İmtina edilməli olan uzunmüddətli aktivlər (17-ci və 18-ci maddələr)
Satış üçün nəzərdə tutulmuş və istifadəsi müəssisə tərəfindən dayandırılmış aktivlər arasında incə lakin vacib bir fərq var. Bu fərq gələcək faktiki pul vəsaitlərinin hərəkətində görünə bilər. İmtina edilmiş aktivlər gələcəkdə heç bir pul vəsaiti axını yaratmayıb onların dəyəri sıfra silinməli olacaqlar. Halbuki, satış üçün nəzərdə tutulmuş aktivlər, gələcəkdə satıldığı zaman müsbət pul vəsaitləri axını yaradır.
Satış üçün nəzərdə tutulmuş uzunmüddətli aktivlərin həmişə gələcək gəliri olacaq (satışdan əldə edilən). İstifadəsi sadəcə olaraq dayandırılmış (amma xaric edilməyən) aktivlər isə gələcəkdə heç bir gəlir gətirməyəcək. Bu iki aktiv tipini bir-birinə qatmaq düzgün deyil. Uyğun olaraq, 17-ci maddəyə görə, imtina edilmiş (istifadəsi müəssisə tərəfindən tamamilə dayandırılmış) aktivlər, satış üçün nəzərdə tutulmuş aktivlər kimi təsnif edilə bilməz. Həmin aktivlər müəssisənin “Torpaq, tikili və avadanlığ”ının bir hissəsi kimi qalmalıdır (lakin bu halda 24№-li Milli Mühasibat Uçotu Standartına uyğun olaraq qiymətdən düşmə üzrə testdən keçirilməli olacaqlar).
18-ci maddədə imtina edilmiş aktivlərin, müəssisə tərəfindən istifadəsi müvəqqəti olaraq dayandırılmış aktivlər qrupuna təsnif edilməsi öyrənilir.
Satış üçün nəzərdə tutulmuş uzunmüddətli aktivlərin (və ya silinmə qruplarının) qiymətləndirilməsi (19-23-cü maddələr)
19-cu maddədə satış üçün nəzərdə tutulmuş aktivlərin qiymətləndirilməsi üçün ümumi qaydalar öyrənilir. Yəni, bu cür aktivlər mövcud olan iki dəyərdən ən aşağı dəyərlə: balans dəyəri (müəssisənin jurnallarında) və satış xərcləri çıxılmaqla ədalətli dəyəri ilə qiymətləndirilməlidir.
Məzmundakı “ədalətli dəyər” 26№-li Milli Mühasibat Uçotu Standartına uyğun olaraq müəyyən olunacaq. Qısaca olaraq buna görə, maddi aktivin ədalətli dəyəri, aktivin müstəqil, yaxşı məlumatlandırılmış və bu əməliyyatın həyata keçirilməsində maraqlı olan tərəflər arasında mübadilə edilə biləcəyi qiymətidir. Bu cür aktivlərin alınıb-satıldığı aktiv bazar mövcuddursa, icari bazar qiyməti aktivin dəyəri kimi götürülə bilər. “Satış xərcləri” müəssisənin həqiqi satış prosesində sərf edə biləcəyi əlavə vəsaitlər deməkdir (reklam xərci, hər hansı bir vasitəçi haqqı, aktivin alıcıya daşınması xərcləri kimi).
Məsələn, “Turan” şirkəti öz fəaliyyətində istifadə üçün artıq olan dəzgahı satmaq niyyətindədir. Dəzgah, hal-hazırda şirkətin jurnallarında 22, 500 manat dəyərindədir.
Bu tip dəzgahların satılıb-alındığı bazar mövcuddur. Həmin bazarda “Turan” şirkətinin satdığı dəzgaha yaş və şərait baxımından oxşar dəzgahların qiyməti 25, 000 manatdır.
Alıcı tapmaq üçün “Turan” şirkəti, satış dəyərinin 7.5%-ini alan köməyindən istifadə edəcəyi agentə ödəməyi planlaşdırır. “Turan” şirkəti, dəzgahın alıcıya çatdırılması üçün əlavə 2, 000 manat sərf edəcəyini təxmin edir (alıcı tapılsa).
Satış xərcləri çıxılmaqla ədalətli dəyər aşağıdakı kimi müəyyən edilə bilər:
|
|
|
manat
|
Bazar qiyməti
|
|
|
25, 000
|
|
Agentin haqqı (25, 000-in 7.5%-i)
|
1, 875
|
|
|
Çatdırılma xərcləri
|
2, 000
|
|
|
|
|
(3, 875)
|
|
|
|
21, 175
|
Dəzgah, nəticə etibarı ilə, balansda 21, 175 manat dəyərində qiymətləndiriləcək.
(Bu cür hesabdan silinmənin uçot yönündən izahına növbəti maddədə baxılacaq.)
|
Dostları ilə paylaş: |