199) Dişləyən heyvan üzərində nəzarətin müddəti nə qədərdir?
A) 30 gün
B) 45 gün
C) 25 gün
D) 10 gün
E) 15 gün
Dişləyən heyvan üzərində nəzarətin müddəti 10 gündür.
Ədəbiyyat: İ.Ə.Ağayev, X.N.Xələfli, F.Ş.Tağıyeva. Epidemiologiya. 2011, səh 268
200) Antirabik vaksinlə müalicə - profilaktik immunizasiya əleyhinə əks göstəriş nədir?
A) Xroniki hepatit
B) Hamiləlik
C) Qızdırma
D) İmmunçatışmazlığı
E) Əks göstəriş yoxdur
Antirabik vaksin əleyhinə əks göstəriş yoxdur
Ədəbiyyat: İ.Ə.Ağayev, X.N.Xələfli, F.Ş.Tağıyeva. Epidemiologiya. 2011, səh 268
201) 7 yaşında uşaq oynayan zaman it baldırından dişləyib. Uşaq 2 ay əvvəl ADT - M anatoksinini planlı qaydada alıb. Uşağa qarşı hansı tədbir aparmaq lazımdır?
A) İmmunoglobulin vurmaq
B) AT - anatoksin yeritmək
C) Peyvənd aparılmır, heyvan üzərində nəzarət
D) Antirabik vaksini vurmaq
E) Antirabik peyvəndin kombinə edilmiş kursunu ( vaksin və immunolobulin ) aparmaq
Uşağa peyvənd aparılmır, heyvan üzərində isə nəzarət təyin edilir.
Ədəbiyyat: İ.Ə.Ağayev, X.N.Xələfli, F.Ş.Tağıyeva. Epidemiologiya. 2011, səh 268
202) 38 yaşlı kişini baldırından it dişləyib.Məlum olub ki, həmin şəxs tetanus əleyhinə peyvənd almayıb. Bu halda məntəqə həkiminin işi nədən ibarətdir?
A) Antirabik vaksin yeritmək
B) İmmunoqlobulin J yeritmək
C) Qarayara əleyhinə vaksin yeritmək
D) AT - anatoksini və ya zərdabını yeritmək,it üzərində nəzarət
E) Qoturluq əleyhinə müalicə təyin etmək
Məntəqə həkimi kişiyə AT - anatoksini və ya zərdabını vurmalı, it üzərində isə nəzarət təyin edilməlidir.
Ədəbiyyat: İ.Ə.Ağayev, X.N.Xələfli, F.Ş.Tağıyeva. Epidemiologiya. 2011, səh 268
Dostları ilə paylaş: |