Sayali sadiqova


-it şəkilçisi. Bu şəkilçi də tibbi və kimyəvi anlayışları ifadə  edir:  koksit, faringit, laringit, qravelit, fosforit



Yüklə 3,57 Mb.
Pdf görüntüsü
səhifə183/208
tarix25.12.2023
ölçüsü3,57 Mb.
#194908
1   ...   179   180   181   182   183   184   185   186   ...   208
Mohsun N - Sayali S Azerbaycan edebi dili son (2)

-it
şəkilçisi. Bu şəkilçi də tibbi və kimyəvi anlayışları ifadə 
edir: 
koksit, faringit, laringit, qravelit, fosforit,
 
və s. 
-at
şəkilçisi ilə bitən terminlər: 
demokrat, fiziokrat, asetat, 
termostat, karbonat, diplomat, 
və s. 
-oz
şəkilçisi ilə daha çox tibbi anlayışlar ifadə olunur: 
vita-
minoz, venoz, skolioz, bakterioz, tromboz
və s. 
Azərbaycan dilinə rus dilndən keçmiş bir sıra şəkilçilər də 
vardır ki, 
(-av, -it, -ial ,-iat)
onlar qeyri-məhsuldar olub, yalnız 
bir neçə sözün formalaşmasında iştirak edir. 
Müasir dövrdə Azərbaycan dilinə rus dilindən keçən icti-
mai-siyasi terminlərin bir qismi ictimai mühitin dəyişməsi ilə 
bağlı arxaikləşmiş, bir qismi isə semantik diferensiasiyaya uğra-
mışdır. Xüsusilə, sovetizmlər, yəni sosializm quruculuğu prose-
sində meydana gələn 
“sovet”, “sosializm”, “sovxoz”, “kolxoz”
kimi terminlər hazırda öz işləkliyini itirmişdir. 
Azərbaycan dilində rus dilindən alınıb işlənən elmi-texniki 
terminlər işlənmə dairəsinə və xarakterik xüsusiyyətlərinə görə 
ictimai-siyasi terminlərdən fərqlənir. Belə ki, bu qrup alınmalar 
1
Xudiyev N. Azərbaycan ədəbi dili. Sovet dövrü. Bakı, 1989, səh. 276. 


353 
elmin müxtəlif sahələri, eləcə də texniki tərəqqi ilə bağlı yaranan 
anlayışları, məfhumları ifadə edərək məfhum dəyərini saxlayır. 
Bu terminlərin elmi dildə işlənməsi üç formada öz əksini tapır:
1.
Həm Azərbaycan, həm vasitəçi dil olan rus dilində, həm 
də mənbə dildə eyni formada işlənən terminlər: 
aorta, anomali-
ya, plazma, kardioplazma, kapsula, piramida, xloroplast, xro-
mozon
və s. 
2.
Həm Azərbaycan, həm də rus dilində olduğu kimi işlə-
nən terminlər: 
anabimz, amitoz, anatomiya, dizel, polimer
və s. 
3.
Azərbaycan dilində dəyişməyə məruz qalaraq işlənən ter-
minlər: анатомический
-anatomik, 
целлюлоза
-sellüloz, 
эпиге-
нез-
epigenez, 
амфицум
-amfisat, 
фистула
-fistul 
və s.
Onu da qeyd edək ki, Qərbi Avropa dillərindən alınan alın-
malar ictimai-siyasi amillərin təsiri ilə Azərbaycan dilində rus 
dilinin vasitəsi ilə mənimsənilmişdir. Müasir Azərbaycan dilində 
rus mənşəli terminlərdən bəzisi forma və məzmununu qoruyub 
saxlayır, bəzisi dilin söz yaradıcılığı modellərinə uyğunlaşdırıla-
raq hərfi mənada tərcümə edilir, müəyyən hissəsi isə ictimai-si-
yasi hadisə ilə bağlı dildən çıxmışdır. Belə ki, Azərbaycan dilin-
də işlənən rus mənşəli ictimai-siyasi terminlər ictimai mühitin 
dəyişməsi ilə diferensiyaya uğramış, yeni ideoloji mühitə uyğun 
terminlər yaranmışdır. Hazırda cəmiyyətin obyektiv inkişafının 
nəticəsi olaraq yeni anlayışların, əşya və hadisələrin yaranması, 
elm və texnikanın sürətli inkişafı ilə əlaqədar rus mənşəli ter-
minlər dilimizdə əsas mənbə rolunu itirmiş, alınmalar birbaşa 
Avropa dillərindən alınır. Müstəqillik illərinə qədər Avropa dil-
lərindən alınmalar Azərbaycan dilinə keçənə qədər rus dilinin 
qrammatik qayda-qanunlarına uyğun olaraq formalaşmış, yəni 
əvvəlcə rus dilinin daxili normalarına müvafiq şəkildə işlənmiş-
dir. Rus dilindən alınan belə terminlərin Azərbaycan dilinin fo-
netik, qrammatik sisteminə tabe olması qanunauyğun prosesdir. 

Yüklə 3,57 Mb.

Dostları ilə paylaş:
1   ...   179   180   181   182   183   184   185   186   ...   208




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin