Üyük
- təpə:
Səni bildirdilər sana böyükdən,
Ki, düz yerə enəsin sən
üyükdən.
Bu sözün eyni mənada Mahmud Kaşğarinin lüğətində işlən-
məsi qeydə alınmışdır. Prof. Əmir Nəcibin fikrincə, bu ismin
kökündə
“üymək”
(bir yerə yığmaq, toplamaq) feili dayanır.
“Üyük”
sözü başqa türk yazılı abidələrində də işlənmişdir.
1
Радлов В.В. Опыт словаря тюркских наречии. 1-IV,СПб., 1888-1891.
с.1289
2
Турецко-русский словарь. М., 1980. с.890
154
Yaxtulu
- işıqlı, nurlu, parlaq:
Ki, eşitmişəm anı bir uludan,
Həqqin bəzmində şəmi-
yaxtuludan.
Bu söz eyni mənada XIV-XV əsrlərə aid bir neçə mənbədə
işlənmişdir
1
.
Yancuq
- yandan asılan torba, pul qabı:
Nə bilsün gövhəri buncuq dakınan,
Qəni olmaz qurı
yancuq
dakınan.
Bu söz Mahmud Kaşğarinin lüğətində
“yancıq”/”yancuq”
şəklində işlənmişdir. Həmin mənbədə
“yanlıq”
sözü də
“çoban
torbası”
mənasında işlənmişdir. Əbu Həyyan isə bu sözün bir
atalar sözündə işləndiyini qeyd edir:
“Yigid qoş, yançuk boş”
(Cavan gözəldir, cibi isə boşdur). “Yancuq” sözü XIII-XVII əsr-
lərə aid başqa yazılı abidələrdə də qeydə alınmışdır.
Yasılmaq
- yayın kirişinin qövs şəklinə düşməsi, yayın
(oxun) buraxılması:
Kirişlər üzülə, yaylar
yasıla,
Sonucı ləşkəri-Misri ŋ basıla.
Bu sözün eyni mənada Mahmud Kaşğarinin lüğətində işlən-
məsi qeydə alınmışdır. Həmin mənbədə
“yasmaq”
feili də
“bu-
raxmaq”, “dağılmaq”
mənalarında işlənmişdir. Göründüyü ki-
mi,
“yasılmaq”
feili
“yasmaq”
feilinin məchul növüdür.
“Yasıl-
maq”
feili “Dastani-Əhməd Hərami”də də işlənmişdir:
1
XIII asırdan günümüze kadar kitaplardan toplanmış tanıklariyle Tarama
sözlüğü. I-VI c., Ankara, 1941-1945. səh.4214
155
Doqquz kişi yatır başı kəsilmiş,
Qılıcları sınıb, yayı
Dostları ilə paylaş: |