Satiş ÜÇÜn nəZƏRDƏ tutulmuş uzunmüDDƏTLİ aktiVLƏRİn uçotu və dayandirilmiş ƏMƏLİyyatlar üZRƏ” kommersiya təŞkilatlari üÇÜN 23 №li milli mühasibat uçotu standartinin tətbiqi üZRƏ



Yüklə 201,5 Kb.
səhifə2/15
tarix12.12.2022
ölçüsü201,5 Kb.
#74033
1   2   3   4   5   6   7   8   9   ...   15
5-ci maddədən aydın olur ki, müəssisənin bütün uzunmüddətli aktivlərinin gələcəkdə bir vaxt satışa yararlı olacağını nəzərə alaraq, Milli Mühasibat Uçotu Standartı müəssisəyə məxsus olan bütün uzunmüddətli aktivlərə tətbiq edilir. Aşağıdakılar istisna olmaqla, bu ümumi qaydaya bütün uzunmüddətli aktivlərə tətbiq olunur:



  • Təxirə salınmış vergi aktivləri

  • Ədalətli dəyərlə uçotu aparılan daşınmaz əmlaka investisiyalar (8-ci maddə)

Əgər aktivlərin bir qrupu birgə xaric edilmək üçün nəzərdə tutulubsa, onda bu qrup aktivlər “silinmə qrupu” kimi təsnifləşdirilə bilər və həmin qrup faktiki olaraq bütöv müəssisənin ayrıca vahidi (pul vəsaitləri yaradan vahid) olmaqla, ona ayrı qiymətləndirmə qaydaları tətbiq edilə bilər. 7-ci maddə tələb edir ki, “pul vəsaitləri yaradan vahid”i təşkil edən bütün aktivlər qrupu, bu vahidi təşkil edən ayrı-ayrı aktivlərin qiymətləndirmə rəqəmlərinin cəmi kimi deyil, bir vahid kimi qiymətləndirilməlidir.



Məsələn, “Ləziz təamlar” firması çörək, pirojna və peçenye kimi müxtəlif un məmulatları hazırlayıb satır. 31.12.2007 tarixində “Ləziz təamlar” firması peçenye hazırlanmasını dayandırmağa və onun hazırlanması üçün lazım olan bütün aktivləri satmağa qərar verir. Həmin aktivlər bir yerdə “silinmə qrupu” ola bilər.

“Ləziz təamlar” firmasına məxsus xalis aktivlərdən peçenyenin hazırlanması və satılması üçün lazım olanları həmçinin “pul vəsaitləri yaradan vahid” adlandırmaq olar. Ona görə, qiymətləndirmə zamanı bu vahidin aktivləri ayrı-ayrılıqda deyil, bütövlükdə qiymətləndirilməlidir.



Bir qədər sonra daha aydın görüləcək ki, satış üçün nəzərdə tutulmuş uzunmüddətli aktivin anlayışının bir hissəsi, həmin aktivin 12 ay ərzində satılacağının ehtimal edilməsidir. Bu həmçinin qısamüddətli aktivin anlayışına də aiddir. Bu səbəbdən, satış üçün nəzərdə tutulmuş aktivlərə qısamüddətli aktivlər kimi baxıla bilər.
Buna baxmayaraq, 6-cı maddədən aydın görünür ki, uzunmüddətli aktivlər, qısamüddətli aktivlərin 1№-li Milli Mühasibat Uçotu standartında verilmiş anlayışına uyğun gəlməyənədək, qısamüddətli aktivlər kimi təsnifləşdirilməli deyil. Faktiki olaraq, bir çox satış üçün nəzərdə tutulmuş uzunmüddətli aktivin qısamüddətli aktivlərin meyarlarına tam uyğun gəlməsi həqiqətə uyğun deyil. Buna görə, uzunmüddətli aktivlər açıqlanma baxımından olduğu kimi qalacaq amma müəssisənin istifadəsində qalacaq digər uzunmüddətli aktivlərdən ayrı göstəriləcək.

Yüklə 201,5 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   15




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin