388
Onların böyük qisminin son dövrlərin
ictimai-siyasi və iqtisadi
innovasiyaları sayəsində mənimsənilmiş terminlər təşkil edir.
Unifikasiyanı alınma terminlərin
mənimsənilməsi kimi qiymət-
ləndirən N.Məmmədli bu prosesi sözlərin dilimizin normalarına
tabe olması
hesab etmişdir
1
.
Terminlərin alınması terminlərin beynəlxalq unifikasiyası
ilə bağlı hadisədir. Beynəlxalq unifikasiya
olunmuş terminlər
dünyanın müxtəlif dillərində işlənir. Müasir kompüter texnikası
və texnologiyası, habelə proqramlaşdırma dillərində istifadə olu-
nan terminlərin vahid dil materialı əsasında formalaşdırılması bu
sahələrin inkişafına da müsbət təsir göstərir. Onlar dilə bir məna
ilə keçirlər, həmin məna dəyişməz qalır və xüsusi leksikaya qo-
yulan bütün tələblərə cavab verir.
Son dövrdə Avropa mənbəli
alınmaların sayı artmaqdadır. Onların böyük bir qismi dildə fo-
netik, qrammatik, semantik səviyyələrdə mənimsənilmişdir. Be-
ləliklə, alınma terminlər mənimsənilməsi
prosesində dilimizin
normalarına tabe olması və semantik planda diferensiallaşması
ilə xarakterizə olunur.
1
Məmmədli N. Alınma terminlər. Bakı, Elm, 1997, səh. 230.