Satış üçün nəzərdə tutulmuş uzunmüddətli aktiv və xaric edilən aktivlər qrupunun təqdim edilməsi. (40-42-ci maddələr)
40-cı maddəyə görə satış üçün nəzərdə tutulmuş uzunmüddətli aktivlər, balansda göstərilən bütün digər aktivlərdən ayrı göstərilməlidir. Buna bənzər olaraq, silinmə qrupunun öhdəlikləri bütün digər öhdəliklərdən ayrı göstərilməlidir və aktiv və öhdəliklər qarşılıqlı əvəzləşdirilməlidir və vahid məbləğ şəklində göstərilməlidir. Müəssisə satış üçün nəzərdə tutulmuş kimi təsnif edilən uzunmüddətli aktiv (silinmə qrupu) ilə bağlı birbaşa kapitalda tanınmış hər hansı məcmu gəlir və ya xərci ayrıca göstərməlidir. Nəticə etibarı ilə, uzunmüddətli aktivlərə və ya silinmə qruplarına aid edilən istənilən məbləğlər digər aktivlərdən həmişə ayrı göstərilməlidir.
Məsələn, “Turan” şirkətinin 31.12.2007 tarixində uzunmüddətli aktivlərin cəmi aşağıdakı kimi idi:
manat
Torpaq və binalar
250, 000
Tikili və avadanlıq
345, 000
Nəqliyyat
125, 000
Ofis mebeli
30, 000
750, 000
Həmin tarixdə, “Turan” şirkəti bəzi uzunmüddətli aktivləri satış üçün nəzərdə tutulmuş aktivlər kimi təsnifləşdirdi. Satış xərcləri çıxılmaqla ədalətli dəyər və balans dəyəri aşağıdakı kimi idi:
Balans dəyəri
(manat)
Satış xərcləri çıxmaqla ədalətli dəyər (manat)
Bina
45, 000
60, 000
Dəzgah
60, 000
45, 000
Bunlar 31.12.2007 tarixdəki balansda aşağıdakı kimi göstərilə bilər: