Satiş ÜÇÜn nəZƏRDƏ tutulmuş uzunmüDDƏTLİ aktiVLƏRİn uçotu və dayandirilmiş ƏMƏLİyyatlar üZRƏ” kommersiya təŞkilatlari üÇÜN 23 №li milli mühasibat uçotu standartinin tətbiqi üZRƏ



Yüklə 201,5 Kb.
səhifə5/15
tarix12.12.2022
ölçüsü201,5 Kb.
#74033
1   2   3   4   5   6   7   8   9   ...   15
13-cü maddə satışın başa çatdırılmasının 12 aydan artıq vaxta uzanmasını nəzərə alır. Vaxtın uzanması yalnız bütövlükdə müəssisə nəzarətindən kənarda olan hadisələrə görə nəzərə alınır.



Məsələn, “Turan” şirkətinin cari ili 31 dekabrda bitir. 01.04.2006 tarixində şirkət, müəyyən bir funksiya üçün tətbiq dairəsi məhdudlaşdırılmış bir aktivi satmağa qərar verir və alıcı tapmaq üçün reklam kampaniyası keçirdir. İlin sonunda mümkün alıcı tapılır amma müqavilə hələ bağlanmayıb. Şəraitdən görünür ki, bu aktiv, satış üçün nəzərdə tutulmuş uzunmüddətli aktivdir. 15.02.2007 tarixində 31.03.2007 tarixində ödəniş aparılacağı şərtini əks etdirən satış haqqında müqavilə imzalanır, Nəticə etibarı ilə, satışın baş verməsi üçün tam 12 ay tələb olundu.

Amma buna baxmayaraq, 01.03.2007 tarixində alıcı müqaviləni ləğv edir və yeni alıcının axtarışları başlanır. Olan təcrübəyə əsaslanaraq ehtimal etmək olar ki, bu proses daha 10 aya qədər uzanacaq. Nəticədə, satışın baş verməsi üçün ümumi vaxt 1 il 9 ayadək uzanacaq, yəni 12 aydan çox təşkil edəcək.


Bu kimi istisna hal aktivin, satış üçün nəzərdə tutulmuş uzunmüddətli aktiv kimi təsnifləşdirilməsinə təsir göstərməyəcək. Çünki vaxtın uzadılmasının səbəbi (alıcının müqaviləni ləğv etməsi) şirkətin nəzarət xaricində idi.



Bəzən şirkət sırf satmaq niyyəti ilə, normal halda uzunmüddətli aktiv kimi təsnifləşdirilən aktivləri satın alacaq.



Məsələn, “Xəzər” yük daşıma şirkətidir. Belə halda, işi qurmaq üçün şirkətin yük maşınlarına ehtiyacı var. Həmin maşınlar şirkətin əmlak və avadanlığı hesab olunur, yəni onlar uzunmüddətli aktivlərdir.

01.07.2007 tarixində şirkətə iş üçün 5 yeni yük maşını almaq lazım olur amma satıcının təklif etdiyi sərfəli imkanları nəzərə alaraq şirkət 6 yük maşını əldə edir – 5-ini işlətmək üçün, 6-cısını da satmaq üçün. Normal halda, 6-cı maşın şikətin uzunmüddətli aktivlərin bir hissəsi olardı. “Xəzər” şirkətinin misalında isə 6-cı yük maşını sırf satılmaq niyyəti ilə alınıb.



Adi halda uzunmüddətli aktiv kimi təsnifləşdirilən aktivlər sırf satılmaq niyyəti ilə əldə edilən vaxt, həmin aktivlər yalnız satış üçün nəzərdə tutulmuş aktivlərə aid edilə bilər. Satış prosesi 12 ay ərzində başa çatmalı və satış üçün nəzərdə tutulmuş uzunmüddətli aktivlərin anlayışına daxil digər şərtlər (12-ci maddədə) alış günündən 3 ay ərzində yerinə yetirilməlidir.





Məsələn, əvvəlki misalda “Xəzər”yük daşıma şirkəti 01.07.2007 tarixində 6-cı maşını satmaq niyyəti ilə əldə etmişdi.

Yük maşının satışı 1 ilə qədər uzana bilən prosesdir.


Buna baxmayaraq, 30 Sentyabra qədər, “Xəzər” şirkətinin rəhbərliyi nə alıcı tapmaq yönündə, nə də maşını bazara çıxarmaq yönündə bir tədbir görməmişdir. 3 ayın bir müddət sonra tükənəcəyini və maşının satılması yöndə heç bir işin görülmədiyini nəzərə alaraq, həmin yük maşını satış üçün nəzərdə tutulmuş aktiv kimi təsnifləşdirilə bilməz. O, “Xəzər” şirkətinin adi ”Torpaq, tikili və avadanlığ”ın bir hissəsi kimi uçota alınmalıdır.






Yüklə 201,5 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   15




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin