rahatlıqla silahlarını çıxarıb mağazanı gülləbaran
etdilər. Dedilər: – ” Bu da pulun” – və çıxıb getdilər. O
gün çox qorxmuşdum. Bu hadisələri Həjirə deyəndə, o
həmişə özünə filosof qiyafəsi verib deyərdi: ”Biz kürd
millətinin azadlığı uğrunda döyüşürük, silahısa yalnız
düşmənə tuşlayarıq. O silahlı kürdlər bizdən deyillər.
İranin satqınlarıdırlar.”
Onları təpiklə də olsa dar ağacına tərəf aparıb ipi
boyunlarına saldılar. Məhkəmənin hökmünu oxuyan-
dan sonra göyə qaldırdılar. Həjir azadlığı və ideologi-
yalarıyla birlikdə öldü. Camaatı fışqa səsi götürmüşdü.
Bir nəfər dedi: “Üç kürd azaldı!” Dostusa cavabında
dedi: “O qədər çoxdular ki, yüz-yüz assan da bitməz-
lər.” Kürdlərdə bir neçə arvad alıb, sonrasa hərəsindən
bir neçə uşaq olması adi bir hal idi. Ona görə də sayları
olduqca sürətlə çoxalırdı. Kürdlər dünyaya “Hər ailə-
dən bir uşaq vətənə qurban verilməlidir” şüarıyla uşaq
gətirərdilər. Heç vaxt vətəni və dövləti olmayanların
vətənə sevgisi, vətənlilərdən daha çox idi. Sulduz türk
şəhəriydi, tarixlər boyu da belə olub, amma biz onu
hardasa saxlaya bilməmişik. Kürdlərsə bizim topra-
ğımızda öz uşaqlarına vətənpərvərlik dərsi keçirdilər!
35
Polislərin biri mikrofonun arxasına keçib camaaata
xitab elədi: “Ay camaat, kimin nə kəffarəsi
1
yəni var
tullasın.” Hərə əlini cibinə salaraq dəmir puldan-zaddan
çıxarıb Həjirgil tərəfə tulladı. Mən də o zamanın pu-
luyla iki tümən çıxarıb-tulladım. Çox təsadüfi şəkildə
pul gedib düz Həjirin üzünə dəydi. İndi də bunun sir-
rində qalmışam, mənim pulum necə oldu ki, onun
üzünə dəydi?! Axı mən o qədər də sürətlə atmamış-
dım...
Evə qayıdanda atama gün ərzində olanları danış-
dım. O kişilərin sözünü də təkrarladım. Atam əlini ba-
şıma çəkib dedi: “Oğlum, Həjir bizim millətimizin düş-
məniydi. Amma ziyalı və ağıllı bir düşmən idi. Hörmə-
tin saxla... yadında olsun ki, diktator türkə də, kürdə də
eyni gözlə baxır!” Ancaq sonralar mənə sübut oldu ki,
diktator heç də hamıya bir gözlə baxmır. Həmişə han-
sısa millətin vasiyəsiylə başqa millətləri əzməyə çalışır.
Hətta ən ideoloji diktaturalar da hansısa bir milli faşiz-
min əsasında qurulublar. Din və ya demokratiyanın
ikisi də pərdə kimi hansısa pislikləri örtmək üçündür.
Atama pulu onun üzünə çırpdığımı deyə bilmədim.
Həjirin hörmətini edam günü saxlaya bilməsəm də, ki-
tablarını bağçada, sözlərinisə beynimdə saxlamışam!
1
kəffarəsi - dövlət tərəfindən edam olunanlara tullayırdılar. Guya
yığılan pul kasıblara paylanacaq və beləliklə, onların günahlarının
bağışlanmasında kömək olacaq.
36
n sevdiyimiz işlərdən biri, gedib Cabbar və
Bağdagülə baxmaq idi. Cabbar və Bağdagül
ər-arvad idilər. Şəhərin tanınmış dəliləriydilər. Cabbar
vaxtilə xan olubmuş. Özünün neçə parça kəndi və hek-
tarlarla əkin sahələri varmış. Eşitdiyimə görə, uşaqları
da olub, amma hökumət Cabbarın torpaqlarını alandan
və onu dəli elədikdən sonra həm arvadı, həm də uşaq-
ları onu tərk etmişdilər. Bağdagül elə anadangəlmə
ağıldan kəm olub. Cabbar tək olmasın deyə, onları
evləndirmişdilər. Bu iş həm Allaha xoş gedirdi, həm də
Cabbara! Hər axşam gəlib küçəmizin başında dayanıb,
bağıra-bağıra hökuməti söyməyə başlayardılar. Cabbar
söyərdi, Bağdagülsə başını yelləyərək Cabbarın söz-
lərini – “həyə, həyə” – deyə təsdiq eləyərdi. Cabbarın
adını çaşıb çağırsaydın pis günə qalardın. Əlindəki də-
mir əsasını elə fırlayıb arxanca tullayırdı ki, bəxtin
gətirməsəydi mütləq haransa sınardı. Cabbar bir-iki
dəfə bax beləsinə əsa tullayıb. Sol əliylə çöqəninindən
1
,
1
çöqəninindən - əsa
Ə
37
sağ əliylə də Bağdagülün əlindən yapışardı. Mən o
səhnəni görüb Raziyənin əlindən yapışıb deyərdim:
– Raziyə?
– Hə
– Mən Cabbar olsaydım, sən mənnən evlənərdin?
Təəccüb və sual dolu baxışlarla üzümə baxıb de-
yərdi:
– Hə... amma sən də məni heç vaxt tək qoyma...
yaxşı?
Elə bil dünyanı mənə verərdilər. Əlini sıxıb Cab-
barla Bağdagülə göz dikərdim.
– Heç vaxt.. heç vaxt səni tək qoymuyacam, Ra-
ziyə!
Fəlsəfənin və hikmətin nə olduğunu bilirəm. Hətta
çox şeylər barədə bir romanlıq fəlsəfə uydura bilərəm.
Amma çox hadisələr var ki, onların nə hikmətini, nə də
fəlsəfəsini başa düşə bilirəm. Bəlkə heç başa düşmək
də lazim deyil. Mən mühitin məhsulu olaraq, yarı
dindar, yarı materialist olduğum üçün şəraitlə heç vaxt
tam razılaşa bilmirdim. Hiss eləyirdim havadayam.
Həmişə darıxırdım, nəyisə gözləyirdim. Hər an elə
bilirdim hansısa bir hadisə olacaq və hər şey dəyişəcək.
Raziyənin gözləri bağlıydı. Əllərini isə arxadan
bağlayıb oturacaqda oturtmuşdular. Xanım Feyzi əl-qo-
lunu ölçə-ölçə danışırdı. Məlum idi ki, onu hədələyir.
Raziyə sakit görünürdü.
– Salam!
– Salam, Seyid.
– Nəyisə etiraf eliyib?
– Yox. Gönü qalındı. Amma eybi yox. Dilə gə-
ləcək gec-tez...
38
Raziyə doyunca döyülmüşdü. Bunu onun qanamış
və qızarmış üzündən bilmək olardı. Özüm bilərəkdən
bir az gec gəldim ki, onu döyməyəm və döyülməyini
görməyəm.
Otağın dibindəki mizin üstündə işgəncə alətləri var
idi. Alnıma soyuq tər gəldi. Ürəyimdə bu qəhbə Fey-
zini söyürdüm. Şah dövründə tanınmış fahişə olmuşdu.
Ən səviyyəsiz kafelərdə mahnı oxuyub, keflilərin
gucağında böyümüşdü. Bir çox adamları bədbəxt elə-
yib, ailələrini dağıtmışdı. Deyirlər, hətta vaxtilə qadın
alveriylə də məşğul olub. İnqilabdan sonrasa tövbə
edərək adamları günahkar olduqlarına etiraf etdirməklə
məşğul olub! Keçmişini unuda bilərsən, amma onu
başqasına məcbur unutdura bilməzsən. Ona görə də bu
qadının düşmənləri olduqca çox idi. Eşitdiyimə görə,
inqilabın repressiya dövründə öz ərini solçu olduğu
üçün İranın milli təhlükəsizlik orqanlarına satmışdı. O
dövrdə kim bir nəfəri dövlətə satsaydı, ona həm yaxşı
bir iş yeri verərdilər, həm də özünü hər hansı bir gü-
nahına görə güllələməzdilər. Bir çox solçular bu yolla
öz canlarını götürüb Avropaya qaçmışdılar. Feyzinin
ərini güllələmişdilər. Yenə də eşitdiyimə görə, əri çox
savadlı bir insan olmuşdu. Elə inqilabın əsasını qoyan
insanlardan biriymiş. “İnqilab öz balasının başını ye-
yər” sözü bu ailəyə tam uyğun idi.
Məncə, inqilab yalnız öz balasının başını yeməz,
bəlkə həm də özünə ögey balalar da seçər. Xalqın için-
dən olan, amma millətə heç bir aidiyyatı olmayan ögey-
ləri gətirib xalqın başında oturdar. Xanım Feyzi indi
islamdan və Allahdan elə danışır ki, bilməyən elə bilər
39
imam balasıdı. Fahişənin içdiyi and, tülkünün yu-
xusuna bənzəyər. Nə dərin olar, nə də inandırıcı.
Bir neçə addım qabağa getdim. Raziyənin başının
üstündə dayandım. Bir an gözüm qaraldı. Onu qucaq-
lamaq istədim. Etiraf eləmək istədim ki, Raziyə, günah
səndə deyil, məndədi, amma balalarım gözümün qa-
bağına gəldi. Hacının o murdar və rəhmsiz süfəti gözü-
mün qabağına gəldi. İyləmək istədim Raziyəni. Uşaq-
lıqda bu işi çox görmüşdüm. Onun bədəninin həmişə
özünəməxsus iyi olardı. Amma aramızdakı məsafəyə
görə o iyi hiss edə bilmədim.
– Seyid, neynirsiz?
– Heç.. heç...
Feyzi şübhələnə bilərdi. Axı onun kimilərin burnu
yaxşı işləyir. Elə onu bura iy çəkməkdən ötrü tullamış-
dılar. Dərindən bir nəfəs alıb, Raziyəyə dedim:
– Raziyə xanım! Sənin böyüdüyün məhəlləni yaxşı
tanıyıram. Atanı da yaxşı tanıyıram. Çox mədəni bir
ailədə böyümüsən. Özün ali təhsilli bir xanımsan. İstə-
diyimizi elə. Biz özümüz də istəmirik sənə hörmətsizlik
eləyək.
Raziyənin danışmağa halı yox idi. Başı sinəsinin
üstünə düşmüşdü. Başını dik tutmağa çalışdı.
– Məni və ailəmi tanıyırsızsa, deməli bilirsən, mə-
nim heç bir günahım yoxdu. Məni buraxın, insafınız
olsun.
Səsinə qurban olum, Raziyə! Elə sızıldaya-sızıl-
daya bu sözü dedi ki, ürəyim parçalandı.
Feyzi gedib mizin üstündən kəlbətini gətirib mənə
dedi:
40
– Yaxşı ki, gəldiz, Seyid. Bir-iki dırnağı çəkilsə
ağlı başına gələr.
Kəlbətini mənə tərəf uzatdı. Əslində mənim şərə-
fimi sınağa çəkdi. Bilmirəm alın yazısıdı, yoxsa öz elə-
diklərimdi başıma gəlir. Ata-babalarımız adı özləri qa-
zanar, alın yazılarını da özləri yazardılar.
Əlim əsirdi. Çalışırdım Feyzi bunu hiss etməsin,
amma bilirdim, o bunu hiss eliyəcək. Kəlbətini əlimə
aldım, əlim də kələfçəyə dönmüşdü sankı. Qurumuş-
dum. Xanım Feyzi Raziyənin ayaqlarını oturacağa bağ-
ladı və baş barmağını iki barmağıyla ayırıb mənə dedi:
– Yallah, Seyid! Gəl bu bülbülü oxutduraq!
Həyətimizdəki gilas ağacına həmişə bülbüllər qo-
nardı. Bir dəfə onların birini daşla yerə salmışdım. Elə
bu işimə görə də Raziyə bir həftə mənimlə danışmadı.
Raziyəyə tərəf hərəkət elədim. Kəlbətini əlimdə elə
sıxmışdım ki, az qala ətimə girəcəkdi. Bir tərəfdən
uşaqlıq sevgilim Raziyə və şərəfim, başqa tərəfdənsə
işim və ailəm. Bilirdim, sonunda hansınısa seçməliyəm.
– Baş barmağından başla, Seyid!
Dilimin altında söyə-söyə kəlbətini Raziyənin baş
barmağına tərəf apardım. Özümü söyürdüm – “ay şə-
rəfsiz, ay satqın, çək, çək”!
Gərək kəlbətinlə dırnağından yapışıb var gücümlə
çəkib çıxarardım. Birinci dəfəm deyildi bunu edirdim,
amma bu, tamamiylə fərqli bir şey idi. Dırnağından ya-
pışdım, gözlərinə baxdım. Üzü bağlıydı, amma nəfəs-
nəfəs
1
vurması hiss olunurdu. Dilinin altında nəsə desə
1
nəfəs-nəfəs - təngənəfəs olması
41
də, başa düşmürdüm nə deyir. Ürəyim qan ağlayırdı.
Əclaf idim. Olmasaydım burda neynirdim. Bir əlimlə
Raziyənin ayağından yapışdım və gözümü yumub çək-
dim. Ayağı titrədi. Uşaqlıqda onun əlinə belə toxun-
mağı özümə uğur sayardım. Ayağına heç vaxt toxuna
bilməmişdim. Sonunda toxundum, amma! Raziyə bərk-
dən – “Ana” – deyərək çığırdı. Dırnağın yerindən qan
axırdı. Bir dırnağa baxdım, bir də cəllad Feyziyə. Fey-
zinin üzündə bir razılıq əlaməti var idi. Raziyə ağlayıb-
sızıldayırdı. Yadıma gəldi ki, uşaqlıqda anası onu döy-
düyünə görə acığımdan evlərinin şüşələrini daşa bas-
mışdım. İndi biri lazim idi məni daşa bassın. Feyzinin
bağırtısıyla özümə gəldim:
– Hə...? Ağrısı var? Hələ bu harasıdı, bütün bar-
maqlarını çəkəcəyik. Danış görüm... danış...
Raziyənin saçlarından yapışmışdı və silkələyərək
hədələyirdi. Raziyə özünə bürünmək istəyirdi, amma
əl-qolu bağlı olduğundan çox dəhşətli şəkildə zarılda-
yırdı.
– Mənim günahım yoxdu... Axı mən neynəmişəm
belə eliyirsiiiiz?
– Pantürklərə gedib qoşulubsan. Hələ deyirsən
neynəmişən? Olar kafərdilər, baaa, kafər. Sənin kimi
qəhbələrdən çox gəlib bura gedib. Hələ darıxma!..
İçim ağlayırdı. Raziyənin bu gününü görməmə-
liydim. Bu Feyzi də lap yırtıcı heyvan kimi onun üs-
tünə düşmüşdü. Raziyə qırıq-qırıq dedi:
– Axı türk nədi... pan nədi? Mən... mən türkəm,
amma... pan deyiləm. Bəs siz... bəs siz nəsiz? Türk
deyilsiz?
42
Türküydük! Bu sözlə Feyzininin yaralı yerinə to-
xundu. Raziyə hələ bilmirdi ki, satılmış insanın milliy-
yəti olmaz. Millət anlamını insanın ruhu daşıyar, cismi
yox. Bunu kitablardan oxumuşdum.
– Görürsən? Görürsən, Seyid? Hələ bizə dərs öy-
rədir bu qəhbə! Gəl, Seyid, gəl, ikinci barmağını çək
adam olsun!
İkinci barmağını çəkəndə Raziyə huşdan getdi.
Ağrıdan dili və dodağını dişləmişdi, ona görə də doda-
ğından qan süzülürdü. Feyzi özünü Raziyə oturduğu
oturacağa sökəmişdi ki, Raziyə yerə yıxılmasın, amma
qəfildən mənə baxıb özünü qırağa çəkdi. Raziyə
oturacaqla bilikdə yerə yıxıldı. Bağırdım:
– Neynirsən, Feyzi?
Əllərini kəmərinə qoyub dedi:
– Nədi, ürəyin yanır, Seyid?
– Ürəyim yanmır, bu qız huşdan gedib axı. Qoy
ağlı başına gəlsin, sora eliyərsən! Əh...
Artıq dözə bilmədim. Kəlbətini yerə atıb durdum
ayağa. Əllərim Raziyənin qanına bələnmişdi. Raziyə
yerdə titrəyirdi. Bu dəhşətli mənzərənin yaradanı mən
idim, Raziyənin uşaqlıq sevgilisi! Otaq başıma fırla-
nırdı. Taleyi baltadan asılan ağac, sonunda torpaqla
öpüşəcək, başqa heç bir yol yoxdur. Feyziyə dedim onu
aparsın kamersına. Özüm də uduzmuş adamlar kimi
Hacının otağına tərəf getdim.
43
apırı fikirləşirdim. Papır Sulduzun qırağından
keçən Gedər çayının üzərində qurulmuş körpü-
nün altında yaşayırdı. Özünə köhnə taxta və çiy kər-
piclə balaca bir tövləsayağı ev düzəltmişdi. Hər adamla
danışmazdı. Özünə görə böyük bir sirrə çevrilmişdi.
Bütün uşaqlar demək olar ki, Papırdan danışanda sanki
böyük bir sirdən danışırlar kimi, mübahisə eləyərdilər.
Kimisə ondan qorxur, kimisə onu doluyub gülərdi.
Evində olmuşdum. Həm Papır olmayanda gizlicə dost-
larımla gedib evinə girmişdik, həm də özü olanda oraya
yaxınlaşmışdım. Dəli olmağına baxmayaraq çox mehri-
ban və səmimi insan idi. Doğrusu, mən onu qətiyyən
“dəli” adlandıra bilməzdim. Uca və kürəkli bir kişiydi.
Saqqalından və pərişan saçından bilmək olardı içinin
halını. Şəhərimizdə nakam sevgilərə “Papır sevgisi” de-
yirdilər. Papır öz əmiqızısına aşiq imiş. Əmisi öz qızını
Papıra vermir və bir çox hadisələrdən sonra qız ölür.
Papır bizə bu hadisəni dəlisayağı tərifləmişdi. Deyirdi:
– Əmiqızımı başqasına ərə verdilər. Mən onu dəli
kimi sevirdim. O da məni sevirdi. Özü mənə bunu de-
P
44
mişdi. Bax... (Əmiqızısının yazdığı məktubları göstə-
rərdi). Hələ çoxunu itirmişəm. Görürsən! Burda yazıb
məni nə qədər sevirdi.
Həvəslə məktublara baxıb soruşardıq:
– Səni sevirdisə, başqasına niyə ərə getdi? Get-
məyəydi də...
Saqqalını qaşıya-qaşıya cavab verərdi:
– Hərdən insanın gücü çatmır nəyisə dəyişməyə.
Axına qarşı çıxa bilərsən... amma... amma haqlı olsan
da... uduzarsan!..
– Sora nə oldu, Papır?
– Toy gecəsi ərini bıçaqlyıb mənim yanıma qaç-
mışdı... gəlin paltarında gəlmişdi... çox qorxmuşdu.. elə
bilirdi mən ona arxa dura biləcəyəm... atasıgil də arxa-
sıca bura gəldilər... çox əsəbiləşmişdilər...
Papır köynəyinin qolyla gözlərinin yaşını silib
davam elədi:
– Onu qucağımda öldürdülər... ərinin qardaşları
gülləylə vurdular... gözü gözümə baxa-baxa öldü...
– Sən neynədin, Papır?
Gözünü uzaqlara dikərdi. Gözünün dibindəki yaş
astaca süzülüb yanağına axardı.
– Mən... mən bir iş görə bilmədim. Heç nə eliyə
bilmədim... mən də onunla bərabər öldüm... adım Piruz
idi... “Ağa Piruz” deyirdilər mənə... itirdim, oldum Pa-
pır... Papır...
Həmişə fikirləşirdim ki, mən Papırın yerinə olsay-
dım, özümü öldürərdim. Ya da ki, qızı toydan qabaq
götürüb qaçardım. Hər halda nəsə bir iş görərdim. Heç
vaxt yol verə bilmərəm sevgilimi gözümün qabağında
45
öldürələr, mən də sadəcə, oturub baxım. Qızı öldürəni
öldürərdim heç olmasa. Tək qalıb qüssə yeməkdənsə,
ölüb qəhrəman olmaq daha yaxşıdı. Aşiq kimi qəbirdə
yatmaq, aciz kimi tövlədə yaşamaqdan daha yaxşıdı.
Atamın sözü yadıma düşdü: “Oğlum, bilirsən niyə bir
xalq yüz il inqilab edər, amma uğur qazana bilməz?
Ona görə ki, onun özünə olan sevgisi Papır sevgisi kimi
olar.” Papır bədbəxt adam idi. Zəif adam mütəhərrik bir
ölüdür. Nəfəs çəkir, yemək yeyir, su içir, hətta sevə də
bilər, amma heç vaxt bütöv ola bilmir. Yarımçıq yaşa-
yır və yarımçıq ölür. Papır öləndən bir neçə gün sonra
bilmişdilər ölümünü. Meyidi iylənmişdi. Deyilənlərə
görə, evindən həmişə it iyi gəlirdi deyə, kimsə öldüyü-
nə şübhələnməmişdi. Kimsəsiz olduğu üçün aparıb çox
sakitcəsinə quyladılar. Dəfn mərasimində barmaq sayı
qədər də adam olmayıbmış. Bir neçə nəfər Allaha xatir
yığışıb pul qoyub, onu yerdən görürmüşdü. Neçə dəfə
qəbrinin üstünə getdim, amma nədənsə qəbrini tapa
bilmədim. Sonralar həmin yerləri söküb, qəbirləri dağı-
dıb, yerində un zavodu və çoxlu anbarlar tikmişdilər.
Nə Papırdan əsər qalmışdı, nə də o qəbristandan.
Hacı namazdan gəlirdi. Əclafın namazı bir dəqiqə
belə gecikməzdi. Cəlladın namaz qılması fahişənin töv-
bəsinə bənzəyər. Salavat çevirə-çevirə mənə başıyla sa-
lam verib otağına keçdi. Arxasınca otağa girib qapını
arxamca bağladım. Hacı keçib öz mizinin arxasında
otura-otura soruşdu:
– Neyniyə bildiz, Seyid? Nəsə dedizdirə bildiz?
– Yox hələ, Hacı... iki dırnağını öz əllərimlə çək-
dim... məndən qabaq da xanım Feyzi işgəncə vermişdi,
46
amma faydası olmuyub. İnanmıram bu qızdan bir şey
qoparda bilək...
Hacı təsbehini əlinə alıb dedi:
– Nəsə dedizdirə bildizsə, heç. Dedizdirə bilməsəz,
çox vaxt qoymuyun. Onun hökmü bəllidir!
Etiraz bir ləhn
1
ilə dedim:
– Hacı, bu siyasilərnən adam öldürənlərin heç fərqi
yoxdu? Axı, baba, bunlar heç olmasa dərs oxumuş
adamlardılar!
Ləhnimdə etirazı hiss elədi.
– Seyid! Bu siyasilər adam öldürənlərdən daha çox
qorxuludular. Onlar şəxsə, amma bular dövlətə qarşı
çıxırlar. Başa düşürsən?
– Qələt eliyirlər, Hacı. Vallah, bular öz uşaqları-
mızdılar.
– Elə öz uşaqlarımızın səsini kəsməsək, özgələr
bizi buduyra
2
, Seyid!
– Bu inqilab az uşağın səsini kəsmədi, Hacı!
Baxışlarında şübhəni hiss edirdim. Səsini bir az
ucaltdı:
– Günah öləndə olar!
İstədim nəsə deyəm ki, Hacı sözümü kəsdi:
– Yaxçı-yaxçı! Bu barədə sonra danışarıq. Get be-
şinci bölməyə, beş-altı Pejak
3
terrorçusu gətiriblər. Pər-
vəndələrini oxu, gör nədi!
Məyus olmuşdum. Kürd terrorçularının yolu bura-
ya tez-tez düşürdü. Çoxunun taleyisə məlum idi –
1
ləhn - danışıq tərzi
2
Buduyra
- didib dağıdar
3
Pejak -PKK-nın İran bölməsi
47
edam! Ürəyimdə fikirləşdim, kaş Raziyə bilərdi ki,
kürdləri də onlar kimi qırırıq. Düşmənin kim olduğunu
ideologiyanın forması bəlli edər. Bizim ideologiyamız
milliçilik yox, musəlmançılıq və ümmətçilikdi, hansı
dildə oxuyub-yazmağımız da bəlliydi. Quran ərəb dilin-
də olduğu üçün ərəb dilini, fars dili ərəb dilinə yaxın
olduğu üçün dövlət dili kimi qəbul etməliydik. Ona gö-
rə də “milli haqq” və “ana dili” kimi anlamlar bizlərə
yad və yasaq idi. Bu nə qədər yalnış olsa da, həqiqət
idi.
48
ahin arıq və uzun bir oğlan idi. On il eyni sinif-
də oxuduq. Uşaqların içində yalançılıqla tanın-
mışdı. Hər dəfə yalan danışanda onun gözlərində dərin
kədər görərdim. Əslində, o kədərdən bilərdim ki,
nəyisə yalan danışır. Hündürboy olmağına baxmayaraq,
həmişə küçə döyüşlərində kötək yeyərdi və mən gedib
onu müdafiə eləyərdim. Futbol oynayanda heç kim onu
öz komandasına götürməzdi. Komandalar seçiləndən
sonra o, divara söykənmiş vəziyyətdə tək qalardı. Ona
yazığım gələrdi.
Atasının apteki var idi. Dəfələrlə onu aldadıb ata-
sının aptekindən özümüzə vitamin həbləri gətizdir-
mişdik. Şahin onları oğurlauyıb gətirərdi. Gətirməyən-
də də əlimizdən qapaz yeyərdi. Cavanlıqda onu qucaq-
layıb sataşardıq. O isə özünə çəkilib gizlicə ağlayardı.
İndi həmin günləri fikirləşəndə özümdən acığım gəlir.
Deyilənə görə, atası İran-İraq müharibəsinin sonuna
qədər cəbhədə olmuş və bir neçə yerdən qəlpə yarası
almışdı. Yaxşı kişiydi. Həmişə özündə olardı. Azda-
nışan adam idi. Mənim azdanışan adamlardan xoşum
gələrdi. Adamların sirrini öyrənməkdən ləzzət alardım.
Ş
49
Məncə, insanlarda bir çox sirlər var ki, heç onları sax-
lamağa gərək yoxdu. Yəni, ümumiyyətlə, sirr deyillər.
Amma elə sirlər də var ki, açılsa dünya qarışar. Ona
görə də açılmaması hamıya sərfəlidir.
Mən onları tanıyandan anası xəstəydi. Bir gün de-
yirdilər uşaqlığını çıxarıblar, o biri gün deyirdilər əsəb-
dən dəli olub. Son vaxtlarda da Şahin deyərdi anamın
xərçəngi var. Elə bil yazıq arvadın sinə xərçəngi var
idi. Neçə il yataqda yatdı. Mən heç o qadını yaxından
görməmişdim.
Məktəbdə uşaqlar iki yerə bölünmüşdülər. Bir qrup
sayca olduqca çox olan türklər idı. İkinci qrupsa kürd-
lər idi ki, az olmaqlarına baxmayaraq həmişə bir yerdə
olardılar. Onlar bizi hansısa küçədə tək tapıb döyə
bilirdilər, amma biz heç vaxt onları tək tuta bilməzdik.
Boş vaxtlarımızda bir neçə nəfər bir araya gəlib kürdlər
məhəlləsinə döyüşə gedərdik. Hətta qızbazlığa da oraya
gedərdik. Axı kürdlərin qadınları bizimkilərə baxanda,
açıq-saçıq geyinərdilər. Hər qapının ağzına bir neçə
kürd qadını yığışıb söhbətləşəndə bizim üçün əsl əy-
ləncə zamanı gəlirdi. Onların o kirli, kök ayaqları və
şirə bağlamış uzun saçları bizim üçün dünyanın ən
gözəl şeyləriydi. Şahin heç vaxt bizimlə gəlməzdi. Ona
görə də onu – “mamasının gül balası” – deyə dolayar-
dıq. Balıq tutmağa şəhərimizin qırağından axan çaya
gedərdik. Saatlarla tilovu suya atıb balıqları gözləyər-
dik. Hərdən evə 4-5 balıqla gələr, hərdən də sallana-
sallana bomboş qayıdardıq.
Bir gün Şahinlə balığa getməyi planlaşdırdıq.
Danışdıq ki, səhər-səhər saat 9 da çayın üstündən keçən
körpünün başında olaq. Mən düz saat 9 da ordaydım,
|