Satiş ÜÇÜn nəZƏRDƏ tutulmuş uzunmüDDƏTLİ aktiVLƏRİn uçotu və dayandirilmiş ƏMƏLİyyatlar üZRƏ” kommersiya təŞkilatlari üÇÜN 23 №li milli mühasibat uçotu standartinin tətbiqi üZRƏ
Yenidən təsnifləşdirəndə, düzəlişlərin edilməsi nəticəsində gəlirin ortaya çıxması mümkündür (düzəliş edilmiş dəyərin, satış xərcləri çıxılmaqla ədalətli dəyərdən artıq olması). Belə hal baş versə, 32-ci maddədən göründüyü kimi, yaranan bu kimi gəlirlər Mənfəət və zərər haqqında hesabatda, davam edən əməliyyatlardan gəlirin içində və qiymətdən düşmənin geri qaytarılması və ya ədalətli dəyərin düzəlişlərindən əldə olunan gəlir və zərərlərin göstərildiyi eyni bölmədə göstərilməlidir. Praktiki olaraq, bu, hesablar planının 6112 nömrəsinə mədaxil etmək deməkdir.
33-cü maddədə silinmə qrupuna və qrupun daxilindən bir (və ya daha çox) aktivin çıxardılmasına, digər aktivlərin isə hələ də satış üçün nəzərdə tutulmasına istinad edilir. Qalan aktivlər hələ də silinmə qrupunu təşkil edirsə, o halda həmin qrup, bir vahid şəklində, satış xərcləri çıxılmaqla ədalətli dəyər üzrə qiymətləndiriləcək. Bu şəkildə qiymətləndirilə bilməyən aktivlər, satış üçün nəzərdə tutulmuş aktivlər kimi təsnif edilməyəcək. Dayandırılmış əməliyyatların təqdim edilməsi (35 – 38-ci maddələr) Müəssisə əməliyyatlarının bir hissəsini dayandıranda (hansı ki, bir məhsul istehsalı, coğrafi yerləşmə, seqment, şöbə və s. ola bilər), əməliyyatın dayandırılması qaçılmaz olaraq gəlirin azalmasında, aktivlərin itirilməsində və mənfəətin aşağı düşməsində (əməliyyat gəlirlidirsə) və yaxud mənfəətin artmasında (əməliyyatın nəticəsi zərərə çıxırsa və indi həmin zərərlər ləğv edilirsə) özünü göstərəcək. 34-cü maddəyə cari hesabat dövrü ərzində müəssisə tərəfindən dayandırılmış əməliyyatlara əsasən hansı formada və məzmunda açıqlamanın edilməli olduğu barədə nyuanslar daxildir. Bu açıqlama üç hissədən ibarətdir: Mənfəət və zərər haqqında hesabatda, dayandırılmış əməliyyatlar üzrə vergiqoymadan sonrakı zərər və ya mənfəətin və satış xərcləri çıxmaqla ədalətli dəyərə qədər qiymətləndirmə üzrə və ya dayandırılmış əməliyyatı yaradan aktivlərin silinməsi üzrə tanınmış vergiqoymadan sonrakı mənfəət və ya zərərin cəmini və ya aktivlər satılıbsa əldə edilən məbləği göstərən ayrı bir qeyd olmalıdır.
|