–
internet materiallarının təşkilat və ya fiziki şəxs tərəfindən inter-
netdə yerləşdirilməsi;
veb-sayt
– veb-serverdə verilənlər bölmə-
si olub, hər hansı təşkilat və şəxsə aiddir. Bu bölmədə istifadəçi
385
özünün informasiyalarını veb-səhifə ilə əlaqəli çoxluq şəklində
yerləşdirir. Saytın titul səhifəsindən istifadə edərək göstərici ilə
onun müxtəlif səhifələrinə baxmaq olar;
veb-server
–
internetdə
və internet şəbəkədə istifadəçinin veb-səhifəsinə giriş verən, in-
ternetdə axtarış və başqa xidmətlər təklif edən kompüter.
Hər bir sahənin inkişafı onun anlayışlarının sistemə salın-
ması ilə əlaqədardır. Sistemə salınma zamanı anlayışlar qruplaş-
dırılır. Anlayışların qruplaşdırılması prosesində bütün sahə ter-
minologiyalarında nöqsanlar aydın şəkildə özünü göstərir. Bu
çox vaxt anlayış ifadə edilərkən onun əsas fərqləndirici əlamət-
lərinin nəzərə alınmaması ilə bağlıdır. Çünki termin aid olduğu
anlayışı həmin anlayışın fərqləndirici əlamətləri əsasında təyin
edir. Terminlərdə birmənalılıq tələbi də bu baxımdan ödənilmə-
lidir. Lakin çox vaxt bu tələblər gözlənilmir. Məsələn:
konversi-
ya
–
1. hərbi-sənaye şirkətinin xalq tələbatına uyğun məhsullar
istehsal edən şirkətə çevrilməsi (yaxud əksinə); 2. dilçilikdə - bir
nitq hissəsinə aid olan sözün cümlədə başqa nitq hissəsi kimi iş-
lənməsi. Belə terminlərin ifadə etdiyi mənaların və definisiyala-
rın da sayı çoxdur. Deməli, mövcud anlayışı ifadə edən termini
müəyyənləşdirən zaman onun definitiv əlaməti əsas götürülməli-
dir. Terminalma dilin terminoloji sisteminin zənginləşdirilməsi
yollarından biri olsa da, termini ifadə edə bilən bu üsuldan im-
kan daxilində az istifadə edilməsi məqsədəuyğundur. Dilin daxi-
li imkanları hesabına yaranan terminlərə üstünlük verilməlidir.
Terminologiyanın inkişaf mənbələrindən birini təşkil edən alın-
maların çoxluğu alınma terminlərin seçilməsinə, işlənməsinə xü-
susi diqqət yetirməyi tələb edir. Hər gün elmi-texniki ədəbiy-
yatlarda, qəzet və jurnallarda, radio və televiziyada onlarla yeni
terminlər işlədilir. Bunlar toplanmalı, hesaba alınmalı, orfoqrafi-
yası müəyyənləşdirilməlidir. Hətta qeyd olunduğu kimi, elə alın-
malar var ki, dildə onların qarşılıqları işlənilir. Bununla belə
imkan verilir ki, bunlar paralel işlənsin, dildə işləklik qazanan
terminlər tədricən sabitləşsin. Azərbaycan və ingilis dillərindəki
386
leksik paralelləri araşdırarkən bu kimi situasiyaların təhlili işini
sadəcə semantik adekvatlıq məsələləri ilə məhdudlaşdırmaq ol-
maz. Belə ki, leksik paralelizm hallarının əsas yükü semantik
adekvatlıq məqamları ilə ölçülsə də, burada fonomorfoloji uy-
ğunluq məsələləri də mühüm rol oynayır. Əslində, semantik pa-
ralellik məsələləri həlledici təsir gücünə malik olsa da, həmin
ehtimal edilən leksik müvazilik hallarında mütləq və ya nisbi fo-
nomorfoloji uyğunluğun olmaması, ümumiyyətlə, hər hansı pa-
ralellizm hadisəsindən danışmağı da mümkünsüz edə bilər. Yə-
ni, alınmaların mənimsənilməsində semantik mənanın uyğunlu-
ğu qədər, sözün formasının tam və ya nisbətən üst – üstə düşmə-
si də vacib əhəmiyyət kəsb edir.
Müxtəlifsistemli dillərin qarşılaşdırılması məqamı özünü
semantik adekvatlıq məsələlərinin təhlilində deyil, məhz, fono-
morfoloji uyğunluğun müəyyənləşdirilməsi işində tam aydınlıq-
la büruzə verir. Başqa sözlə desək, bir söz fərqli quruluşlu dildə
beynəlmiləl sistemə tam müvafiq semantik məna ilə daxil ola bi-
lər və bununla da, mənbə dillə (və ya eyni interleksemi tam se-
mantik adekvatlıqla mənimsəmiş istənilən hər hansı bir digər
fərqli quruluşlu dillə) paralelizm təşkil edə bilər. Fərqli mono-
morfologiya özünün yeni söz strukturu formasını da diktə edə
bilər ki, bu da artıq yeni və fərqli fonetik cildli leksik paraleliz-
min meydana gəlməsinə yol açır. Məsələn, digər türk dilləri ki-
mi Azərbaycan dilinin fonomorfoloji sisteminin ahəng qanunu
ilə tənzimlənməsi terminlərin mənimsənilməsində fərqli variant-
lar yaradır. Buna görə də terminoloji sistemin zənginləşməsində
dilin özünün morfoloji inventarı ilə yanaşı alınma morfemlər də
mühüm rol oynamışdır. Həmin morfemlər arasında
–izm
(-ism)
şəkilçisinin xüsusi məhsuldarlıqla seçildiyini söyləmək olar.
Məsələn: agnosticism – aqnostizm, anachronism – anaxronizm,
anarchism – anarxizm, isomorphism – izomorfizm, dynamism –
dinamizm, euphemism – evfemizm, hedonism – gedonimzm,
rheumatism – revmatizm
və s. əksər hallarda həmin interleksem-
387
lərin – izm (- ism) şəkilçisiz ilkin formasının və ya digər deriva-
tın da mənimsənilməsi onların dil daşıyıcıları tərəfindən asanlıq-
la morfoloji üzvlənməyə məruz qalmasını təmin edir. Məsələn,
izomorf – izomrfizm, anarxiya – anarxizm, aqnostik – aqnostizm
və s. Göründüyü kimi, dillərin leksik sistemi arasında müşahidə
edilən paralellizm faktlarının dil daşıyıcıları tərəfindən daxili
formaca adekvat dəyərləndirilməsində həmin paralellik faktları-
nın tanınma əmsalı, mənimsənilmə səviyyəsi, habelə derivativ
modellərin məhsuldarlığı və s. kimi faktorlar mühüm əhəmiyyət
kəsb edir. Beynəlxalq status əldə etmiş olan ingilis dili nəinki
sırf özünə aid olan leksik vahidləri beynəlmiləl terminlər bazası-
na ötürmüşdür, həmçinin digər az və ya çoxsaylı xalqların dilin-
də yer alan anlayış və məfhum nominasiyalarının interleksem
statusu əldə etməsində müstəsna rol oynamışdır.
Müqayisə üçün deyək ki, qloballaşma əsrində elmi-texniki
terminologiyada fərqli yazılış variantlarında mənimsənilən alın-
maların sayının artmasına təkan vermişdir. Belə ki, KİV-in di-
lində, eləcə də sosial şəbəkələrdə istifadə edilməkdə olan alın-
maların müxtəlif yazı variantlarına təsadüf edilir. Həmin variant-
lardan biri mütləq şəkildə ingilis orfoqrafiyasının təkrar edilmə-
sidir ki, bu da öz növbəsində fonetik prinsipə üstünlük verən
Azərbaycan orfoqrafiya qaydalarına uyğun gəlmir. Məsələn, in-
gilis dilindən mənimsənilən və Feysbuk (Facebook) sosial şəbə-
kəsində 2010-cu ilin aprelindən etibarən istifadəyə verilən layk
(ingilis orfoqrafiyasında: layk “bəyənmə”) düyməsinin adı Azər-
baycan dilində iki cür yazılış formasına (layk, like) malikdir.Bu
termin “layk” şəklində yazılmalıdır. Eləcə də
Dostları ilə paylaş: |