555) Torpağın mexaniki quruluşu nəyi göstərir ? A) Torpağın bakterial göstəricilərini
B) Torpaq hissəciklərinin ölçüsünü
C) Torpaqdakı bərk tullantıların miqdarını
D) Torpağın kimyəvi tərkibini
E) Torpağın rəngini
Ədəbiyyat: R.D.Qaboviç. Gigiyena. Maarif .1975
556) Torpağın kimyəvi tərkibi ilə əlaqədar baş verən xəstəliklər necə adlanır? A) Allergik
B) Epidemik
C) Endemik
D) Endokrin
E) Genetik
Ədəbiyyat: R.D.Qaboviç. Gigiyena. Maarif .1975
557) Bu xəstəliklərdən hansıları torpaq vasitəsi ilə yayılır? A) Vəba, difteriya
B) Hepatitlər, qarın yatalağı
C) Taun, poliomielit
D) Helmintozlar ,tetanus
E) Brüsellyoz, malyariya
Ədəbiyyat: R.D.Qaboviç. Gigiyena. Maarif .1975
558) Nə üçün uzun müddət gilli torpaq altında qalan tullantılar heç bir dəyişikliyə uğramır? A) Temperatur aşağı olur
B) Gildə mikroorqanizmlər olmur
C) Hava və su daxil ola bilmir
D) Gil bakterisid təsir göstərir
E) Kimyəvi birləşmələr az olur
Ədəbiyyat: R.D.Qaboviç. Gigiyena. Maarif .1975
559) Nə üçün torpaq işləri ilə məşğul olanlara tetanus əleyhinə vaksin vurulur? A) Tetanus törədiciləri xarici təsirlərə davamlıdır
B) Tetanus törədici zədələnmiş dəridən orqanizmə keçə bilir
C) Tetanus yoluxucu xəstəlikdir
D) Tetanusa ancaq torpaq işləri ilə məşğul olanlar yoluxur
E) Tetanus törədicisi ancaq torpaqda olur