Sayali sadiqova



Yüklə 3,57 Mb.
Pdf görüntüsü
səhifə87/208
tarix25.12.2023
ölçüsü3,57 Mb.
#194908
1   ...   83   84   85   86   87   88   89   90   ...   208
Mohsun N - Sayali S Azerbaycan edebi dili son (2)

 
Yerinmək
- kədərlənmək, nifrət etmək: 
Gəhi üryan olur, gəhi tonanır, 
Gəhi 
yerinirü
 gahi gönənir. 
Bu söz eyni mənada qədim türk mətnlərində də işlənmiş-
dir.Həmin mənbələrdə bu feildən düzəlmiş 
“yerinc”
(bədbəxt) 
sifətinin də işlənməsi qeydə alınmışdır. Mahmud Kaşğarinin 
“Divanü lüğətit-türk” və Yusif Balasaqunlunun “Kutadğu bilig” 
əsərlərində 
“yerinmək”
feilinin sinonimi olan 
“yermək”
feili də 
işlənmişdir. 
Qeyd edək ki, “Kitabi-Dədə Qorqud” eposunda yalnız aşa-
ğıdakı bir cümlədə işlənmiş 
“yerindirmək”
feili də eyni kökdən-
dir: 
“Sevindirdin, 
yerindirmə,
ozan, məni, - dedi”
. Cümlənin 
ümumi məzmunundan da göründüyü kimi, 
“yerindirmə”
sözü 
burada 
“kədərləndirmə”
mənasında işlənmişdir. Bununla belə, 
“Kitabi-Dədə Qorqud”un izahlı lüğətində bu sözün 
“utandır-
maq”,“xəcalət etmək”,“rədd etmək”
mənaları göstərilmişdir. 
Ş.Cəmşidov isə bu sözü 
“yarındırma”
şəklində oxuyaraq, onun 
“yozdurma”
mənasında işləndiyini qeyd edir 
1

 
Yoyulmaq
- silinmək, pozulmaq, yox olmaq: 
Bəqa adı vücuda qoyulupdur, 
Fəna yokluğı andan 
yoyulupdur.
Bu sözün eyni mənada Mahmud Kaşğarinin lüğətində 
“yo-
ğulmaq”
şəklində işlənməsi qeyd olunmuşdur. Həmin mənbədə 
bu feillə eyni köklü olan 
“yoğmaq”, “yoğunmaq”
(pozmaq, yox 
etmək) sözləri də qeydə alınmışdır. “Kitab əl-idrak”da isə bu feil 
1
Cəmşidov Ş. “Kitabi-Dədə Qorqud”. Bakı, 1999. səh.173. 


157 
“yuydu”
(sildi) şəklində transfoneliterasiya edilmişdir. V.Radlov 
bu sözün 
“yoyulmaq”
şəklində işləndiyini qeydə almışdır
1


Yüklə 3,57 Mb.

Dostları ilə paylaş:
1   ...   83   84   85   86   87   88   89   90   ...   208




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin