Satiş ÜÇÜn nəZƏRDƏ tutulmuş uzunmüDDƏTLİ aktiVLƏRİn uçotu və dayandirilmiş ƏMƏLİyyatlar üZRƏ” kommersiya təŞkilatlari üÇÜN 23 №li milli mühasibat uçotu standartinin tətbiqi üZRƏ



Yüklə 201,5 Kb.
səhifə4/15
tarix12.12.2022
ölçüsü201,5 Kb.
#74033
1   2   3   4   5   6   7   8   9   ...   15
12-ci maddə ilə gələcəkdə satışın baş vermə ehtimalının yüksək olması üçün lazımi şərtləri müəyyən edilir. Bunlar aşağıdakılardır:



  • Müəssisə rəhbərliyi aktivin satışı ilə bağlı tərtib edilmiş plana sadiq qalmalıdır. Təcrübədə satış üzrə öhdəliyin mövcudluğunu sübut etmək çətin ola bilər. Çünki, bilavasitə bu “öhdəliyə” işarə edən dəlillər olmaya bilər. Buna baxmayaraq, dolayı yolla bu “öhdəliyə” işarə edən aşağıdakı hal ola bilər:

  • Gələcək alıcının necə tapılacağı barədə hazır plan olmalı və bu plan artıq işə başlamış olmalıdır.




Məsələn, “Xəzər” şirkəti öz istehsal prosesində xüsusi növ dəzgahdan istifadə edir. Dəzgah əvvəl ümumi konstruksiyaya malik idi və ondan bir çox digər istehsal proseslərində istifadə etmək olardı. Lakin “Xəzər” şirkəti dəzgahın cari məqsədlər üçün istifadə edilə bilməsi məqsədi ilə ona dəyişikliklər edib. Bunun nəticəsi olaraq dəzgahın potencial istifadəçilərinin sayı mühüm dərəcədə azalıb.

Mümkün alıcı tapmaq məqsədi ilə, “Xəzər” şirkəti, bu dəzgahdan istifadə etməyi istəyə bilən, özünə oxşar müəssisələr tapmaq cəhdi ilə araşdırma keçirib. “Xəzər” şirkətinin rəhbərliyi tapa bildikləri bütün müəssisələrə məktub yazıb dəyişdirilmiş dəzgahı təklif etməyi planlaşdırır. Bundan əlavə, rəhbərlik, münasib birja jurnallarında satış elanı üçün qiyməti müəyyən edib.


“Xəzər” şirkəti rəhbərliyinin planlaşdırdığı iş və keçirdiyi araşdırma, gələcək alıcının necə tapılacağı barədə hazır planın olduğunu sübut edir.




  • Aktiv bazara fəal şəkildə çıxarılmalıdır. Yuxarıdakı misalda “Xəzər” şirkəti rəhbərliyinin bütün mümkün alıcılara məktub yazmaq və birja jurnallarında satış elanı vermək niyyətləri, aktivin bazara fəal şəkildə çıxarılmasının göstəricisidir.

  • Gözlənilən satış qiyməti əsaslandırılmış olmalıdır. Aktiv ağlasığmaz dərəcədə baha qiymətə satışa çıxarılırsa, bunu, müəssisənin bu aktivi satmağa ciddi niyyətinin olmadığı kimi izah etmək olar.


Məsələn, “Turan” şirkətinin, satış üçün nəzərdə tutulmuş aktiv kimi təsnifləşdirmək istədiyi dəzgahı var. Şirkət alıcıları müəyyən etmək planını qurub və birja jurnallarında satış elanlarını verib. Akivin bazar qiyməti 20, 000 manat təşkil edir. “Turan” şirkətinin elan etdiyi qiymət 100, 000 manatdır.

Aktivin bazar qiymətini nəzərə alaraq, “Turan” şirkətinin 100, 000 manat ödəməyə razı olan alıcı tapacağını gözləmək ağlabatan deyil.


Buna görə, “Turan” şirkətinin bu dərəcədə yuxarı qiymət qoymaqla alıcı tapmaq iddialarına baxmayaraq, şirkətin aktivi satmağına dair iddiasında ciddi olduğuna şübhə yaranır.


Beləliklə, dəzgah satış üçün nəzərdə tutulmuş uzunmüddətli aktiv kimi təsnifləşdirilməməlidir.




  • Aktivin satışının 12 ay ərzində başa çatacağı gözlənilməlidir. Bu ümumi qaydanın bəzi istisna halları var (13-cü maddədə izah edilən). Lakin adətən alıcı tapmaq və satışı gerçəkləşdirmək prosesi bir ildən artıq çəkəcəksə, aktiv, satış üçün nəzərdə tutulmuş aktiv kimi təsnifləşdirilə bilməz. Alıcı axtarışı və satışı gerçəkləşdirmə prosesinin tam bitməsi üçün 12 aydan artıq vaxt ayrılmamalıdır.




Yüklə 201,5 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   15




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin