Satiş ÜÇÜn nəZƏRDƏ tutulmuş uzunmüDDƏTLİ aktiVLƏRİn uçotu və dayandirilmiş ƏMƏLİyyatlar üZRƏ” kommersiya təŞkilatlari üÇÜN 23 №li milli mühasibat uçotu standartinin tətbiqi üZRƏ



Yüklə 201,5 Kb.
səhifə12/15
tarix12.12.2022
ölçüsü201,5 Kb.
#74033
1   ...   7   8   9   10   11   12   13   14   15
Konveyer sistemi Balans dəyəri aşağıdakı kimi olacaq:



Əvvəlki balans dəyəri




75, 000




Amortizasiya (20%)

(18, 000)




56, 250



Bərpa edilən məbləğ

55, 000



Konveyer sistemi 55, 000 manat dəyəri ilə bərpa edilmiş olacaq.

Yenidən təsnifləşdirəndə, düzəlişlərin edilməsi nəticəsində gəlirin ortaya çıxması mümkündür (düzəliş edilmiş dəyərin, satış xərcləri çıxılmaqla ədalətli dəyərdən artıq olması). Belə hal baş versə, 32-ci maddədən göründüyü kimi, yaranan bu kimi gəlirlər Mənfəət və zərər haqqında hesabatda, davam edən əməliyyatlardan gəlirin içində və qiymətdən düşmənin geri qaytarılması və ya ədalətli dəyərin düzəlişlərindən əldə olunan gəlir və zərərlərin göstərildiyi eyni bölmədə göstərilməlidir. Praktiki olaraq, bu, hesablar planının 6112 nömrəsinə mədaxil etmək deməkdir.





Əvvəlki misaldakı məlumatdan istifadə edərək, müvafiq rəqəmlər bunlardır:



Satış xərcləri çıxmaqla ədalətli dəyər

15, 000

Bərpa edilən məbləğ

16, 000

Gəlir

1, 000
Dəzgah

Satış xərcləri çıxılmaqla ədalətli dəyər

52, 000

Çərpa edilən məbləğ

55, 000

Gəlir

3, 000
Konveyer sistemi
Qeydlər aşağıdakı kimi olacaq:



Debet

Avadanlıq/Dəzgah

1, 000







Avadanlıq/Konveyer sistemi

3, 000




Kredit

Yenidən qiymətləndirmə gəliri (Hes.P. 6112)




4, 000


















33-cü maddədə silinmə qrupuna və qrupun daxilindən bir (və ya daha çox) aktivin çıxardılmasına, digər aktivlərin isə hələ də satış üçün nəzərdə tutulmasına istinad edilir.

Qalan aktivlər hələ də silinmə qrupunu təşkil edirsə, o halda həmin qrup, bir vahid şəklində, satış xərcləri çıxılmaqla ədalətli dəyər üzrə qiymətləndiriləcək. Bu şəkildə qiymətləndirilə bilməyən aktivlər, satış üçün nəzərdə tutulmuş aktivlər kimi təsnif edilməyəcək.




Dayandırılmış əməliyyatların təqdim edilməsi (35 – 38-ci maddələr)

Müəssisə əməliyyatlarının bir hissəsini dayandıranda (hansı ki, bir məhsul istehsalı, coğrafi yerləşmə, seqment, şöbə və s. ola bilər), əməliyyatın dayandırılması qaçılmaz olaraq gəlirin azalmasında, aktivlərin itirilməsində və mənfəətin aşağı düşməsində (əməliyyat gəlirlidirsə) və yaxud mənfəətin artmasında (əməliyyatın nəticəsi zərərə çıxırsa və indi həmin zərərlər ləğv edilirsə) özünü göstərəcək. 34-cü maddəyə cari hesabat dövrü ərzində müəssisə tərəfindən dayandırılmış əməliyyatlara əsasən hansı formada və məzmunda açıqlamanın edilməli olduğu barədə nyuanslar daxildir.


Bu açıqlama üç hissədən ibarətdir:





    1. Mənfəət və zərər haqqında hesabatda, dayandırılmış əməliyyatlar üzrə vergiqoymadan sonrakı zərər və ya mənfəətin və satış xərcləri çıxmaqla ədalətli dəyərə qədər qiymətləndirmə üzrə və ya dayandırılmış əməliyyatı yaradan aktivlərin silinməsi üzrə tanınmış vergiqoymadan sonrakı mənfəət və ya zərərin cəmini və ya aktivlər satılıbsa əldə edilən məbləği göstərən ayrı bir qeyd olmalıdır.

Məsələn, 2007-ci il ərzində “Xəzər” şirkəti əməliyyatlarından birini dayandırdı. Əməliyyatın balans dəyəri 550, 000 manat təşkil edən xalis aktivləri mövcud idi. Əməliyyat zərərə işləyirdi və əmliyyatın dayandırılmasından sonra əməliyyatın aid edildiyi şöbə, 100, 000 manat məbləğində xalis vergiqoymadan sonrakı zərərin olduğunu göstərdi. İlin sonuna, “Xəzər” şirkətinin rəhbərliyi, dayandırılmış əməliyyatı satış üçün nəzərdə tutulmuş silinmə qrupu kimi təsnif etməyə qərar verdi və onun ilin sonundakı satış xərcləri çıxmaqla ədalətli dəyərinin 500, 000 manat olduğunu müəyyən etdi.

Satış xərcləri çıxmaqla ədalətli dəyərin qiymətləndirilməsində 50, 000 manat (550, 000 – 500, 000) məbləğində zərər əldə olunmuşdur və əməliyyatın vergiqoymadan sonrakı zərəri 100, 000 manatdır.


Mənfəət və zərər haqqında hesabatda tək sətirli qeyd (Hes.P. 741) aşağıdakı kimi olacaq:





Yüklə 201,5 Kb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   15




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin