Sayali sadiqova


Bayıq - açıq, açıq-aşkar, gerçək, həqiqi:  Bu rəsmə tamuda, uçmağda  bayıq



Yüklə 3,57 Mb.
Pdf görüntüsü
səhifə66/208
tarix25.12.2023
ölçüsü3,57 Mb.
#194908
1   ...   62   63   64   65   66   67   68   69   ...   208
Mohsun N - Sayali S Azerbaycan edebi dili son (2)

Bayıq
- açıq, açıq-aşkar, gerçək, həqiqi: 
Bu rəsmə tamuda, uçmağda 
bayıq,
 
Bədən olur məqaminə müvafiq.
Öncə qeyd edək ki, beytin birinci misrasında işlənmiş 
“ta-
mu”
(
cəhənnəm
), 
“uçmaq”/”uçmağ”
(
cənnət
) sözləri də qədim 
türk sözləridir və hazırda arxaizmlər sayılır. 
“Bayıq”
sözünə gəl-
dikdə isə bu leksem eyni mənada “Dastani-Əhməd Hərami”də, 
Suli Fəqihin “Yusif və Züleyxa”, Əlinin “Qisseyi-Yusif” və Mus-
tafa Zəririn “Yusif və Züleyxa” məsnəvilərində işlənmişdir.
 
 
Çəq
- düz, tam, lap, kimi: 
 
Həqqü ŋ çün nuri-əksi düşdi canə, 
Düşürdi qülqülə 
çəq
 asimanə.
Bu leksem Mahmud Kaşğarinin lüğətində və “Altun yaruğ” 
adlı qədim türk mətnlərində işlənmişdir .
V.Radlov da onu lüğətində qeydə almışdır
1
.
 
 
Çoqramaq
- qaynamaq, coşmaq, hoqquldamaq: 
 
Sipərlər, şölələr ura günəşdə, 
Ki, adəm beynisi 
çoqraya
 başda.
“Çoqramaq”
feili eyni mənada Kaşğaridə və XIV-XV yüzil-
liklərə aid türk yazılı abidələrində işlənmişdir. Bu feildən düzəl-
miş 
“çoqratmaq”
(coşdurmaq) və 
“çoqraşmaq”
(qaynamaq, coş-
maq) sözləri də Kaşğaridə işlənmişdir. Azərbaycan yazılı abidələ-
rindən isə heç birində “çoqramaq” feilinə rast gəlməmişik.
 
1
Радлов В.В. Опыт словаря тюркских наречии. 1-IV,СПб., 1888-1891. 
с.183 


133 
Dəgmə
- təsadüfi, hər, hər hansı: 
Müxalif yellər əsməzsə ovadə, 
Xətər bulunmazsa 
dəgmə
 bir həvadə.
Bu söz “Kutadğu bilig”də 
“təqmə”
, “Ət-töhfə”də 
“dəqmə”

“Kitab əl-idrak”da isə 
“təymə”
və 
“dəgmə”
kimi qeydə alınmış-
dır. XIV-XV əsrlərə aid Azərbaycan-türk yazılı abidələrində də 
“dəgmə”
sözü işlənmişdir . 

Yüklə 3,57 Mb.

Dostları ilə paylaş:
1   ...   62   63   64   65   66   67   68   69   ...   208




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin