214) Tetanus xəstəliyinin yoluxma mexanizmi necədir?
A) Hava - damcı
B) Parenteral
C) Təmas
D) Fekal - oral
E) Transmissiv
Tetanus xəstəliyinin yoluxma mexanizmi təmas vasitəsilədir.
Ədəbiyyat: “Təcrübədə İmmunlaşdırma”. Modul 1 – İdarəolunan xəstəliklər. 2007, səh 11
215) Tetanus xəstəliyinin törədicisi nədir?
A) Helmintlər
B) İbtidailər
C) Bakteriyalar
D) Riketsiyalar
E) Viruslar
Tetanus xəstəliyinin törədiciləri Clostridium tetani bakteriyalarıdır.
Ədəbiyyat: “Təcrübədə İmmunlaşdırma”. Modul 1 – İdarəolunan xəstəliklər. 2007, səh 10
216) Tetanus əleyhinə təcili profilaktika nə vaxt aparılır?
A) Heyvan dişlədikdə
B) Birinci dərəcəli yanıqlarda
C) Tibb müəssisələrində abort və doğuş zamanı
D) Birinci dərəcəli donmalarda
E) Tetanus əleyhinə peyvənd alanlara
Tetanus əleyhinə təcili profilaktika heyvan dişlədikdə aparılır.
Ədəbiyyat: “Təcrübədə İmmunlaşdırma”. Modul 1 – İdarəolunan xəstəliklər. 2007, səh 10
217) İnşaatçılar briqadasına tetanus əleyhinə planlı peyvəndin vurulmasında hansı preparatlar məsləhət görülür?
A) OPV – vaksini
B) AGDT – anatoksini
C) QPM – vaksini
D) ADT – M, AT – anatoksini
E) Antirabik vaksin
İnşaatçılar briqadasına tetanus əleyhinə planlı peyvəndin vurulmasında ADT – M, AT – anatoksini məsləhət görülür.
Ədəbiyyat: “Təcrübədə İmmunlaşdırma”. Modul 1 - İdarəolunan xəstəliklər. 2007, səh 10
Dostları ilə paylaş: |