349
inki maneçilik göstərmiş, bəlkə əksinə, bu prosesə təkan verib
sürətləndirmişdir. Azərbaycan dilinə, eləcə də bütün dillərə baş-
qa dillərə məxsus sözlərin daxil edilməsi onu milli özünəməx-
susluqdan məhrum etmir, əksinə sözalma hər hansı dili zəngin-
ləşdirən qanunauyğun yoldur. Xüsusən, beynəlmiləl terminlər
nəinki dilin leksik səviyyədə, habelə onun fonetik, morfoloji,
sintaktik strukturunu zənginləşdirməklə dilin dünya dillərinə in-
teqrasiyasını şərtləndirir. Bu proses bütün dilləri linqvistik ba-
xımdan milli məhdudluqdan xilas edir, yəni dünya miqyasına çı-
xarır. Terminologiyanın optimal səviyyədə beynəlmiləl termin-
lərlə zənginləşməsi “dillərin özünəməxsus səciyyəvi inkişafı
üçün heç bir zaman təhlükə yaratmamış və yarada bilməz. Ona
görə ki, bütün sahələrdə olduğu kimi dildə də internasionallıq
heç də millilik ilə qarşı-qarşıya durub ziddiyyət təşkil etmir, bəl-
kə bu millilik içərisində qaynayıb qarışır, milli səciyyəvi əlamət-
lər ilə birlikdə ümumi millilik keyfiyyətini artırır”
1
Məsələn, rus
dilindən alınan “большевик” Azərbaycan dilində bolşevik, ərəb
dilində bulşevik işlənir. Bu termin, eləcə də sosializm quruluşu
ilə bağlı yüzlərlə termin bir çox dillərdə işlənmişdir. Bu dilin
vasitəsilə bir sıra dillərin lüğətində ictimai-siyasi terminlər
ümumiliyi yaranmışdır. Məsələn, partiya, respublika, konstitu-
siya, deputat kimi ictimai-siyasi terminlər milli dillərin lüğətin-
də öz əksini tapmışdır.
Dilimizə rus dilindən terminlərlə yanaşı bir sıra şəkilçilər
də keçmişdir. S.Cəfərov söz yaradıcılığı məsələlərindən bəhs
edərkən rus dilinə məxsus
Dostları ilə paylaş: