Sayali sadiqova



Yüklə 3,57 Mb.
Pdf görüntüsü
səhifə189/208
tarix25.12.2023
ölçüsü3,57 Mb.
#194908
1   ...   185   186   187   188   189   190   191   192   ...   208
Mohsun N - Sayali S Azerbaycan edebi dili son (2)

“konsaltinq”
-
 
ixtisaslaşmış şirkətlə-
rin istehsalçılara, satıcılara, alıcılara iqtisadiyyatın, maliyyənin, 
xarici iqtisadi əlaqələrin, firmaların yaradılması və qeydiyyatı-
nın, əmtəə və xidmət bazarlarının tədqiqatı və proqnozlaşdırıl-
masının, innovasiyaların çoxsaylı məsələləri üzrə məsləhətlərin 
verilməsindən ibarət fəaliyyəti. Konsaltinq şirkətləri məsləhət 
fəaliyyətinin ayrı-ayrı sahələri üzrə ixtisaslaşa bilər. Konsaltinq 
yeni təşkilatlar yaradıldıqda təsisat sənədlərinin hazırlanmasın-
dan da ibarət ola bilər.(İzahlı iqtisadi terminlər lüğəti. I cild. Ba-
kı-Nurlan-2005) Tədqiqat zamanı belə nəticəyə gəlirik ki, son 
dövrlərdə Avropa dillərindən Azərbaycan dilinə keçən sözlərin 
mühüm bir hissəsini beynəlxalq terminlər təşkil edir. Bu tipli 
terminləri funksionallıq baxımından iki qrupa ayırmaq olar. Belə 
ki, bu tip terminlərin bir çoxu ümumxalq səciyyəli alınma ter-
minlər olmaqla (prodüser, printer, virtual, plüralizm, imeyl, fayl, 
pleyer, sayt, pult, market, marketinq, monitor) yanaşı, məhdud 
dairədə işlənən autsayder, treyner, akkreditiv, karqo, infaydet, 
imitator kimi terminlər də dilə daxil olmuşdur. Belə terminlərin 
çoxu beynəlxalq terminlərdir. Y.A.Belçikovun fikrincə, beynəl-
xalq terminologiya haqqında danışılanda Avropa dilləri üçün 


363 
ümumi söz qrupu nəzərdə tutulur və müəllif onları avropaizmlər 
adlandırır. Məsələn, 
“marketinq”
sözü ingilis mənşəlidir. Bir iq-
tisadi termin kimi 
“marketinq”
həm slavyan, həm german dillə-
rində, həm də bir sıra türk dillərində, o cümlədən Azərbaycan di-
lində iri müəssisələrin idarəolunma sistemlərindən biri (marke-
tinqin əsas işi bazarı öyrənməkdən, məhsul istehsalında bazar 
tələbatını nəzərə almaqdan və malları istehlakçılara çatdırmaq-
dan ibarətdir.) mənasında işlənərək beynəlxalq terminlər sırası-
na daxil olmuşdur.
Azərbaycan dilində terminoloji sistemlər Avropa mənbəli 
alınmalar hesabına zənginləşir. Bununla da anlayış ifadə edilir, 
izah əvəzinə dilimizin fonomorfoloji qanunauyğunluqlarına, yə-
ni həm xarici qişası, həm daxili mənası və definitiv-təsviri məz-
munu alınan dildəkinə mümkün qədər uyğunlaşdırmaqla alınma 
terminin adekvat verilməsi tendensiyası fəallaşır. Belə Avropa 
mənbəli terminlərin təsnifatı, sistemləşdirilməsi elmi-texniki ter-
minologiyanın normalaşdırılmasında mühüm əhəmiyyətə malik-
dir. Məhz təsnifat əsasında terminlərin reseptor dildə assimilya-
siyası - alınan leksik maddi formanın fonetik, qrafik, qrammatik 
və leksik-semantik xarakteristikasını alan dilin müvafiq norma-
sına yaxınlaşması yolu ilə mənimsənilməsi, milli dilin tələblərini 
ödəməsi və konkret olaraq hansı formada dilə qəbul edilməsi 
amilləri müəyyənləşdirilməlidir. Mənimsəməyə görə alınan ter-
minin alan dilin fonetik və morfoloji normalarına formal şəkildə 
uyğunlaşması, dilin müxtəlif funksional üslublarında işlənməsi, 
dilin söz yaradıcılığı qaydalarına uyğun gəlməsi, alan dilin öz 
sözləri ilə birləşmələr yaratması, yaxın sinonimlərdən fərqlən-
məsi alınma sözün mənimsənilmə dairəsini təyinetmənin əsas 
meyarlarıdır. 

Yüklə 3,57 Mb.

Dostları ilə paylaş:
1   ...   185   186   187   188   189   190   191   192   ...   208




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin