-at//-ət
şəkilçisi. Bu şəkilçi ilə ictimai-siyasi terminlər düzə-
lir:
mühacirat, təbliğat, təşviqat, təzminat
və s.
-iyyat//-iyyət
şəkilçisi. Bu şəkilçi ilə daha çox ictimai-siyasi
və elmi anlayışları ifadə edən terminlər yaranır. Məsələn:
riya-
ziyyat, ictimaiyyət, cəmiyyət, hakimiyyət, fəaliyyət
və s.
Alınma şəkilçilərin söz yaradıcılığı funksiyası alınma ter-
minlərin mənimsənilməsindən sonra özünü göstərir. Yuxarıda
göstərilən şəkilçilər alınma sözlərlə bərabər dilimizə keçmiş, iş-
ləklik qazandıqdan sonra onlar söz yaradan formant kimi iştirak
etmişdir. Çox vaxt bu şəkilçilər milli sözlərlə yanaşı, hətta rus-
Avropa dillərindən alınan terminlərə də qoşularaq yeni anlayış-
ları ifadə edir.
4.3.2. RUS DİLİNDƏN ALINMA TERMİNLƏR
Azərbaycan ədəbi dilinin terminoloji sisteminin zənginləş-
məsində əsas mənbələrdən biri də rus dilidir. Müasir Azərbay-
can dilində rus dilində leksik alınmalara aid bir sıra tədqiqat iş-
ləri aparılmışdır. A.Qurbanov və A.Babayevin dərsliklərində
leksik problemlərin tədqiqi zamanı alınmalar məsələsinə toxu-
nulmuşdur. A.Qurbanov rus dilindən alınmaların dilimizə keç-
məsi tarixini dövrləşdirir və onları məzmununa görə qruplara
ayırır. Azərbaycan dilində terminologiyanın inkişaf yollarını, di-
limizdəki terminlərin yaradılması üsullarını tədqiq edərkən
M.Ş.Qasımov rus dilindən alınma terminlər dedikdə, həm də in-
ternasional terminləri nəzərdə tutur, ayrı-ayrı sahələr üzrə dili-
mizə daxil olan terminləri qruplaşdırır.
1
Q.Əliyev “Azərbaycan
dilində rus dili alınmaları” adlı namizədlik dissertasiyasında rus
1
Веселов П.В. Оправданный случай синонимии в терминологии. Рус-
ская речь. 1969, №5, cтр. 145
345
dilindən alınma terminlər monoqrafik şəkildə tədqiq edilmişdir.
S.Cəfərov “Müasir Azərbaycan dili” dərsliyində rus və Avropa
dillərindən alınmış sözləri ayırmır, onları rus dili və rus dili vasi-
təsilə başqa dillərdən keçən sözlər kimi qruplaşdıraraq yazır:
“Rus dilindən dilimizə keçən sözlər təkcə rus dilinin özünəxas
olan sözlərdən ibarət deyildir. Bu sözlərin, demək olar ki, çox
hissəsi rus dilinə, oradan da Azərbaycan dilinə müxtəlif Avropa
dillərindən keçmişdir. Beləliklə, başqa Avropa dillərindən dili-
mizə sözlərin keçməsində rus dili vasitəçi rol oynamışdır”. Dili-
mizin leksik-üslubi laylarından bəhs edən T.Əfəndiyeva əsrin
20-ci illərindən sonrakı dövrlərdə sənaye və kənd təsərrüfatının,
elm və mədəniyyətin hərtərəfli inkişafı ilə əlaqədar olaraq lüğət
tərkibinin zənginləşməsində sırf rus mənşəli söz və terminlərin
deyil, “rus və bu dil vasitəsilə başqa dillərdən alınan söz və ter-
minlər”in rolunu qeyd edir.
Azərbaycan ədəbi dilinin lüğət tərkibinin Sovet dövründəki
vəziyyəti və inkişafını araşdıran K. İsmayılova başlıca dəyişik-
liklərdən – lüğət tərkibinin daxili təmizlənmə yolu ilə təkmilləş-
məsindən, sözlərin yazılış qaydalarının vahidləşməsindən, dili-
mizin ictimai təsir dairəsinin daha da artmasından, daxili inkişaf
və xarici əlaqələrlə bağlı ədəbi dilə küllü miqdarda yeni sözlərin
daxil olmasından, eləcə də rus və rus dili vasitəsilə söz və ter-
minlərin alınması meylinin artmasından, alınma sözlərin fone-
tik-orfoqrafik yazılış formalarından, qrammatik qanunlarından
bəhs edir, lakin rus mənşəli söz və terminlərin kəmiyyət və key-
fiyyətini, spesifikasını təhlil etmir. N.Məmmədlinin “Alınma
terminlər” monoqrafiyasında rus mənşəli alınma terminlərin lek-
sik, semantik xüsusiyyətləri geniş şəkildə tədqiq edilmişdir.
Tədqiqatlardan aydın olur ki, XX əsrin əvvəllərində ictimai
həyatda baş verən dəyişikliklər, cəmiyyətin yeni quruluşda for-
malaşması ilə bağlı olaraq ictimai-siyasi proseslər fonunda yeni
anlayışlar və bu anlayışları ifadə edən söz və terminlərin rus di-
lindən alınmasına baxmayaraq, ərəb və fars dilləri Azərbaycan
346
dili terminoloji sistemində əsas mənbə mövqeyini saxlamaqla
bünövrə rolu oynamışdır. Lakin, sonrakı dövrlərdə alınma söz
və terminlərin yaranmasında mənbə dəyişməyə başlamışdır.
Qarşılıqlı əlaqələr dillərin bir-birinə təsirini, müxtəlif dil ele-
mentlərinin bir dildən başqa dilə keçməsinə real şərait yaradır.
Rus dilindəki alınmalar da xalqlar arasındakı iqtisadi-siyasi, tari-
xi əlaqələrlə bağlıdır. Qarşılıqlı əlaqələrin ilk dövrlərindən baş-
layaraq türk dilinin rus dilinə güclü təsiri olmuşdur. N.Baskakov
yazırdı ki, hələ XI əsrdən rus dilində türkizmlər işlənməyə başla-
mışdır. Rus dilində türkizmlərin əksəriyyəti monqol-tatar hü-
cumları dövründə alınmışdır. Həmin dövrdən başlayaraq türk
dillərinin rus dilinə təsiri olmuş, sonralar bu proses dəyişməyə
başlamışdır.
XIX əsrin əvvəllərindən Rusiya ilə ictimai-iqtisadi, ədəbi-
mədəni əlaqələrin inkişafı dildə də öz təsirini göstərmişdir. Bu
dövrdə Azərbaycan ədəbi dilində terminlərin alınma mənbəyi
çoxalmış, ərəb, fars dilləri ilə yanaşı, rus və Qərbi Avropa dilləri
də bu mənbələr sırasına daxil olmuşdur. Burada rus və Qərbi
Avropa dillərinin işlənməsi təsadüfi deyildir. Çünki I Pyotrun
zamanından başlayaraq rus dilinə Qərb dillərindən-alman, hol-
land, ingilis, fransız, skandinav dillərindən sözlər alınmış və on-
ların əksəriyyəti mənbə dildə olduğu kimi işlənmişdir. Sonralar
bu sözlər rus dili vasitəsilə başqa dillərə keçmişdir. Terminoloji
sahədə də bu tipli alınmaların XIX əsrdən başlayaraq artması rus
dilinin təsir dairəsinin genişlənməsi, rus dilinin ana dili ilə yana-
şı işlənməsi eyni zamanda elmi-texniki sahələrin bu ölkədə çox
sürətlə inkişaf etməsi ilə bağlı idi. Yeni yaranan anlayışlar ilk
öncə rus dilində işlədilmiş, sonralar müxtəlif sahələrə aid bu əş-
ya və məfhumların adlarını ifadə edən sözlər dilimizə də daxil
olmuşdur.
XX əsrdə milli dillərin terminoloji sistemlərinin inkişafında
rus dilinə məxsus terminoloji vahidlərin oynadığı rol danılmaz-
dır. Bu proses əsrin 90-cı illərinə qədər davam etmişdir. Xüsusi-
347
lə, bu əsrin sovet mərhələsində yeni ictimai formasiyanın forma-
laşması ilə bağlı olaraq iqtisadiyyat və mədəniyyətin yeni məc-
rada inkişafı, xalq təsərrüfatının yeni sahələrinin yaranması,
marksizm klassiklərinin əsərlərinin, eləcə də partiya və dövlət
sənədlərinin tərcüməsi ilə əlaqədar Azərbaycan dilində çoxlu ye-
ni terminlər meydana gəlmişdir. Çünki sovet quruluşunu əks et-
dirən bütün anlayışlar əvvəl rus dilində öz nominasiyasını əldə
etmiş, sonra bu termin (SSRİ xalqlarının dillərinə, o cümlədən
Azərbaycan dilinə) müxtəlif dillərdə işlənmişdir. Sosial amillə-
rin inkişafı, informasiya vasitələrinin güclənməsi, elmi-texniki
tərəqqi rus dilindən yeni anlayışları ifadə edən terminlərin alın-
masını daha da gücləndirmişdir. Bu terminlərin çoxu Azərbay-
can dilinin sahə terminologiyalarında işləkliyi ilə diqqəti cəlb
edir. Bunlar göstərir ki, rus mənşəli alınmalar dilimizin tələbatı-
na uyğun olaraq işlənmişdir. Tələbat nəticəsində bu dövrdə
Azərbaycan dilinə rus dilindən ictimai-siyasi və elmi-texniki ter-
minologiya ilə bağlı çoxlu miqdarda terminlər keçmişdir. Belə
ki, kənd təsərrüfatı, hərb, hüquq və ictimai-siyasi həyatla bağlı
anlayışlar rus dilindən alınan terminlərlə ifadə olunmuşdur. Yeni
terminlər yeni sosial həyatı əks etdirirdi. Bu terminlər milli dil
çərçivəsindən çıxaraq, dildə işləklik qazandıqları üçün (əksəriy-
yəti rus mənşəli olmasalar da) sovetizm kimi başqa xalqların ta-
rixi yaddaşına həkk olunmuşdur. Z.İ.Barannikov yazırdı ki, dil-
çilik elminə hətta yeni bir termin – sovetizmlər termini, yəni so-
vet hakimiyyəti dövründə rus dilində alınma vahid mənası daşı-
yan termin daxil olmuşdur. Onu da qeyd edək ki, sovetizmlər ru-
sizmdən fərqli olaraq sovet quruluşunun varlığını əks etdirən
terminlərdir. Rusizmlər isə tarixən formalaşmış rus məişətini və
tarixi dünyagörüşünü ifadə edən leksik vahidlərdir. Azərbaycan
dilinə bu dövrdə yüzlərlə-
Dostları ilə paylaş: |