360
fonetik dəyişmələrin xüsusiyyətlərinə görə dörd qrupa ayırmaq
olar:
1) Mənbə dildəki formasında heç bir dəyişiklik aparılmadan
alınmış terminlər;
2) Yalnız qrafik dəyişməyə məruz qalmış terminlər;
3) Yalnız fonetik dəyişməyə məruz qalmış terminlər;
4) Həm qrafik, həm də fonetik dəyişməyə məruz qalmış
terminlər.
Fonetik assimilyasiyada alınma terminlərin səs qişası əsas
götürülür, səs substitusiyası baş verir; qrafik assimilyasiyada ter-
minin qrafik obrazının verilməsi, qrammatik assimilyasiyada
morfoloji sistem qanunauyğunluqlarının, orfoqrafik prinsiplərin
qorunması və reseptor dildə funksionallaşması əsas götürülür.
Terminlərin bir dildən başqa dilə keçməsi prosesində terminləri
təşkil edən komponentlərin də dilə keçməsi hadisəsi baş verir.
K.N.Yeremina yazır: “Alınma prosesi bir dilə başqa bir dilin
elementlərinin keçməsidir. Alınma elementlər yaxud alınmalar
fonem, morfem, söz, söz strukturu, söz birləşməsi ola bilər.
1
”
Terminologiyada Avropa dillərindən həm termin, həm şə-
kilçilər, önlüklər, həm də termin elementlər alınır. Sistem təsni-
fatına görə dilimizdə işlənən Avropa mənbəli alınma terminləri
iki qrupa ayırmaq olar:
Dostları ilə paylaş: