Satiş ÜÇÜn nəZƏRDƏ tutulmuş uzunmüDDƏTLİ aktiVLƏRİn uçotu və dayandirilmiş ƏMƏLİyyatlar üZRƏ” kommersiya təŞkilatlari üÇÜN 23 №li milli mühasibat uçotu standartinin tətbiqi üZRƏ



Yüklə 201,5 Kb.
səhifə11/15
tarix12.12.2022
ölçüsü201,5 Kb.
#74033
1   ...   7   8   9   10   11   12   13   14   15
25-ci maddədə silinmə qrupunun qiymətdən düşmə üzrə zərərlərinə baxılması haqda danışılır. Həmin qrupa daxil olub, 23№-li Milli Mühasibat Uçotu Standartına əsasən qiymətləndirilməyən aktivlər də mövcud ola bilər (təxirə salınmış vergi aktivləri və ədalətli dəyərlə uçotu aparılan investisiya mülkiyyəti). Bu cür qiymətdən düşmə üzrə zərərlər geri qaytarıla bilər amma bu Standarta görə qiymətləndirilmiş aktivlərin əvvəlki balans dəyərindən artıq məbləğdə ola bilməz. Yəni qiymətdən düşmə üzrə zərərin geri qaytarılması, hər hansı bir digər Milli Mühasibat Uçotu Standartına əsasən qiymətləndirilmiş aktivin dəyərlərinin geri qaytarılması nəticəsində baş veribsə, həmin məbləğin geri qaytarılması tanına bilməz. Məbləğin geri qaytarılması yalnız o zaman uçota alına bilər ki, bu Milli Mühasibat Uçotu Standartı ilə qiymətləndirilən aktivlərə aid olan geri qaytarılmış məbləğlərdir.


Satış planına dəyişikliklər (30-33-cü maddələr)

Uzunmüddətli aktiv, satış üçün nəzərdə tutulmuş aktiv kimi təsnifləşdiriləndə şərait digər dəyişiklikləri ortaya çıxara bilər. Beləliklə, satış üçün nəzərdə tutulmuş uzunmüddətli aktiv kimi təsnif edilən aktivlərin satışdan çıxarılması və müəssisənin tam istifadəsinə geri verilməsi mümkündür. Belə hal baş verdikdə, 30-cu maddədən göründüyü kimi, aktiv satışa çıxarılmasından əvvəl hansı qrupa aid idisə, yenidən o qrupa təsnif edilməlidir.


Satış üçün nəzərdə tutulmuş uzunmüddətli aktivi yenidən “adi” aktiv kimi təsnif edəndə 31-ci maddədən göründüyü kimi, həmin aktiv yenidən iki dəyərdən ən aşağı dəyərlə qiymətləndirilməlidir. İki dəyər aşağıdakılardır:

  • Aktiv, satış üçün nəzərdə tutulmuş uzunmüddətli aktiv kimi təsnif edilənə qadər (hesablanmalı olan amortizasiyanı da nəzərə alaraq), açıqlanmalı olan balans dəyəri.

  • Aktivin bərpa edilən məbləği (“bərpa edilən məbləğ” 24№-li Milli Mühasibat Uçotu standartında ətraflı izah edilən amma haqqında bir qədər sonra qısa məlumat verilən texniki termindir)




Məsələn, 01.11.2007 tarixində “Turan” şirkəti istehsal sexində yüksək qabiliyyətə malik olduğunu hesab edərək, artıq və lazımsız hesab etdiyi aktivləri satmağa qərar verdi. Daha dəqiq desək, bir dazgah (balans dəyəri 20, 000 manat; satış xərcləri çıxılmaqla ədalətli dəyəri 15, 000 manat) və konveyer sistemi (balans dəyəri 75, 000 manat; satış xərcləri çıxılmaqla ədalətli dəyəri 52, 000 manat) aşkar edildi və satış üçün nəzərdə tutulmuş uzunmüddətli aktiv kimi təsnifləşdirildi. Hər iki aktivin dəyərindən azalan qalıq dəyəri üzrə 20% amortizasiya çıxıldı (2007-ci il üçün amortizasiya hesablanmadı). Aktivlərin bərpa edilən məbləğləri, dəzgah üçün 17, 500 manat və konveyer sistemi üçün 55, 000 manatdır.
Dəzgah Balans dəyəri aşağıdakı kimi olacaq:



Əvvəlki balans dəyəri




20, 000




Amortizasiya (20%)

(4, 000)




16, 000



Bərpa edilən məbləğ

17, 500



Dəzgah 16, 000 manat dəyəri ilə bərpa edilmiş olacaq.



Yüklə 201,5 Kb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   15




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin