87
rəvəş
və
uşaq
üçün işlətdikdə onun birinci tərəfıni -
"xub"
sözü-
nü farscasında olduğu kimi işlədir. Sözü
əvrət
(
övrət, qadın, xa-
nım
)
üçün sifət kimi işlətdikdə isə onun birinci tərəfıni
"gögçək"
və
"gözəl”
kimi tərcümə edir. Deməli, tərcüməçi eyni sözün kim
üçün işləndiyinə də diqqət yetirmiş və düzgün olaraq onu fərqli
şəkildə tərcümə etmişdir. Yeri gəlmişkən qeyd edək ki, “
xubruy
”
sözü Qasım bəy Zakir və Mirzə Fətəli Axundovun dilində eynilə
fars dilində olduğu kimi işlənmişdir.
Bəvazici
"narəside"
feli sifətini də aşağıdakı üç şəkildə tər-
cümə etmişdir:
"yetməmiş”
(
yemiş
) – , "
irişməmiş”
(
xurma
) – ,
"bişməmiş
(
xurma
).
"Narəside"
sifəti burada hər üç halda meyvə
üçün işlənsə də, fərqli şəkildə tərcümə olunmuşdur.
Tərcüməçi
orijinaldakı farsmənşəli
sitəmgər
(zülmkar) düzəltmə sözünü isə
bir yerdə farscada olduğu kimi saxlamış, digər iki məqamda isə
onun qarşılığı olaraq
sitəmedici
və
sitəmedər
mürəkkəb sözlərini
işlətmişdir.
Fars dilində mürəkkəb feili
"çaplusi kərdən"
isə tərcümədə
iki ifadə ilə verilmişdir:
"yaltaqlanmaq", "dilküçilik etmək".
Gö-
ründüyü kimi, ikinci ifadə frazeoloji vahiddir. Tərcüməçi oriji-
nalın eyni vərəqindəki
"be-morad rəsidən"
frazeoloji vahidini də
iki şəkildə çevirmişdir:
"muradına irişmək", "muradı hasil ol-
maq".
Eyni söz və ya ifadənin müxtəlif şəkildə verilməsinə "Şü-
hədanamə"də də rast gəlirik.
“Kəvamilüt-təbir”lə onun farsca orijinalının mətnlərinin
müqayisəsi
göstərir ki, Bəvazici orijinaldakı ayrı-ayı ərəb və fars
söz və ya söz birləşmələrini çevirərkən bəzən onların ana dilin-
dəki qarşılıqlarını tapa bilməmişdir. Belə hallarda o, orijinaldakı
sözü eynilə işlətməmək üçün onun əvəzinə ərəb və fars dillərinə
məxsus başqa sözlərdən istifadə etmişdir. Məsələn,
tərcüməçi
orijinalda olan
"şayəste"
sözü əvəzinə
"layiq”
,
"kelid”
Dostları ilə paylaş: