Sayali sadiqova



Yüklə 3,57 Mb.
Pdf görüntüsü
səhifə185/208
tarix25.12.2023
ölçüsü3,57 Mb.
#194908
1   ...   181   182   183   184   185   186   187   188   ...   208
Mohsun N - Sayali S Azerbaycan edebi dili son (2)

“budget”
ingilis 
dilinə fransız dilindən “
budget”
sözündən eyni ilə alınmışdır. 
Termin ingilis dilindən rus dilinə 
“бюджет”
şəklində keçmiş-
1
Cəfərov R. Azərbaycan dilinin texniki terminologiyasında Qərbi Avropa 
alınmaları. Terminologiya məsələləri. Bakı, Elm, 1990, səh.23.


358 
dir. Rus dili vasitəsilə Azərbaycan dilində alınan termin 
“büd-
cə”
 
formasındadır. 
Büdcə 
– iqtisadi subyektin müəyyən müddət 
ərzində planlaşdırılmış gəlir və xərclərindən ibarət pul fondu 
mənasında işlənir. Bu termin vasitəsilə dilimizdə bir sıra yeni 
terminlər – 
büdcə vəsaiti, büdcə prosesi, büdcə balansı, federal 
büdcə, büdcə uçotu
və s. terminlər də yaranmışdır. Eləcə də 

agent”
termini. -
 
(lat. 
agentis
– fəaliyyət göstərən, iş görən); 
агент
(rus); 
agent
(ing.); 
Agent
- digər şəxsin fəaliyyət dairəsin-
də səlahiyyətli vasitəçi qismində onun maraqları naminə iş tapşı-
rığı əsasında iş görən. İqtisadiyyatda isə yeni - 
vergi agenti; sı-
ğorta agenti, agent–bank 
terminlərinin yaranmasında iştirak 
edir. Azərbaycan dilində işlənən 
akt, aksiz, birja, bonus, deklo-
rasiya, depozit, frank, indeks, inflyasiya
və s. terminlər də latın 
mənşəli olub, ingilis dilində formalaşmış, sonra rus dili vasitəsi-
lə və ya birbaşa Azərbaycan dilinə keçmişdir. Latın və yunan 
dillərində işlənən bir çox sözlər dünyanın bir çox dillərində iş-
ləndiyindən beynəlxalq terminlər cərgəsində əsas yer tutur. Çün-
ki müasir elmlərin çoxunda yunan və latın mənşəli terminlərdən 
istifadə olunur. Bu terminlər vaxtilə ingilis, fransız, rus və b. dil-
lərdə formalaşmış, başqa dillərə keçərək beynəlmiləl terminə 
çevrilmişdir. 
İctimai-siyasi elmlərinin yaranması və inkişafı qərbdə get-
miş, alman, fransız, ingilis alimlərinin bu elmin inkişafında müs-
təsna xidmətləri olmuşdur. Ona görə də hələ sovet dövründə be-
lə, ictimai-siyasi və elmi terminologiyada istifadə olunan ter-
minlərin əsas hissəsini Avropa mənşəli terminlər təşkil etmişdir. 
Həmin terminlər rus dilinə daxil olmuş və rus dili vasitəsilə 
Azərbaycan dilinə keçmişdir. Avropa dillərindən alınma termin-
lərin əsas hissəsi ingilis mənşəlidir. Bu terminlərin digər qismi-
nin əsasında müxtəlif Avropa dillərindən olan sözlər dursa da, 
onların əksəriyyəti ingilis dilinin terminologiyasında formalaş-
ma və sabitləşmə keçmişdir. İngilis dilindən alınma terminlərin 
tədqiqi onların həm yazılış, həm də tələffüzündə müəyyən dəyiş-


359 
mələrin baş verməsini göstərir. Müxtəlifsistemli dillər olduğun-
dan terminin bir dildən digərinə keçməsi onun norma mənbələri-
nə uyğunlaşması tələbini ortaya atır. Azərbaycan dilinin termi-
nologiyasındakı ingilis alınmaları dilimizin malik olduğu, tari-
xən formalaşmış dil qanunlarına və səciyyəvi xüsusiyyətlərinə 
uyğunlaşdırılaraq işlədilir. Bununla belə qeyd etmək lazımdır ki, 
ingilis mənşəli terminlərin bir qismi dilimiz üçün səciyyəvi olan 
fonetik və qrammatik xüsusiyyətlərə uyğunlaşdığı halda, digər 
qismi mənbə dildəki mövcud formasını qoruyub saxlamış, heç 
bir dəyişikliyə məruz qalmadan mənbə dildəki formada da işlə-
dilmişdir. Beləliklə də, onlar öz malik olduqları formanı tam 
mühafizə edib saxlamış olurlar.
Son dövrlərdə dilimizə mənbə dildə olduğu kimi işlənən 
çoxlu terminlər keçmişdir. Məsələn, 

Yüklə 3,57 Mb.

Dostları ilə paylaş:
1   ...   181   182   183   184   185   186   187   188   ...   208




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin