405) Yeyinti məhsullarının orqanoleptik xassələrinə hansı aid deyil?
A) Xarici görünüşü
B) Konsistensiyası
C) Turşuluğu
D) Dadı
E) İyi, rəngi
Yeyinti məhsullarının orqanoleptik xassələrinə onun xarici görünüşü, iyi və rəngi, dadı, konsistensiyası aiddir. Məhsulun turşuluğu bura aid deyil.
Ədəbiyyat: A.И.Горшков. О.В.Липатова, Гигиена питания «Медицина» Москва 1987 səh.127
406) Aşağıdakılardan hansı yeyinti məhsullarının fiziki - kimyəvi müayinəsinə aid deyil?
A) Duzun, şəkərin təyini
B) Turşuluğun təyini
C) Zülal və karbohidratların təyini
D) Konsistensiyanın təyini
E) Yağın təyini
Yeyinti məhsullarının fiziki - kimyəvi müayinəsinə turşuluğun, suyun, yağın, karbohidratların, zülalların, duzun, şəkərin miqdarının təyini aiddir. Məhsulun konsistensiyasının təyini bura aid deyil.
Ədəbiyyat: A.И.Горшков. О.В.Липатова, Гигиена питания «Медицина» Москва 1987 səh.132
Dostları ilə paylaş: |