361
lindən keçmiş və dilimizdə, xüsusilə kütləvi informasiya vasitə-
lərində geniş dairədə istifadə olunur.
Dilimizdə
son dövrlərdə işlənən
“brifinq”
termini əsasən,
“dövlət, siyasi və ictimai xadimlərin mətbuat nümayəndələri ilə
görüşü” mənasında istifadə olunur. Bu termin rus dilindən alınsa
da mənşəcə ingilis dilinə məxsusdur. İlkin mənası “təlimatlan-
dırmaq”… olan bu söz sonra “dövlət siyasi xadimlərinin kütləvi
informasiya vasitələri işçiləri ilə keçirdiyi mətbuat konfransı
mənasında” işlənən termin kimi sabitləşmişdir.
Həmin mənada
Azərbaycan
dilinə keçmiş, beynəlxalq termindir.
“Brakonyer”
termini fransız mənşəlidir. Həmin termin istər
mənbə dildə, istərsə də Azərbaycan dilində “qanunsuz balıq tut-
maqla, ovçuluqla meşənin qırılması ilə məşğul olan şəxs” məna-
larında işlədilir.
Eləcə də dilimizdə
“avto”
komponentli
çoxlu
yeni terminlər yaranmışdır. Məsələn,
avtoservis
- “avtomobillərə
texniki xidmət göstərən müəssisə”;
avtodrom
- “avtomobil sınaq-
ları və yarışları üçün lazımi avadanlıqla təchiz edilmiş sahə” mə-
nalarında işlənir. Hər iki termin Avropa mənşəlidir, rus dili vasi-
təsilə alınmışdır.
3.
Dostları ilə paylaş: