Sayali sadiqova



Yüklə 3,57 Mb.
Pdf görüntüsü
səhifə81/208
tarix25.12.2023
ölçüsü3,57 Mb.
#194908
1   ...   77   78   79   80   81   82   83   84   ...   208
Mohsun N - Sayali S Azerbaycan edebi dili son (2)

 
Sımaq
- pozmaq: qırmaq, sındırmaq: 
 
Bu əksi görmədi iblisi-məlun, 
Anu ŋ
 
çün əmri 
sıdı
 oldı məğbun…
Bozalar sülhivü əhdi 
sıyalar,
 
Bu rəsmə ola atlular yeyələr.
Bu söz eyni mənada istər qədim türk mətnlərində, istərsə də 
orta çağlara aid yazılı abidələrdə işlənmişdir. Qeyd edək ki, 
“Gülşəni-raz” tərcüməsində bu feil nümunələrdən də göründüyü 
kimi, 
“əmr”
və 
“əhd”
isimləri ilə birgə işlənmişdir. 
 
Sin
- qəbir: 
Dügün gözlərü xəlqin ölüsini, 
Yeməksiz evdür ana ölü 
sini.


149 
Bu sözün eyni mənada istər qədim türk mətnlərində , istərsə 
də orta çağlara aid yazılı abidələrdə işlənməsi qeydə alınmışdır. 
Sarı Aşıq da bir bayatısında bu sözü işlətmişdir: 
 
Mən aşiq, tərsinə qoy, 
Tər təni tər 
sinə 
qoy. 
Yaxşını qibləsinə 
Aşığı tərsinə qoy

Soğulmaq
- suyu çəkilmək, suyu qurumaq: 
Zamanlar keçərü dönər fələklər, 
Də ŋ izlər 
soğulur,
 ölür səməklər.
Bu söz eyni mənada “Kitabi-Dədə Qorqud”da da işlənmiş-
dir: 
“Qanlı-qanlı suların soğulmuşdı, çağladı axir”
. Qeyd edək 
ki, dastanın 1988-ci il Bakı nəşrində bu söz 
“sovğulmuşdı”
kimi 
verilmiş və kitabın izahlı lüğətinıdə də elə bu şəkildə qeydə alın-
mışdır. Şamil Cəmşidov onu 
“soğulmuşdu”
kimi transfonelite-
rasiya etmişdir . Bizim fikrimizcə, bu sözü yazılışına görə məhz 
“soğulmuşdı”
kimi oxumaq məqsədəuyğundur. Qeyd edək ki, 
“soğulmaq”
feili XIV-XVI yüzilliklərə aid bir sıra türk mətnlə-
rində işlənmiş və əksər halda elə “Kitabi-Dədə Qorqud”un Drez-
den nüsxəsindəki kimi yazılmışdır. V.Radlov da onun 
“torpağa 
batmaq
(suyun, qurdun) və 
“qurumaq”
mənalarını göstərmişdir. 
Onu da qeyd edək ki, “Tarama sözlügü”ndə verilən nümunələrin 
çoxunda 
“soğulmaq”
feili “Kitabi-Dədə Qorqud”da olduğu ki-
mi, 
“su”
sözü ilə işlənmişdir. Bizim fikrimizcə, çağdaş ədəbi di-
limizdə işlənən 
“suyu sovulmuş dəyirmana oxşayır”
ifadəsində-
ki 
“sovulmuş”
sözü 
“soğulmaq” 
lekseminin fonetik dəyişikliyə 
uğramış formasıdır (sözdə ğ-v səs əvəzlənməsi baş vermişdir). X 
əsrə aid 
“Altun yaruq”
adlı qədim türk mətnində bu söz 
“soqul-
maq”
şəklində (
“suyu çəkilmək”
mənasında) işlənmişdir. Sözün 
bu fonetik variantı göstərir ki, zaman keçdikcə onun tərkibindəki 
“q” samiti “ğ” samiti ilə əvəzlənmişdir. 


150 

Yüklə 3,57 Mb.

Dostları ilə paylaş:
1   ...   77   78   79   80   81   82   83   84   ...   208




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin