 118 Д.М. Бабов, Н.Н.Надворный «Руководство к практическим занятиям»1981 səh 74
Dostları ilə paylaş: |