Satiş ÜÇÜn nəZƏRDƏ tutulmuş uzunmüDDƏTLİ aktiVLƏRİn uçotu və dayandirilmiş ƏMƏLİyyatlar üZRƏ” kommersiya təŞkilatlari üÇÜN 23 №li milli mühasibat uçotu standartinin tətbiqi üZRƏ



Yüklə 201,5 Kb.
səhifə9/15
tarix12.12.2022
ölçüsü201,5 Kb.
#74033
1   ...   5   6   7   8   9   10   11   12   ...   15
23-cü maddədə silinmə qrupunu satış üçün nəzərdə tutulmuş aktivlər kimi təsnif edəndə həmin qrupa daxil olan bəzi aktivlərin qiymətləndirmə əsaslarının 23№-li Milli Mühasibat Uçotu Standartına uyğun gəlmədiyi hal nəzərə alınır. Əvvəldə də xatırlandığı kimi, həmin aktivlər təxirə salınmış vergi aktivləri və ədalətli dəyərlə satılann investisiya mülkiyyəti ola bilər.

Belə hallarda, həmin aktivlər, onlara aid olan Milli Mühasibat Uçotu Standartlarını tətbiq etməklə (təxirə salınmış vergi aktivləri üçün 4№-li və ədalətli dəyərlə uçotu aparılan investisiya mülkiyyəti üçün 27№-li Milli Mühasibat Uçotu Standartları) yenidən qiymətləndirilməlidir və ondan sonra silinmə qrupu üçün satış xərcləri çıxılmaqla ədalətli dəyər hesablanmalıdır.



Məsələn, “Xəzər” şirkətinin bir şöbəsi daşınmaz əmlaka investisiya portfelinin idarə edilməsində məsuliyyət daşıyır. Bütün investisiya mülkiyyəti ədalətli dəyərlə uçota alınır. Həmin dəyər hər ilin sonunda, yəni 31 dekabrda müəyyən edilir. Şöbə kifayət qədər müstəqil vahiddir və belə olduğuna görə üçüncü tərəfə satıla bilər. 01.11.2007 tarixində “Xəzər” şirkəti şöbəni satmaqla özünü bu daşınmaz əmlaka investisiya portfelindən məhrum etməyə qərar verdi. Bura şöbə ilə əlaqəli bütün idarəetmə və istehsal aktivləri və faktiki investisiya mülkiyyəti də daxil idi.

Silinmə qrupunun satış xərcləri çıxılmaqla ədalətli dəyərinin müəyyən edilməsində bütün investisiya mülkiyyəti 27№-li Milli Mühasibat Uçotu Standartının tələblərinə uyğun olaraq qiymətləndirilməli və həmin dəyərlər şöbənin aktivlərinin balans dəyərinə daxil edilməlidir.


Bu halda, silinmə qrupu (investisiya mülkiyyəti ilə idarəetmə və istehsal aktivlərinin cəmi), satış xərcləri çıxılmaqla ədalətli dəyərə görə qiymətləndirilməli olacaq.






Qiymətdən düşmə üzrə zərərlərin və geri qaytarılan məbləğlərin tanınması (24-29-cu maddələr)

Bir aktiv (və ya bir qrup aktiv) satış üçün nəzərdə tutulmuş uzunmüddətli aktiv kimi təsnifləşdiriləndə, balans dəyəri və satış xərcləri çıxılmaqla ədalətli dəyərdən ən aşağı olan dəyərlə yenidən qiymətləndirilməli olacaq. Əgər satış xərcləri çıxılmaqla ədalətli dəyər balans dəyərindən aşağıdırsa, aradakı fərq qıymətdən düşmə üzrə zərər adlanır və müvafiq olaraq 24№-li Milli Mühasibat Uçotu Standartına uyğun olaraq müəyyən edilməlidir. Qiymətdən düşmə üzrə zərərlərin nəzərə alınması ilə müvafiq mühasibat qeydlərinin aparılmasının incəlikləri barədə həmin standartda və standartın tətbiqi üzrə Şərhlər və Tövsiyələrdə verilmişdir.




Yüklə 201,5 Kb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   15




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin