549) Biokimyəvi oksigen tələbatı ( BOT5) nəyə deyilir? A) 1,0 litr suda olan oksigenli birləşmələrin miqdarına
B) 1,0 litr suda olan üzvi maddələrin öz-özünə oksidləşməsi üçün sərf olunan oksigenin miqdarına
C) 1,0 litr suda olan üzvi maddələrin miqdarına
D) 1,0 litr suda olan qeyri-üzvi maddələrin miqdarına
E) 1,0 litr suda həll olunmuş oksigenin miqdarına
Ədəbiyyat: Н.Ф.Измеров .Общая и коммунальная гигиена. Москва. Медицина .1985
550) Biokimyəvi oksigen tələbatı ( BOT5) 4 –dürsə - BOT20 neçə olar? A) 8
B) 6
C) 7
D) 5
E) 4
Ədəbiyyat: Н.Ф.Измеров и др. Общая и коммунальная гигиена. Москва.Медицина .1985
551) Suyun öz özünə təmizlənməsi prosesi nədən ibarətdir? A) Suyun qeyri-üzvü maddələrdən təmizlənməsi
B) Suyun çirkab suları ilə çirkləndirilməsi
C) Suda olan maddələrin çökməsi və üzvü maddələrin parçalanması
D) Suda olan mikroorqanizmlərin məhv edilməsi
E) Suyun çökdürülməsi və filtrasiyası
Ədəbiyyat: R.D.Qaboviç. Gigiyena. Maarif .1975
552) Suda ammonyak və nitratların eyni zamanda olması nəyi göstərir? A) Suyun çoxdan çirklənməsini
B) Suyun çoxdan çirklənib hal-hazırda da çirklənmənin davam etdiyini
C) Suyun çirklənməməsini
D) Suyun təzə çirklənməsini
E) Öz-özünə təmizlənmə prosesinin zəifləməsini
Ədəbiyyat: R.D.Qaboviç. Gigiyena. Maarif .1975
553) Suda təkcə ammonium birləşmələrinin olması nəyi göstərir? A) Suyun təzə çirklənməsini
B) Suyun çirklənməməsini
C) Suyun çoxdan çirklənib hal-hazırda da çirklənmənin davam etdiyini
D) Öz-özünə təmizlənmə prosesinin zəif getdiyini
E) Suyun çoxdan çirklənməsini