84
“Kəvamilüt-təbir” haqqındakı namizədlik dissertasiyasında bu
izaha diqqət yetirmədiyi üçün onu
noçnaya soroçka
(gecə köy-
nəyi)
kimi tərcümə etmişdir
1
. Fikrimizcə, bu sözü də Bəvazici-
nin özü düzəltmişdir. Birincisi, ona görə ki, əlimizdə olan məş-
hur mənbələrin heç birində həmin leksemə rast gəlmirik. Yalnız
XV-XVI əsrlərə aid iki lüğətdə eyni mənalı
"gecə tonu”
birləş-
məsinin işləndiyi göstərilir. İkincisi isə, Bəvazici həmin sözü
qeyd etdikdən sonra onun izahını da verməyi lazım bilmişdir.
Bu isə bir növ
gecəlik
sözünün Bəvazicidən qabaq yazılı dildə
işlənmədiyini göstərən bir dəlil kimi qəbul edilə bilər.
Orijinaldakı fars mənşəli
barani
(yağış üçün üst geyimi,
plaş) sözü ilə onun qarşılığı kimi işlədilmiş
yağmurluq
(
yağış-
dan qorunmaq üçün geyim
) isə həm quruluşca, həm də mənaca
bir-birinə tam uyğun gəlir.
Yağmurluq
sözü qədim türk mətnlə-
rində yalnız sifət kimi
(yaγmurliγ öd - yağışlı vaxt)
qeydə alın-
mışdır
2
. Orta əsrlərin yazılı abidələrində də bu sözün Bəvazici-
dəki daşıdığı mənası göstərilmir. Fikrimizcə, bu leksemi də Bə-
vazicinin yaratdığı sözlər sırasına qoşmaq olar. Bununla belə,
gecəlik
sözündən fərqli olaraq,
yağmurluq
sözü dilimizdə qoru-
nub saxlanılmış və bu gün də nadir hallarda eyni mənada işlənir.
Bəvazicinin “Kəvamilüt-təbir”də işlətdiyi düzəltmə sözlər
içərisində
-çı, -çi
şəkilçisinin iştirakı ilə düzəlmiş iki söz haqqın-
da da ayrıca danışmaq lazım gəlir. Bunlar çağdaş ədəbi dilimiz
üçün arxaik səciyyə daşıyan və orta əsrlərin yazılı abidələrində
nadir hallarda işlənilən
quyumçı
və
qəcərçi
sözləridir. Həmin
sözlərin işləndiyi cümlələrin həm farscasına, həm də türkcəsinə
nəzər salaq:
Dostları ilə paylaş: