Satiş ÜÇÜn nəZƏRDƏ tutulmuş uzunmüDDƏTLİ aktiVLƏRİn uçotu və dayandirilmiş ƏMƏLİyyatlar üZRƏ” kommersiya təŞkilatlari üÇÜN 23 №li milli mühasibat uçotu standartinin tətbiqi üZRƏ



Yüklə 201,5 Kb.
səhifə10/15
tarix12.12.2022
ölçüsü201,5 Kb.
#74033
1   ...   7   8   9   10   11   12   13   14   15
24-cü maddəyə görə aktivin satış xərcləri çıxılmaqla ədalətli dəyərinin müəyyən edilə bilinməsi üçün, aktivin qiytmətdən düşmə üzrə zərərləri dərhal tanınmalıdır.

Məsələn, 01.10.2007 tarixində, “Turan” şirkəti, balans dəyəri 50, 000 manat olan dəzgahı satış üçün nəzərdə tutulmuş uzunmüddətli aktiv kimi təsnif etməyə qərar verir. Qiymətdən düşmə üzrə zərərin 10, 000 manat dəyərində müəyyən edildiyinə görə aktivin satış xərcləri çıxılmaqla ədalətli dəyəri 40, 000 manat təşkil etdi.

“Turan” şirkətinin jurnallarında müvafiq qeydlər aşağıdakı kimi olacaq:





Dt Qiymətdən düşmə üzrə zərər (Hes.P. 7313)

10, 000




Kt Torpaq, tikili və avadanlıq
hesabı (Hes.P. 1113)




10, 000

(Qeyd: “Avadanlıq hesabı” hesablar planındakı müvafiq hesab olacaq)

Bəzi hallarda, satış xərcləri çıxılmaqla ədalətli dəyərin sonralar artması nəticəsində qiymətdən düşmə üzrə zərərin geri qaytarılması lazım olur.
Qiymətdən düşmə üzrə zərərlərin geri qaytarılmasına 25-ci maddəyə əsasən icazə verilir və həmin məbləğə gəlir kimi baxılır. Buna baxmayaraq, müəyyən şəraitdə, bütün məbləğə gəlir kimi baxılmaya bilər. Bu o halda baş verə bilər ki, dəyərin artması nəticəsində alınan yeni dəyər əvvəlki əsl dəyərdən artıq olsun. Dəyəri artırarkən əvvəlki əsl dəyərə qədər olan məbləğə gəlir kimi baxılır. Əvvəlki əsl dəyəri ötüb keçən məbləğə isə gəlir kimi baxılmır.



Məsələn, 01.10.2007 tarixində, “Turan” şirkəti, balans dəyəri 50, 000 manat olan dəzgahı satış üçün nəzərdə tutulmuş uzunmüddətli aktiv kimi təsnif etməyə qərar verir. Qiymətdən düşmə üzrə zərərin 10, 000 manat dəyərində müəyyən edildiyinə görə aktivin satış xərcləri çıxılmaqla ədalətli dəyəri 31.12.2007 tarixində 40, 000 manat təşkil etdi.

01.03.2007 tarixində isə vəziyyət dəyişildi və satış xərcləri çıxmaqla ədalətli dəyər 55, 000 manat təşkil etdi.


10, 000 manat təşkil edən qiymətdən düşmə üzrə zərər 31.12.2007 tarixində tanınacaqdı. Yenidən qiymətləndirmədən ortaya çıxan 15, 000 manat (55, 000 – 40, 000) gəlir tanına bilər lakin 10, 000 manata qədər məhdudlaşdırılmalıdır. Çünki həmin məbləğ (yəni 10, 000 manat) aktivin hal-hazırda 40, 000 manat təşkil edən dəyərinin əvvəlki əsl dəyərinə qalxması üçün lazım olan məbləğdir.


Qeydlər aşağıdakı kimi olacaq:





Dt Torpaq, tikili və avadanlıq

10, 000




Kt Yenidən qiymətləndirmə gəliri (Hes.P. 6112)

10, 000
















Yüklə 201,5 Kb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   15




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin