Satiş ÜÇÜn nəZƏRDƏ tutulmuş uzunmüDDƏTLİ aktiVLƏRİn uçotu və dayandirilmiş ƏMƏLİyyatlar üZRƏ” kommersiya təŞkilatlari üÇÜN 23 №li milli mühasibat uçotu standartinin tətbiqi üZRƏ



Yüklə 201,5 Kb.
səhifə15/15
tarix12.12.2022
ölçüsü201,5 Kb.
#74033
1   ...   7   8   9   10   11   12   13   14   15
Uzunmüddətli aktivlər










Torpaq və binalar

205, 000







Tikili və avadanlıq

285, 000







Nəqliyyat

125, 000







Mebel

30, 000

645, 000

Satış üçün nəzərdə tutulmuş uzunmüddətli aktivlər













Binalar

45, 000







Avadanlıq

45, 000

90, 000










735, 000






42-ci maddədə deyilir ki, cari dövrdə satış üçün nəzərdə tutulmuş uzunmüddətli aktivlər, verilən müqayisə məlumatında da satış üçün nəzərdə tutulmuş aktivlər kimi təsnif edilməlidir.


Əlavə açıqlamalar (43-44-cü maddələr)


43-cü maddədə istər satış üçün nəzərdə tutulmuş, istərsə də artıq satılmış uzunmüddətli aktivlərə aid tələb edilən əlavə məlumatlar aşağıdakılardır:



  1. Uzunmüddətli aktivin (və ya silinmə qrupunun) təsviri – yəni satışa məhz nəyin çıxarıldığı.

  2. Satış faktlarının və şərtlərinin təsviri. Həmçinin silinmənin planlaşdırılmış aparılma üsulu və gözlənilən vaxtını.

  3. Tanınmış mənfəət və ya zərər. Mənfəət və zərər haqqında hesabatda ayrıca göstərilməyibsə, hesabatdakı həmin mənfəət və ya zərərin daxil olduğu maddə.

Əvvəlcə də xatırlandığı kimi, aktivin satış üçün nəzərdə tutulmuş uzunmüddətli aktiv kimi təsnif edilməsi tamamilə rəhbərliyin niyyətindən asılıdır. Rəybərliyin niyyətinin göstəricisi kimi həmçinin satış planı mövcud olmalıdır. Əgər rəhbərlik fikrini dəyişib aktivi satışdan götürərək adi istifadəyə geri verirsə, 37-ci maddənin tələblərinə görə, hesablara əlavə edlimiş qeydlərdə planın dəyişikliyinə və planda olan dəyişikliyin verə biləcəyi istənilən maliyyə nəticələrinə dair izahat verilməlidir.



BÖLMƏ B


TÖVSİYƏLƏR



  1. “Xəzər” şirkəti 3 fərqli məhsul istehsal edən şirkətdir. Bunlar:




    • Un məmulatları (çörək, keks, peçenye)

    • Uşaq oyuncaqları

    • Mətbəx ləvazimatları

Son 3 il ərzində, şirkətin oyuncaq istehsal edən sexinin məhsuldarlığı sabit olaraq pisləşirdi. 01.09.2007 tarixində “Xəzər” şirkəti, 50, 000 manat məbləğində xalis xaric etmə zərərinə məruz qalaraq, oyuncaq istehsal edən sexin işini dayandırdı. Bundan əlavə, keçmiş işçilərə 30, 000 manat məbləğində işdən çıxma müavinəti ödənməli oldu.


31.12.2007 tarixində bitən ilin aralıq Mənfəət və zərər haqqında hesabatında (oyuncaq sexinin xaric edilməsinin maliyyə xərclərini nəzərə almadan) aşağıdakılar görünürdü:








Un məmulatları

Oyuncaqlar

Mətbəx ləvazimatları

Cəmi




manat

manat

manat

manat

Gəlir

175, 000

90, 000

280, 000

545, 000

Xərc

100, 000

100, 000

145, 000

345, 000




75, 000

(10, 000)

135, 000

200, 000

Vergi










(60, 000)













140, 000

Qeydlər:



  1. Vergi dərəcəsi 30%-dir və hər sexin gəlirinə müvafiq olaraq sexlər üzrə paylana bilər.

  2. Oyuncaqlar sexinin xaric edilməsi “Xəzər” şirkətinə 50, 000 manat məbləğində zərər verdi.

  3. Oyuncaqlar sexinin xaric edilməsi xərclərindən savayı “Xəzər” şirkəti keçmiş işçilərə 30, 000 manat məbləğində işdən çıxma müavinəti ödəməli oldu.

  4. “Xəzər” şirkəti 23№-li Milli Mühasibat Uçotu Standartının təqdimat tələblərini hesablara əlavə edilən qeydlər vasitəsilə tətbiq edir.



Tələb edilir: “Xəzər” şirkəti tərəfindən açıqlanmalı olan məlumat

23№-li Milli Mühasibat Uçotu Standartının tələblərinə görə mənfəət və zərər haqqında hesabatda, bir sətirlə, ən azından aşağıdakı məbləğlərin cəmi göstərilməlidir:



  1. Dayandırılmış əməliyyatın vergiqoymadan sonrakı mənfəət/zərəri.

  2. Ədalətli dəyərin yenidən qiymətləndirilməsi və/və ya xaric edilmədən alınan vergiqoymadan sonrakı mənfəət/zərər.

”Xəzər” şirkəti tərəfindən bu varianta riayət edildiyi halda, mənfəət və zərər haqqında hesabatda vergiqoymadan sonrakı xalis mənfəət/zərər adi fəaliyyətdən sonra göstəriləcək:


Dayandırılmış əməliyyatdan mənfəət/zərər (63, 000)

Sexin satış əməliyyatından alınan zərər (10, 000) üstə gəlsexin xaric edilmə zərəri (50, 000) və üstə gəl keçmiş işçilərə ödənilən işdən çıxma müavinəti (30, 000) nəticədə ümumi zərəri verir (90, 000). Əldə edilmiş zərəri 30 % vergi məbləği qədər azaltsaq (27000), nəticədə vergiqoymadan sonrakı zərər 63000 manat təşkil edəcək.


Hesablara əlavə edilmiş qeydlərdə zərər haqda daha geniş məlumat verilməlidir:





  • Əməliyyatın dayandırıldığı il ərzində dayandırılmış əməliyyatdan əldə edilən gəlir.

  • Dayandırılmış əməliyyata aid xali aktivlərin satış xərcləri çıxılmaqla ədalətli dəyərə qədər qiymətləndirilməsindən və ya satışından əldə edilən gəlir/zərər.

  • Əməliyyatın dayandırıldığı il ərzində dayandırılmış əməliyyatdan alınan zərər.

  • Dayandırılmış əməliyyata aid vergiqoymadan əvvəlki mənfəət.

  • Dayandırılmış əməliyyatın fəaliyyəti nəticəsində ödənilməli olan vergilər.

  • Uzatma olunca, davam edən əməliyyatlar üçün oxşar məlumat.

Bu, aşağıdakı kimi göstərilə bilər:








Davam edən əməliyyatlar

Dayandırılmış əməliyyatlar

Cəmi

Gəlir

455, 000

90, 000

545, 000

Xərc

(245, 000)

(130, 000)

(375, 000)

Vergiqoymadan əvvəlki xalis mənfəət/(zərər)

210, 000

(40, 000)

170, 000

30%-lik vergi

(63, 000)

12, 000

(51, 000)

Vergiqoymadan sonrakı xalis mənfəət/zərər

147, 000

(28, 000)

119, 000

Aktivlərin xaric edilməsindən alınan zərər

(50, 000)

(50, 000)




(78, 000)

69, 000

Aktivlərin xaric edilməsinin vergidən azad edilməsi




15, 000

15, 000







(63, 000)

84, 000













Yüklə 201,5 Kb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   15




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin