Satiş ÜÇÜn nəZƏRDƏ tutulmuş uzunmüDDƏTLİ aktiVLƏRİn uçotu və dayandirilmiş ƏMƏLİyyatlar üZRƏ” kommersiya təŞkilatlari üÇÜN 23 №li milli mühasibat uçotu standartinin tətbiqi üZRƏ



Yüklə 201,5 Kb.
səhifə8/15
tarix12.12.2022
ölçüsü201,5 Kb.
#74033
1   ...   4   5   6   7   8   9   10   11   ...   15
20-ci maddəyə uyğun olaraq, uzunmüddətli aktiv dərhal satılmaq niyyəti ilə alınırsa, balansa onun alış qiyməti daxil edilir. Alış qiyməti müəyyən edilə bilmirsə, satış xərcləri çıxılmaqla ədalətli dəyərdən istifadə olunmalıdır.

Məsələn, 01.12.2007 tarixində “Xəzər” şirkəti iki uzunmüddətli aktivi satmağa qərar verib. Həmin aktivlərin hər ikisi ilin axırında satılmamış qaldı.


1-ci aktiv 3.11.2007 tarixində dərhal satılmaq niyyəti ilə 50, 000 manata alınmışdır.
2-ci aktiv aktivlər qrupunun bir hissəsi kimi alınmışdır. 31.03.2007 tarixində qrupdakı bütün aktivlərin ümumi dəyəri 120, 000 manat olub. 120, 000 manatın 25, 000 manatı satılmalı olan aktivin payına düşdüyü hesab edilir.

Balans dəyəri ilə satış xərcləri çıxılmaqla ədalətli dəyər arasında ən aşağı dəyəri nəzərə alan qayda tətbiq olunur:


Beləliklə,
1-ci aktiv 50, 000 manat, yəni alış dəyərində göstəriləcək
2-ci aktiv ədalətli dəyərindən satış xərclərinin çıxılmasını tələb edəcək. Alınan dəyər balans dəyəri ilə (25, 000 manat ilə) müqayisə ediləcək və bu iki dəyərdən ən aşağısı balansda göstərmək üçün istifadə olunacaq.

Baxmayaraq ki, satış üçün nəzərdə tutulmuş uzunmüddətli aktivlərin adətən təsnif ediləndən sonra 12 ay ərzində satılacağı güman edilir, bəzi amillər vaxtın uzanmasına gətirib çıxara bilər. Anlaşılan səbəbdən baş verən və şirkətin nəzarətindən kənarda olan bu cür amillər aktivlərin satış üçün nəzərdə tutulmuş uzunmüddətli aktivlər kimi təsnif edilməsinə əngəl olmamalıdır (bu haqda 13-cü maddədə məlumat verilir). Bu o deməkdir ki, satış xərclərinin bir hissəsi (bəlkə də hamısı) bir ildən artıq müddətdə yarana bilər (satış bir ildən artıq müddətdə baş verirsə onunla bağlı xərclər də, adətən bir ildən artıq müddətə uzanır). 21-ci maddəyə görə satış xərcləri öz -hazırkı dəyərinə qədər diskontlaşdırılmalıdır.



Məsələn, 01.01.2007 tarixində “Xəzər” şirkəti artıq olan və balans dəyəri 100, 000 manat təşkil edən uzunmüddətli aktivi xaric etməyə qərar verib. Aktivin növünü nəzərə alaraq, alıcının tapılması və satışın sona çatdırılması üçün adətən 9 aydan artıq vaxt tələb olunur. Lakin alıcı olduqca tez tapıldığından və satış prosesinin 30.11.2007 tarixinədək sona çatacağı gözlənilirdi. Təəssüflər olsun ki, alıcı 15.11.2007 tarixində müqaviləni gözlənilmədən ləğv etdi və bütün proses yenidən başlanmalı oldu. İndi satış prosesinin, alıcının tapıldığı təqdirdə, 2008-ci ilin noyabrında bitəcəyi güman edilir.

“Xəzər” şirkəti, 31.12.2007 tarixinə olan mühasibat balansında uzunmüddətli aktivini satış üçün nəzərdə tutulmuş uzunmüddətli aktiv kimi təsnifləşdirmək istəyir.


31.12.2007 tarixində aktivin ədalətli dəyəri 115, 000 manat məbləğində müəyyən edildi. Ümumi satış xərclərinin 22, 000 manat olacağı hesablandı.


“Xəzər” şirkətinin kapital dəyəri 10%-dir (1 ildən sonra 0.9091 diskont dərəcəsi verir).


Satış xərcləri çıxılmaqla ədalətli dəyər aşağıdakı kimi olacaq:











manat

Ədalətli dəyər




115, 000




Satış xərcləri (22, 000 * 0.9091)

(20, 000)







95, 000



Beləliklə 31.12.2007 tarixindəki balansda göstərilən məbləğ 100, 000 və 95, 000-in arasındakı ən aşağı məbləğ olacaq. Yəni, balansda 95, 000 manat göstəriləcək.

Həmçinin, 21-ci maddəyə görə satış xərclərinin hazırki dəyərində hər hansı artım, Mənfəət və zərər haqqında hesabatda maliyyə xərci kimi göstərilməlidir.





Əvvəlki misalda, təxmin edilən satış xərcləri 22, 000 manat idi. Lakin 31.12.2007 tarixindəki mühasibat balansında göstərilən ədalətli dəyərdən çıxılan satış xərclərinin hazırkı məbləği 20, 000 manat təşkil edirdi.

Həmin aktiv 2008-ci ildə gözlənilən 115, 000 manata satılsa və həqiqi satış xərcləri 22, 000 manat olsa, o halda “Xəzər” şirkətinin jurnallarında aşağıdakılar qeyd olunacaq:





1. Dt Pul vəsaitləri

115, 000




Dt Aktivlərin satışından əldə edilən zərər

2, 000




Kt Satış üçün nəzərdə tutulmuş uzunmüddətli aktiv




95, 000

Kt Satış xərcləri




22, 000

2. Dt Maliyyə xərcləri

2, 000




Kt Aktivlərin satışından əldə edilən zərər




2, 000





Yüklə 201,5 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   15




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin