735) Torpağın fiziki - kimyəvi müayinəsi üçün nümunə neçə m²sahədən götürülür ?
A) 15 m²
B) 10 m²
C) 30 m²
D) 20 m²
E) 25 m²
25 m2
Torpaq nümunəsi şüşə bankada, kiçik polietilen və ya kağız kisələrdə yerləşdirilir. Torpağın fiziki - mexaniki göstəriciləri və kimyəvi tərkibini təyin etmək üçün torpaq nümunəsi 25 m2 sahədən diaqonal üzrə 3 - 5 yerdən, müxtəlif dərinlikdən götürülür
Ədəbiyyat: M.A.Kazımov. “Ümümi gigiyena” Bakı 1999 səh 207 Д.М. Бабов, Н.Н.Надворный «Руководство к практическим занятиям»1981 səh 53
736) Suda yod çatışmazlığı olduqda hansı xəstəlik yaranır?
A) Qan xəstəliyi
B) Ur
C) Flüoroz
D) Kariyes
E) Böyrək xəstəlikləri
- Ur
Torpaqda və suda kimyəvi elementlərin çatışmadığı və ya həddindən artıq olduğu yerlərə anormal geokimyəvi əyalətlər deyilir və belə yerlərdə yaşayan əhali arasında maddələr mübadiləsi pozğunluqları, funksional və morfoloji dəyişikliklər, xəstəliklər baş verir. Məs: yod çatmadıqda ur xəstəliyi, flör çoxluğu flüoroz, azlığı karies və s. törənir.
Ədəbiyyat: R.D.Qaboviç 1990 “Gigiyena” 1990 səh 52
Dostları ilə paylaş: |