Sayali sadiqova


  4.3.3. AVROPA DİLLƏRİNDƏN ALINMA



Yüklə 3,57 Mb.
Pdf görüntüsü
səhifə184/208
tarix25.12.2023
ölçüsü3,57 Mb.
#194908
1   ...   180   181   182   183   184   185   186   187   ...   208
Mohsun N - Sayali S Azerbaycan edebi dili son (2)

 


354 
4.3.3. AVROPA DİLLƏRİNDƏN ALINMA 
TERMİNLƏR 
 
Son illərdə beynəlxalq əlaqələrin genişlənməsi, ideologiya-
da, demokratik tərəqqidə ümumiliklərin mövcudluğu, Avropaya 
inteqrasiya dilin zənginləşmə mənbələrinə də təsir edir. Hazırda 
Avropa mənşəli terminlər Azərbaycan dilində terminlərin yaran-
ması üçün əsas mənbələrdəndir. Çünki yeni texnikaya, xüsusilə 
də informatika, telekommunikasiya, kibernetika, kosmik texnika 
ilə bağlı anlayışların funksionallaşması, demək olar ki, dünyanın 
bütün sivil dilləri kimi dilimizdə də termin və anlayışların alın-
ma prosesi, əsasən beynəlxalq koordinasiyaya əsaslanır. 
Azərbaycan dilinə tarixən rus dili vasitəsilə Avropa dillərin-
dən terminlər alınmışdır. A.Qarayev yazır: “Azərbaycan xalqı-
nın dünya xalqları ilə olan bilavasitə və bilavasitə əlaqə və mü-
nasibətlərinin qədim kökləri vardır. Bunun nəticəsidir ki, indi di-
limizdə küllü miqdarda Avropa dillərindən alınma sözlər işləni-
lir. Həmin sözlər Azərbaycan dilinin bütün yaruslarında müəy-
yən iz buraxmış və dilin müxtəlif üslublarında leksik-semantik 
çalarlıq yaratmışdır
1
.” 
Onu da qeyd edək ki, Avropa dillərindən rus dili vasitəsilə 
alınan leksik vahidlər Azərbaycan dilinin elmi üslubuna mexani-
ki köçürülməmiş, dilimizin tələblərinə uyğunlaşdırılaraq mənim-
sənilmiş, hətta bəziləri formal və semantik cəhətdən dəyişmişdir. 
Müstəqillik qazandığımız müasir dövrdə Avropa xalqlarına ya-
xınlaşma, elmi, mədəni qarşılıqlı əlaqələr Azərbaycan dilinin lü-
ğət tərkibinə də öz təsirini göstərmiş, söz alınmasının vasitəsiz 
sistemi fəallaşmış, terminologiyamızda Avropa qatının dinamiz-
mi daha da intensivləşmişdir. 
Azərbaycan dilçiliyində Avropa dillərindən alınan terminlər 
müxtəlif aspektdən tədqiq olunmuşdur. Elmi-tədqiqat işlərində, 
1
Qarayev A. Müasir Azərbaycan dilində Avropa mənşəli leksik alınmalar. 
Bakı, 198, səh.3.


355 
normativ dərsliklərdə Avropa dillərindən alınmalardan rus dili 
və rus dili vasitəsilə alınmalar problemi içərisində ümumi şəkil-
də bəhs olunmuşdur. Bəzi tədqiqat işlərində dolayısı ilə bu mə-
sələyə toxunulmuşdur. A.Qarayevin “Azərbaycan dilində Avro-
pa dillərindən alınma sözlər” adlı doktorluq dissertasiyasında 
Avropa mənbəli sözlərin alınma yolları, vasitələri müəyyənləş-
dirilmiş, mənşəyi, semantikası, semasioloji xüsusiyyətləri, həm-
çinin alınma sözlərin semantik-statistik təhlili aparılmış və dildə 
mənimsənilmə yolları tədqiq edilmişdir. Azərbaycan dilçiliyində 
Avropa dillərindən söz alınmasına aid tədqiqat işi N.A.Məmmə-
dov tərəfindən də aparılmışdır. “Müasir Azərbaycan ədəbi dilin-
də Avropa mənşəli beynəlmiləl sözlər” adlı namizədlik disserta-
siyasında beynəlmiləl sözlərin Azərbaycan dilində işlənmə for-
malarından və fonetik, morfoloji, leksik-semantik xüsusiyyətlə-
rindən ümumi şəkildə bəhs edilmişdir. S.Xəlilova isə N.A.Məm-
mədovdan tamamilə fərqli bir mövqe tutur. Müəllif əsasən icti-
mai-siyasi terminlərin müxtəlif sistemli dillərdə formalaşması-
nın dildaxili və dilxarici məsələlərini, onların dil sistemində 
mövqeyi və istifadə dairəsi, dünya dillərində beynəlmiləl məf-
humların milli dillərdə əks olunması üsulları, onlara verilən ter-
minoloji tələblər, eyni zamanda milli terminologiyanın forma-
laşmasında beynəlmiləl fondun təsiri tədqiq etmişdir. R.Cəfərov 
“Azərbaycan dilinin texniki terminologiyasında Qərbi Avropa 
mənşəli alınmalar” adlı namizədlik dissertasiyasında Azərbay-
can dilinin texniki terminologiyasında işlənən Qərbi Avropa 
mənşəli sözlər leksik-semantik cəhətdən təhlil edilmişdir. 
N.Məmmədlinin “Alınma terminlər” adlı doktorluq dissertasiya-
sında Avropa mənbəli alınma terminlərin genealoji tərkibi, alın-
ma amilləri, təsnifi və onların yaranmasında iştirak edən termin 
elementlər, mənimsənilməsi yolları faktlarla araşdırılmışdır.
Lakin son dövrlərdə dilimizə Avropa dillərindən birbaşa 
alınmaların sayı çoxalmışdır. Bunları nəzərə alaraq, Avropa 
mənşəli terminlərin təsnifatı, sistemləşdirilməsi elmi-texniki ter-


356 
minologiyanın normalaşdırılmasında mühüm əhəmiyyətə malik-
dir. Məhz belə təsnifat prosesində alınma terminlərin reseptor 
dildə nə dərəcədə işləklik qazanması, milli dilin tələblərini ödə-
məsi və mənimsənilməsi amillərini aydınlaşdırmaq vacibdir. 
Elm və texnikanın müxtəlif sahələri dillərarası əlaqə vasitəsidir, 
müəyyən dərəcədə beynəlmiləl kontekstdən asılıdır. Avropa 
mənbəli alınma terminlərin Azərbaycan dilinin müxtəlif sahələ-
rinə təsiri eyni deyildir. Belə ki, dəqiq elmlərə, texnikaya aid
xüsusilə kibernetika, nüvə fizikası, hesablama texnikası, kosmik 
texnikaya aid terminlərin alınma prosesi daha çox beynəlxalq 
koordinasiyaya əsaslanır.
A.Axundov yazır: “Müstəqillik illərində terminalma mən-
bələri dilin əvvəlki inkişaf dövründən xeyli dərəcədə fərqlənmə-
yə başlanmışdır ki, bu da bilavasitə cəmiyyətdə gedən proseslə 
birbaşa bağlı şəkildə üzə çıxır. Yəni, əgər sovetlər birliyi döv-
ründə digər müttəfiq respublika xalqlarının dillərində olduğu ki-
mi Azərbaycan dilində də alınma terminlər, əksər hallarda termi-
nin hansı dilə mənsub olmasından asılı olmayaraq rus dilindən 
alınırdısa (bu, qaçılmaz, iqtisadi-siyasi fakt idi), müstəqillik illə-
rində artıq cəmiyyətin müasir inkişaf durumuna uyğun olaraq 
rus dilindən uzaqlaşma meyli güclənmiş və termin mübadiləsin-
də üstünlük daha çox müxtəlif səpkili əlaqənin qurulduğu Avro-
pa dillərinə verilmişdir
1
”.
XX əsrin sonlarında ölkə müstəqilliyini bərpa etdikdən son-
ra Avropa ölkələri ilə əlaqələr genişlənmişdir. Bu dövr həm də 
yeni iqtisadi siyasətə keçidlə səciyyələnir. Qərb üçün keçilmiş 
yol olan bazar iqtisadiyyatı Azərbaycanın yeni iqtisadi siyasəti-
nin əsasında durmuşdur. Bu tipli iqtisadi siyasətin inkişafı ilə 
bağlı yeni yaranan terminoloji sistemin mənbəyi ingilis dili ol-
duğundan bu dildən iqtisadi terminlərin alınması böyük vüsət al-
mış və hazırda da bu sürətlə davam etməkdədir. Bu dövrə qədər 
Avropa mənşəli terminlər Azərbaycan dilinə rus dili vasitəsilə 
1
Axundov A. “Dil və mədəniyyət” Bakı, Yazıçı, 1992, səh. 88. 


357 
daxil olmuşdur. Bir sıra tədqiqatçılar Avropa mənşəli alınmala-
rın əsas səbəbini sırf texniki terminlərin yaradılması çətinliyi ilə 
bağlayırlar. Məsələn, R.Cəfərov yazır: “Rus dili vasitəsilə Qərbi 
Avropa mənşəli terminlərin alınıb işlədilməsi zərurətdən irəli 
gələn bir haldır. Bu hər şeydən əvvəl texniki alətlərə, aparat və 
cihazlara, texniki proseslərə Azərbaycan dilində müvafiq ad ve-
rilməsində qarşıya çıxan çətinliklərlə bağlıdır.
1
” Əlbəttə, texniki 
sahələrdə terminalmanın başqa səbəblər də vardır. Lakin iqtisadi 
sahədə terminalma ictimai dəyişikliklə bağlıdır. Cəmiyyətdə baş 
verən dəyişmələr, yeniləşmələrlə bağlı olaraq həyatımıza daxil 
olan yeni anlayışların yalnız dilin daxili imkanlarından istifadə 
etməklə adlandırmaq qeyri-mümkündür. Buna görə də termino-
loji layın mühüm bir hissəsini alınma terminlər təşkil edir. Müs-
təqillik qazandıqdan sonra əvvəlki dövrlərdə terminalmada əsas 
mənbələrdən olan rus dili əvəzinə Avropa dillərinin əsas rol oy-
naması müşahidə olunur. Bu təbii bir axındır. 
Avropa mənşəli terminlər, əsasən, latın, fransız, alman, ital-
yan, yunan dillərinə məxsusdur. Burada kəmiyyətcə latın, ingilis 
və fransız alınmaları daha çoxdur. Bunların mənimsənilməsində 
aşağıdakı meyarlar əsas götürülməlidir: 
1) Termindəki səs birləşmələrinin dildə qəbul olunmuş səs 
birləşmələrinə uyğun gəlməsi;
2) Terminin morfoloji quruluşu və digər formal elementləri-
nin dildə qəbul olunmuş quruluşa uyğun gəlməsi, onunla hormo-
niya yaratması;
3) Terminin dildəki söz yaradıcılığı prosesində iştirak etməsi. 
Onu da qeyd etmək lazımdır ki, latın alınmalarının əksəriy-
yəti birbaşa deyil, fransız dili vasitəsilə ingilis dilinə, rus dili va-
sitəsilə Azərbaycan dilinə keçmişdir. Məsələn, 

Yüklə 3,57 Mb.

Dostları ilə paylaş:
1   ...   180   181   182   183   184   185   186   187   ...   208




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin