Satiş ÜÇÜn nəZƏRDƏ tutulmuş uzunmüDDƏTLİ aktiVLƏRİn uçotu və dayandirilmiş ƏMƏLİyyatlar üZRƏ” kommersiya təŞkilatlari üÇÜN 23 №li milli mühasibat uçotu standartinin tətbiqi üZRƏ


Əməliyyatın dayandırılmasından alınan zərər 150, 000



Yüklə 201,5 Kb.
səhifə13/15
tarix12.12.2022
ölçüsü201,5 Kb.
#74033
1   ...   7   8   9   10   11   12   13   14   15
Əməliyyatın dayandırılmasından alınan zərər 150, 000






    1. Mənfəət və zərər haqqında hesabatda tək sətirli qeyd genişləndirilməlidir. Bu ya mənfəət və zərər haqqında hesabatın özündə, ya da hesablara əlavə olunmuş qeydlərdə olmalıdır. Hər iki halda, verilməli olan məlumat aşağıdakı kimidir:

      • Dayandırılma dövründəki dayandırılmış əməliyyat üzrə gəlir.

      • Dayandırılma dövründəki dayandırılmış əməliyyat üzrə xərclər.

      • Dayandırılmış əməliyyatın hər hansı mənfəəti/zərəri üzrə müvafiq vergilər.

      • Dayandırılmış əməliyyata aid aktivlərin satış xərcləri çıxmaqla ədalətli dəyərə qədər qiymətləndirilməsi üzrə və ya onların satıldığı təqdirdə əldə edilən mənfəət və ya zərər.

      • Bu mənfəət/zərərlərin müvafiq vergiləri.

    2. Dayandırılmış əməliyyata aid edilə bilən pul vəsaitlərinin hərəkəti.

Dayandırılmış əməliyyatlar üçün açıqlanma tələbləri genişdir və burada ona aid misallar verilməyib. 1 nömrəli tövsiyəyə hərtərəfli, işlənmiş misal daxildir.




36-cı maddənin tələblərinə görə, dayandırılmış əməliyyatların nəticələri, cari dövrün nəticələrini müşayiət edən müqayisə məlumatlarında da göstərilməlidir.

Keçmiş dövrdə dayandırılmış əməliyyat kimi göstərilmiş məbləğ, aktivlərin xaric edildiyi cari dövrdə əldə edilən məbləğdən ayrıca göstərilməlidir. Belə hal baş verdikdə, 37-ci maddənin şərtlərinə görə, dayandırılmış əməliyyatdan irəli gələn məlumatda bu cür düzəlişlər açıqlanmalıdır.



Məsələn, 2006-cı ilin axırında, “Turan” şirkəti bir əməliyyatını dayandırdı. Aktivlərin satış xərcləri çıxmaqla ədalətli dəyəri 300, 000 manat məbləğində müəyyən edildi. Bu qiymətləndirmə nəticəsində 25, 000 manat məbləğində zərər əldə edildiyi aşkar edildi (aktivlərin balans dəyəri 325, 000 manat idi). Bu məbləğ 2006-cı ilin mənfəət və zərər haqqında hesabatına daxil edildi.

2007-ci ilin may ayında dayandırılmış əməliyyatın aktivləri 310, 000 manata satıldı. Satış nəticəsində, satış xərcləri çıxılmaqla ədalətli dəyərdən artıq 10, 000 manat məbləğində gəlir ortaya çıxdı.


Həmin gəlir 2007-ci ilin dayandırılmış əməliyyatlarına daxil edilməli lakin ayrı olaraq göstərilməlidir.




Yüklə 201,5 Kb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   15




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin