Sayali sadiqova



Yüklə 3,57 Mb.
Pdf görüntüsü
səhifə180/208
tarix25.12.2023
ölçüsü3,57 Mb.
#194908
1   ...   176   177   178   179   180   181   182   183   ...   208
Mohsun N - Sayali S Azerbaycan edebi dili son (2)

-izm, -ist, -ev, -ov
habelə, ərəb-fars 
sözləri ilə Azərbaycan dilinə daxil olmuş 
-şünas,
-bi, -na, -i, -vi 
-kar
və s. şəkilçiləri sözdüzəldici şəkilçilər sırasında izah edir. 
M.Hüseynzadə başqa dillərdə sözdüzəldicilik xüsusiyyəti 
daşıyan və aid olduğu sözlərlə Azərbaycan dilinə daxil olmuş 
şəkilçilər barədə yazır: “Biz başqa dildən alınma sözü o vaxt dü-
zəltmə söz hesab edə bilərik ki, onun kökü Azərbaycan dilində 
1
Zeynalov F. Türkologiyanın əsasları. Bakı, Maarif, 1981, səh. 30 


350 
ayrıca söz kimi mövcud olsun, işlədilsin”. Onu da qeyd edək ki, 
rus dilindən dilimizə keçən və rus dilində də sözdüzəldici forma 
kimi işlənən 
-izm, -ist, -or, -ant, -ent
şəkilçilərinin özləri də 
alınmadır. Rus dilindən alınan aşağıdakı şəkilçilər termin yara-
dıcılığında fəal iştirak edir:
-or 
şəkilçisi ilə bitən terminlər:
 komandor, radiator, donor, 
indikator. 
-er
 
şəkilçisi ilə bitən terminlər
: adsorber, milyarder, spiker, 
fermer, pioner, kondisioner, dispanser. 
-ant
 
şəkilçisi ilə bitən terminlər: 
dominant, determinant, im-
miqrant, emmiqrant, kursant, doktorant.
 
Bu şəkilçisi ilə işlənən 
terminlər daha çox ictimai-siyasi anlayışları ifadə edir: 
diplo-
mant, debütant, protestant, sektant
və s.
 
-ent
 
şəkilçisi ilə bitən terminlər: 
respondent, referent, assis-
tent. 
 
-izm
şəkilçisi ilə bitən terminlər: 
klassizm, atomizm, sosa-
lizm, idealizm, rasionalizm, modernizm, ritorizm, romantizm
simvolizm, neologizm, materializm, marksizm. 

Yüklə 3,57 Mb.

Dostları ilə paylaş:
1   ...   176   177   178   179   180   181   182   183   ...   208




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin