Sayman Aruz YÜZ İL İNQİlab



Yüklə 0,52 Mb.
Pdf görüntüsü
səhifə2/7
tarix03.02.2017
ölçüsü0,52 Mb.
#7456
1   2   3   4   5   6   7
təbliğ etmək, millətə xəyanət. Bir sözlə, “müanid”!
1
)  
Nə deyim, hardan başlayım? Bədənim əsirdi. Razi-
yəsə möhkəm və sakit oturmuşdu. Sanki yerimizi də-
yişmişdilər. Kaş elə dəyişərdilər də! Mən Raziyəyə iş-
gəncə verib, söz ala bilməyəcəkdim, bunu hiss eləyir-
dim! 
                                                            
1
 “müanid”! - dinə qarşı çıxan 

 
19
– Kimə işləyirsən? 
– Nə?  
– Dedim, kimə işləyirsən? 
– Heç kimə. Özümə. 
Dik cavab verirdi. 
– Özündən başqa? 
– Əlimnən gəlsə, millətimə! 
– Pah! Sən millətə işdiyrsənsə, biz kimə işdiyirik? 
– Nə bilim? Ərbablara! 
Heç inanılan deyildi. O sakit Raziyə belə dilli-di-
lavər olmuşdu! Onun belənçik olmağı xoşuma gəlirdi. 
– Deməli, hərə bir ərbaba qulluğ eliyir da, hə? 
Onda sənin ərbabın kimdi? 
– Mənim ərbabım yoxdu! 
– Adam adı de...kimə işliyirsən? 
– Sənə kim lazımdı?  
– Mənə həqiqət lazımdı! Səni bu yola çəkənin adı 
lazımdı. 
– Hansı həqiqət? Mənim kimilərin həqiqəti? Yoxsa 
ərbablarıyın istədiyi həqiqət? 
Bir söz deyə bilmədim! 
– Sən uşaqlıqda da belə hazırcavab idin? Diluzun-
luq eləmə görüm! 
– Məndən nə istiyirsiz axı? Ailəm nigarandı. Mən-
dən xəbərsizdilər. Dostların qoymadı zəng eliyəm ola-
ra. Diluzunluq eləmirəm... özün də bilirsən mənim 
günahım yoxdu... 
Səsi titrədi bir az.  
– Yaxcı, yaxçı! Zırıldama görüm! Bülbül kimi da-
nışacaqsan... Hələ bir az döz.... Bizim səbrimiz çoxdu... 

 
20
İndi xanım Feyziyə diyərəm, gələr səni başa salar ney-
niyibsən... Evlisən? 
– Yox! 
Sevindim! 
– Niyə? 
– Nə bilim!  
– Necə  nə bilim? Evlənsəydin, qeyri-qanuni işlər 
görməzdin. Elə bilirsən həyat da “Qonaq bacı”dı? 
– Nəəə!? Nə qonaq bacısı? Nədən danışırsız? 
O kəlmə  ağzımdan qaçdı. Acığım tuturdu özümə. 
İçimdə nəsə bir dəyişiklik baş verirdi. Hiss elədim, əgər 
uşaqlığa qayıtsaydıq, heç vaxt Raziyədən ayrılmazdım. 
Bütün bu uzun illər həmişə yadımda olub. Onunla ke-
çirtdiyim günlər mənim həyatımın ən gözəl günləriydi. 
Bağlı-bağçalı  həyətimizin bir qırağına kiçik bir xalça 
salıb, özümüzə ev qurardıq. O günlərin ən pis xatırələri 
də mənimçün şirindi. Amma indiki qonaq bacının, heç 
də o qonaq bacıya bənzərliyi yoxdu. Ayrılıq, itirmək 
qədər acı deyil. Xəyanət, söyülüb-döyülmək kimi tez 
unudulmur! 
– Heç nə? Deyirəm yəni elə bilirsən qonaq bacı 
oynuyursan? Bura gələn oyuna yox, ölümə gəlir... Çalış 
həmkarlıq eliyəsən... Həm sən rahat olarsan, həm də 
mən! 
– Siz niyə? 
– Sən elə bilirsən sizləri buralara gətirəndə  mən 
kef eliyirəm? Xahiş eliyirəm, həmkarlıq elə. Onlar 
mənim kimi davranmayacaqlar ha sənnən! Nə istəyirlər 
elə... 
– Məndən nə istəyirlər? 

 
21
– Pərvəndəndə yazdıqları bütün günahları kamera 
qabağında etiraf eləməyi... 
– Sora? 
– Sorasın daa mən bilmirəm! Sadəcə, mən istə-
mirəm bir qadının işkəncə olmasını görəm. And iç-
mişəm! 
– Elə bilirsiz sora məni buraxacaqlar? Mən uşaq 
deyiləm... Otuz yeddi yaşım var... Olar məni öldürə-
cəklər... 
– Allah kərimdi... Öldürməzlər... Hələ  işgəncədən 
canıyı qurtar... Mən sənə görə deyirəm.. 
Yerindən bir az tərpənib dedi: 
– Hansı günahı etiraf eləməliyəm? 
Pərvəndəni açdım üzündən oxudum: 
– Ümumi təhlükəsizliyə qarşı çıxmaq, ərazi bütöv-
lüyə qarşı çıxmaq, nizamın əleyhinə olan qruplarla əla-
qədə olmaq, pantürkizmi təbliğ etmək. Millətə  xəya-
nət... Burda belə yazıblar... 
– Amma mən xain deyiləm! Mən fəqət öz dilimdə 
yazıb oxumaq istəmişəm... Milli haqlarımı istəmişəm... 
Bunun harası  xəyanətdi, hansı qanunda günahdı? Val-
lah, Quranda da millətlərin haqlarından bəhs olunub. 
Günah olsaydı, Allah onu azad və lazım bilməzdi! 
– Azadlıq indi oturduğun yerdə yoxdu, Raziyə xa-
nım! Azadlıq burdan eşikdədi... Küçələrdə... Mən Qu-
randan danışmadım, nizamın  əleyhinə  çıxmağından 
danışdım! 
– Azad insan burda da azaddı, olmayansa, elə o siz 
dediyiniz küçələrdə də azad deyil. Azadlığı qandalnan 
ölçməzlər! Milləti dilindən öldürərlər... cismindən yox! 

 
22
Tısbağanı ya beli üstə çevir, ya öldür, fərq eləməz... hər 
ikisində də ölür. 
Ağzımı əyə-əyə dedim: 
– Bəs nəynən ölçəllər? 
– Sizin ərbablarıyızın bizim əlimizdən aldığı həqi-
qətnən... milli kimliknən... 
Bilirdim nədən danışır. Çox rast gəlmişdim Raziyə 
kiminlərinə. Amma, doğrusu, bura qədər mənə “milli 
kimlik” deyilən şey lazım olmamışdı.  
– Sənin hesabınnan heç mən də azad deyiləm ki.. 
həəə? Halbuki, sən əliqandallı, üzübağlı oturmusan, mən-
sə rahat öz mizimin arxasında oturmuşam və azadam! 
– Heç inanmıram! 
– Nəyə? 
Yenə bir az yerində tərpənib, səsini yavaşıdıb dedi: 
– Sizin azadlığınıza! 
– İnanmırsan, həəə? Eybi yox, inanarsan... inanar-
san... Burada çox şeyləri adama inandırarlar. Hələ üstə-
lik iman da gətirərsən. Millətçi gəlib, milçək gedənlər 
çox olub, ay Raziyə!  
Yerimdə otura bilmirdim. Çox gərgin idim. Get-
dikcə itə dönürdüm. Ayağa qalxdım. O bilmirdi onu nə 
gözləyir, amma mən bilirdim. Necə olur olsun, bu eti-
rafı ondan çıxaracaqlar. Allah lənət eləsin mənə. Vax-
tında adam olsaydım, nə bilim, bir mühəndisdən, hə-
kimdən-zaddan olmuşdum və indi bu zibillikdə quylan-
mamışdım. Heç bilmirəm nə oldu, burdan baş  çıxart-
dım. Dindar bir ailədə böyümüşdüm. Xannənəm Xo-
meynidən ötrü ölərdi. Cümə günləri onların evlərində 
olsaydıq, bizi cümə namazına televiziyadan baxmağa 
çağırıb deyərdi :  

 
23
– Bala, gəlin oturun, qulaq asın, görün “ağa” nə 
deyir! Axı siz niyə belə dinsiz olduz? Namaz niyə qıl-
mırsız? 
Sora da dizini döyüb mərsiyə deyib ağlayardı! Mən 
ki, heç vaxt bilmədim hansı  mərsiyəni və niyə dilinin 
altında mızıldayardı. Axı tam savadsız və  təhsil gör-
məmiş bir qadın idi. Biz uşaqlar da məcbur oturub onu 
dinliyərdik. O da oturub Xomeyninin namazdan qabaq 
söhbətlərinə diqqətlə qulaq asardı.  
Özüm də bilirdim, həmişəki kimi əclafliq eləyirəm. 
Kaş kim olduğumu ona deyə biləydim. Kaş ona yardım 
eləyə biləydim. Kaş o burda olmazdı. Kaş mənim işim 
bu olmazdı. Nə bilim! Bir çox “kaşlar” ürəyimdən ke-
çirdi. Kaş bu “kaşlar” olmayaydı. “Ümid çarəsizlərin 
çörəyidir” deyən düz deyib. Mənim indi o ümid çörə-
yinə çox ehtiyacım varııydı. Ürəyimdə böyük bir boş-
luq yaranmışdı. Zindanda olmamaq güclü olmaq demək 
deyil. Mən guya “azad” idim, amma ölmək zəif və ça-
rəsiz yaşamaqdan daha yaxşıdı. Güclü olmaqla hansısa 
bir gücə güvənib danışmağın da çox fərqi var. Fikir-
lərimi ürəyimin alovundan törənən bir vulkan alt-üst 
etmişdi. Heç vaxt bu qədər özümü kimsəsiz hiss eləmə-
mişdim. Kimsəsizlik dost və ya ailənin olmamağıyla 
ölçülmür, başa düşülmədiyin zamanlar özünü tənha 
hiss eləyirsən. İnsanlar dağlar kimidirlər, bir-birinin ya-
nında yaşayırlar, amma hərəsi öz tənhalığını və yükünü 
çiynində çəkir, hərəsinin öz dünyası var.  
Nəfəsim çıxmırdı. Dünya böyda bir nisgilim var 
idi. Damla-damla tənhalaşdırırdı  məni, damcı-damcı 
əridirdi... Ahh Raziyə, Raziyə! Axı  sən burada ney-
nirsən!? 

 
24
 
 
 
 
 
 
 
 
 
 
xşam gec işdən çıxdım. Hardasa saat səkkiz 
tamam olardı. Evə getməyim gəlmirdi, ona 
görə də yolüstü kafeyə gedərək bir çay içib, sulu qəlyan 
çəkib, fikrimi dağıtmaq qərarına gəldim. “Savalan” 
kafesi şəhərin ən məşhur kafesiydi. Təzədəm çayları və 
Xunsar
1
 qəlyanlarının tərəfdarı çox idi. Gecənin yarısı 
da getsəydin müştərilərin çoxluğu səni təəccübləndirə 
bilərdi. O gün də ora qələbəlik idi. Səssizcə girib bir 
küncdə oturdum. İnsanlardan utanırdım. Onlarla həm-
söhbət olmaqdan qaçırdım. Atam sağ olsaydı, qoymaz-
dı müstəntiq olam. Atasızlıq adamı min yola çəkər. Kaş 
atam sağ olaydı. 
– Salam. Xoş gəlibsən! 
Qəhvəçi Məmmədin səsiydi. 
– Sağ ol, ağa Məmməd.  
Məmməd bir istəkan çay qabağıma qoyub dedi: 
– Qəlyan verim? 
Çayı qabağıma çəkib dedim: 
                                                            
1
 Xunsar - bir növ tənbəki adıdır 


 
25
– Hə, Məmməd ağa. Xunsar olsun. 
Məmməd qəlyanı  gətirməyə getdi. Qəndqabıdan 
bir qənd götürüb, ağzıma qoyub, istəkanı əlimə aldım. 
Çayın gözəl ətri gəlirdi. Gözümü yumub bir qurtum iç-
dim. Beynimdə fikirlər inqilab eləyirdi. Çıxış yolu ax-
tarırdım. Düz bilmədiyin yolu getməsən yaxşıdı, çünki, 
heç bir yolu geriyə qayıtmaq olmur. Zaman heç vaxt 
geriyə işləmir. Vaxtında düz bir fikir və qərara gəlmə-
lisən. Yoxsa elə tez gec olur ki, etiraz eləməyə belə 
imkanın olmur.  
– Bu gün bir xanım yoxa çıxıb. Deyirlər, Ettelaat 
tutub, aparıb, amma mən deyirəm bəlkə kürdlər qaçır-
dıblar. Xəbərin var sənin? 
Məmməd idi. Qəlyanı mizin üstünə qoya-qoya da-
nışırdı. Qəlyanın şlanqını əlimə alıb qəlyanın arxasında 
gizləndim. 
– Yox, ağa Məmmməd. Xəbərim yoxdu. Kimin qı-
zıydı? 
Barmağıyla üzünü qaşıya-qaşıya dedi: 
– Qız ki, demək olmaz... qırxa yaxın yaşı olardı... 
Qəhrəman Vəlipurun qızıdı. Evləri Top Meydanı tərəf-
dədi. Yazıxlar səhərdən min dəfə ölüb-diriliblər. Yeri-
göyü axtarıblar... Deyirlər, qızın birinci dəfəsi deyil yo-
xa çıxır. Allah axırın xeyir eləsin! 
Sanki heç nədən xəbərim yoxdu, dedim: 
–  İnşallah tapılar, Məmməd ağa. Nigaran olmu-
yun... 
Məmməd ağa gedə-gedə dedi: 
– Tapılsın da... nə deyirəm ki! Gündə mini itir, biri 
tapılır. Bəlkə o bir nəfər bu qız oldu! 

 
26
Məmməd çox xoşbəxt adam idi. Sadə  və  səmimi 
bir həyat sürürdü. Ona paxıllığım gəlirdi. Arzu elədim, 
kaş onun yeridə olardım. Öz şəhərdaşlarının içində otu-
rub tülkücəsinə özünü pak göstərmək xoşbəxtlik sayıla 
bilərmi?  
O gün yeddi baş  qəlyan çəkdim. Qəlyanın suyu 
mənim rəngim kimi sapsarı olmuşdu. Ayağa durub pu-
lu mizin üstünə qoydum. Qapıya tərəf getdim, Qapıdan 
çıxanda Məmməd dedi: 
– Darıxma ha... tapılar... hər itiməyin bir tapılması 
da olur. 
Gülümsəyib sallana-sallana evə  tərəf getdim. 
Uşaqlıqda bu küçələrdən keçəndə elə bilərdim bulud-
ların üzərində yeriyirəm. O qədər özümü yüngül və 
xoşbəxt sayırdım ki, elə bilirdim istədiyim zaman göyə 
uça bilərəm, elə bilirdim istəsəm lap uzaqlara tullana 
bilərəm. Oxuya-oxuya, atıla-atıla buralardan keçərdim. 
Amma indi elə bil toprağın altında yeriyirəm. Özümü o 
qədər ağır və yorğun hiss eləyirəm ki, hər addımıma 
sanki bir ilimin enerjisi sərf olunur. Həvəssiz, ümidsiz 
və sevgisiz yaşayıram. Elə bilirəm indi küçələr ağız 
açıb məni udacaq. Küçələrdən qorxuram. Divarlardan 
qorxuram, hər  şeydən qorxuram... Çox qorxaq olmu-
şam! 
 
 

 
27
 
 
 
 
 
 
 
 
 
 
 
ələ on yaşıma çatmamışdım. Atam köhnə sol-
çulardan idi. Onun dediyinə görə, adamı 
uşaqlıqdan 
əziyyət çəkib, işləməyə 
öyrətməlidilər. Ona görə  də  uşaqlıqdan atamın 
mağazasında işləyirdim. Boş vaxtlarımı şəhərin ən gur 
meydanı – “Jandarmeri” meydanında kitab satmaqla 
məşğul olardım. “Jandarmeri” meydanının yuxarı 
hissəsini, yəni Xana
1
  şəhərinə gedən küçələri kürdlər 
vaxtilə  işğal eləmişdilər. Atam mənə kiçik bir qırmızı 
rəngli  əl-arabası düzəltmişdi. Arabanın qabaq 
hissəsində yazılmışdı: “Səyyar kitabxana”. Hər gün 
arabanı min müsibətlə sürərək özümü “Jandarmeri” 
meydanına çatdırıb, kitabları yerə düzərdim. Uşaqlığı-
ma baxmayaraq kitabları yaxşı tanıyırdım.  Şəhərin  ən 
gizli və siyasi kitabları demək olar ki, məndən alınardı. 
Onları kiçik bir qutuya yığıb üstündə oturardım.  İstə-
yən olanda cəld durub kitabı götürər və yenidən qutu-
                                                            
1
 Xana -Sulduza yaxın bir şəhərin adıdır 


 
28
nun ağzını bağlayıb üstündə oturardım. Öz müştərilə-
rimi tanıyırdım. Qıraq adama kitab satmazdim. Ya özü 
tanış, ya da tanış adam göndərmiş müştəri olmalıydı. 
Yoxsa risk eliyib o kitabları satmazdım. Həmin dövrdə 
mənim satdığım kitbları kimin əlində tutsaydılar özünü 
də, ailəsini də məhv eləyərdilər. 
– Marksın “Kapital”ı var? 
Bu, Həjirin səsiydi. O zaman 16 -17 yaşı olardı. 
Kürd idi. Bunu ləhcəsindən və geyindiyi paltarlardan 
da çox rahat bilmək olardı. Hər cürə müştərim var idi. 
Müxtəlif səviyyələrdə olan oxucular mənə müraciət 
edirdilər. Dini kitabların alıcılarından tutmuş siyası və 
kriminal kitabların alıcısına qədər. Uşaqlıq günlərim 
İran inqilabı dövründə olduğu üçün, müştərilərimin ço-
xu dini kitabları almağa üstünlük verirdilər. Çünki sol-
çuların hamısını ya güllələmişdilər, ya zindandaydılar, 
ya da müharibə bölgəsinə göndərmişdilər. Yadıma gəlir 
ki, hardasa 20-25 yaşında bir oğlan gəlib həmişə 
Xomeyninin şəkilini məndən istəyərdi. Mən demək olar 
ki, məhz onun üçün gedib, İmamın  şəkilini tapıb gə-
tirib, satışa qoyardım. Hətta İmam ölən günü həmin oğ-
lanı küçənin ortasında atası ölübmüş kimi zar-zar ağla-
yan gördüm. Az qalırdı özünü öldürsün. Biz ona gülüb, 
doluyardıq. Amma bizim bu işimiz heç nəyi dəyişmir-
di. Həmişə özümdən soruşardım: “Axı niyə türk oxucu-
ları  İmamın
1
  şəkilini və risaləsini
2
 almağa gəlirlər, 
amma bunlar qadağan olunmuş kitabların alıcısıdılar?” 
Həjir qabaqlar bizim məhəllədə yaşayırdı, ona görə 
də ona etibar eliyə bilirdim. 
                                                            
1
 İmamın - İran inqilabının rəhbəri 
2
 risaləsini - müctəhidlərin şəriətlə bağlı kitabları 

 
29
– Var.  
– Neçəyədi?  
– Yüz əlli tümən. 
– Əlli tümənim çatmır! 
– Canın sağ olsun. Sora gətirərsən! 
Ən siyasi kitabları alardı. Yaşının azlığına baxma-
yaraq, bu kitabları çox rahatlıqla oxuyub başa düşə 
bilirdi. Kürd millətçisiydi. Kürdüstanın müxtariyyətini 
arzu eləyirdi. Atası “Peşmərgə” deyilən bir qrupun üz-
vü olduğu üçün tutuqlanıb asılmışdı. Özünü atasının 
yolunun davamçısı bilirdi. Mən onda bu işləri anlaya-
caq qədər böyük deyildim. Hələ bu şeyləri yaxşı başa 
düşmürdüm. Mənə atasından və arzularından danışmış-
dı. Mən ona – “Müharibəylə nəyəsə çatmaq olmaz.” – 
sözünü deyəndə, o cavab verərdi:  
– Müharibə azadlığa aparıb çatdırmasa da, azad 
insan yarada bilər! 
Bu sözün mənasını atamdan soruşmuşdum. Atamın 
fikrincə: “Müharibə hansısa bir yerə aparıb-çatdıra bi-
lər, amma hər hansı bir azadlığın yolu müharibədən ke-
çirsə, o yolun sonu elə diktaturaya gəlib çıxacaq. Yəni 
kimlərsə  də  səndən qurtulmaq üçün səninlə müharibə 
aparacaqlar. Güclü olmaqla haqlı olmağın fərqi 
çoxdur!”  
Doğrusu, atamı haqlı bilirdim. Nəsə ürəyim “Həjir 
düz eləmir” deyirdi. Məncə, nə qədər ki, əlindəki ağac-
la iti döyməmisən, o ağacın nə  qədər təhlükəli oldu-
ğunu bilmədiyi üçün səndən qorxacaq. Amma döyən-
dən sonra ağacın nə  qədər ağrıdacağını bilib səndən 
qorxmayacaq! İnsan itdən yox, onun bilib başa düşmə-
yindən qorxmalıdır! Cahil özünə ziyan vurur, ağıllı 
düşməninə! Müharibədən zəhləm gedirdi. Nəyisə itir-

 
30
məklə  nəyəsə çatmağı  qəbul eləmirdim. Müharibə 
“ölüm” və “itirmək” deməkdi. Ayrılıq ölüm deyil, am-
ma ölüm həm ölümdür, həm də ayrılıq.  
Saat heç səhər beş olmazdı. Həyətimizin qapısı çox 
şiddətlə döyülürdü. Hamımız yuxudan diksinib həyətə 
qaçdıq. Qapını mən açdım və çox təəccübləndim. Həjirin 
anasıydı. Çox gərgin görünürdü. Bütün bədəni  əsirdi. 
Tələsdiyindən çadrasını başayaq örtmüşdü. Dedi: 
– Babıt limala? Karım həyə?
1
 
Səsində qorxu və kədərin qarışığı olan bir hiss var 
idi. Atamı istəyirdi. 
– Hə... burdadı... indi gələr... ataaa! 
Atam evə girən pillələrin üstündən dedi: 
– Gəldiiim. Kimdi? 
– Həjirin anası. 
– Kim? 
Atam sanki bu sözü eşidəndə bir az şok oldu. 
Gecənin bu vaxtı, Həjirin anası! Sürətlə özünü qapıya 
yetirdi. 
– Salam əleyküm. Bə qapıda niyə? Buyurun içə-
riyə. Nə olub gecənin bu vaxtı buraya gəlibsiz? 
Atam əliylə şalvarını düzəldə-düzəldə danışırdı. O 
qədər tələsmişdi ki, şalvarının kəmərini bağlamağa 
vaxtı olmamışdı. 
Həjirin anası özünəməxsus ləhcəsiylə dedi: 
– Həjiri tutublar... qorxdim evimizi axtaralar... ona 
görə kitablari buraya gətirdim... 
                                                            
1
 Babıt limala? Karım həyə? - kürdcə bu mənanı verir: “Atan 
evdədi? Ona sözüm var.” 

 
31
Qadın başıyla bir az o tərəfdə yerə qoyduğu qutuya 
işarə eləyib sızıldıya-sızıldıya davam elədi: 
– Ərimi də bucürnəsi şeylərə görə öldürüblər... bu 
kitablari sənin oğlundan alib... özi buni dedi. 
Atam bir kitablara baxdı, bir mənə.  
– Yaxşı narahat olmayın... çəkilin o yana... icazə 
verin... 
Gedib qutunu götürüb içəriyə gətirdi. Qoydu həyət 
qapısının arxasına. Sonra da Həjirin anasından soruşdu: 
– İndi nə olacaq? Haçan tutublar? 
Qadın gözünün yaşını astaca sildi. Çalışırdı ki, səsi 
titrəməsin. 
– Axşamüstü mənə  xəbərin verdilər. Xiyabandan 
tutub apariblar. Siz onun atasının başına gələni bilirsiz. 
Qorxuram onu da asalar... 
Davam eləyə bilmədi. Ürəyinin döyüntüsünü sinə-
sinin üstündən hiss eləmək olurdu. Meyid kimi ağar-
mışdı. Atam onun bu vəziyyətini görüb mənə dedi ki, 
su gətirim. Tələsik qaçıb bir istəkan su gətiridim. Qadın 
suyu içib durub getdi. Biz qaldıq, bir də bir qutu yasaq 
kitab. Həmin gecə o kitabları həyətimizdəki kiçik bağ-
çada quyladıq. Mən sonralar da həmin bağçaya müqəd-
dəs yer kimi baxırdım. Elə bilirdim orada nəsə olacaq, 
nəsə qeyri-adi bir şey göyərəcək. Atam həmişə deyərdi: 
– “Kitabın quylandığı yerdən inqilab göyərər!” Mən 
ondan inqilabın nə olduğunu soruşanda cavab verərdi: 
– “ Oğlum, inqilab millətin dirçəlişə doğru üsyanının 
kor-koranə formasıdı. Həmişə də millətin könlüncə ol-
mur. Yüz il inqilab etdik, üsyan etdik, amma xalqın 
inqilabını xalqdan alıb onun öz başına çaldılar. Bunun 

 
32
səbəblərini sənin kimi uşaqlar böyüyüb araşdırmalı-
dılar.” 
Bir neçə ay sonra bildik ki, Həjir asılacaq. Göz-
ləyirdilər onun 18 yaşı tamam olsun və sonra assınlar. 
Onun cürmü ölkənin bütölüyünə qarşı silahlı mübarizə 
aparmaq idi. Həjir “müharib”
1
 elan olunmuşdu. O, ası-
lan günü heç unutmaram. İnsan beynində  və ürəyində 
iz buraxan heç nəyi unuda bilmir. Məktəbdəydik. Mək-
təbin bütün uşaqlarını  həyətdə bir sıraya yığıb dedilər 
ki, bir məhbusun məktubunu sizə oxuyacağıq. Guya 
Həjir tövbənamə yazıb göndərmişdi. Bizlərsə onu eşi-
dib dərs almalıydıq. Məktubu məktəbin direktoru biz-
lərə oxudu. İndi də qulağımdadı. Həjir səhv elədiyini 
etiraf etmişdi. Bütün məktub boyu peşmançılıq hissylə 
dolu cümlələr var idi.  
Mən Həjiri yaxından tanıyırdım. Bu cümlələr onun 
deyildi. Yalnız bir neçə cümlə o məktubun içində 
diqqətimi çəkdi, bildim ki, yalnız bu sözlər onun söz-
ləri ola bilər: “Ata, ən yaxın zamanda sənə qovuşacam. 
Anamın təkliyinə and olsun, əlimdən gələni elədim!” 
Həjirin o məsum gözləri gözümün önundə canlandı. 
İnqilabçıdan çox bir sülhsevər filosof kimi danışardı. 
Yaman kövrəlmişdim. Direktor məktubu oxuya-oxuya 
ətrafımdakı  uşaqların sıxıla-sıxıla ağladıqlarını görür-
düm. Demək olar ki, hamı  ağlayırdı. “Uşaqlar, mən 
azadlıq üçün döyüşdüm və indi də zindanda ölüm gü-
nümü gözləyirəm. Mən indi bilirəm ki, insan oxuduğu 
                                                            
1
 “müharib” - din və Allaha qarşı silahlı mübarizə aparanlara “mü-
harib” deyirlər 

 
33
kitablar qədər azad, ideologiyasının böyüklüyü qədər 
böyükdü. Mən bu gün dar ağacından asılacam, amma 
kitablar və ideologiyalar həmişə olacaq.” 
O gün nə  qədər ağladığımı bir Allah bilir. Gö-
zümdən sel kimi yaş gedirdi. Onun o yaralı və mənalı 
məktubu hamını ağlatmışdı. Ən dəhşətlisi odur ki, mək-
tubu oxuyandan sonra bizi avtobuslara yığıb onun və 
iki başqa adamın asılma mərasiminə baxmağa apar-
dılar. Sulduzun “Serahi” deyilən bir yerində, daha doğ-
rusu şəhərdən bir az qıraqda, açıq bir meydanda asıla-
caqdılar. Çox adam o edama baxmağa gəlmişdi. Edam 
mərasimində dəfələrlə olmuşdum. O adamları görəndə 
özümdə fikirləşirdim ki, “axı niyə insanların ölümünə 
baxmağa hamı gəlir, amma ehtiyac olanda biri də tapıl-
mır!?” Meydanın ortasında üç dar ağacı düzətmişdilər. 
Elə bil dünən idi. O üç nəfəri gətirəndə bütün camaat 
vəlvələyə gəldi. Bir çoxları onların asılmağından sevi-
nirdi. Axı dolayı yolla baxanda, onlar İranın parçalan-
masına deyil, Azərbaycanın  ərazisinə iddialı adamlar 
kimi tanınırdılar. Ona görə  də camaat Həjiri və dost-
larını hoya basırdı.  
Həjir sakit görünürdü, amma dostlarının biri 
demək olar ki, asılmaqdan öncə ölmüşdü. Leşini gətirib 
dar halqasını boynuna saldılar. İkincisininsə tükləri biz-
biz durmuşdu. Məlum idi ki, ölüm qorxusundan ölüm 
halına düşüb! Üzü mənə tanış gəldi. Bir az da diqqətlə 
baxdım. Aha! Yadıma düşdü. Bir neçə ay qabaq Sul-
duzun kürdlər məhəlləsi deyilən bir yerində dondurma 
yeməyə getmişdim. Axşam vaxtlarıydı. Bir neçə kürd 
də “paludə” deyilən bir desert yeyirdi. Fikrim uşaqlıq 

 
34
aləmində  gəzirdi. Ancaq o kişilər qabağımdaki mizdə 
oturmuşdular deyə, gözüm onlara sataşırdı. Kürdlərə 
məxsus olan və olduqca gen bir paltar geyinmişdilər. 
Paltarın altındaki silahları hiss olunurdu. Deserti yeyib, 
pulu vermədən getmək istədilər. Mağaza sahibi onlara 
etiraz edib – “pulumu verin” – dedi. Onlarsa çox 

Yüklə 0,52 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin