Sayman Aruz YÜZ İL İNQİlab



Yüklə 0,52 Mb.
Pdf görüntüsü
səhifə7/7
tarix03.02.2017
ölçüsü0,52 Mb.
#7456
1   2   3   4   5   6   7
O, düz deyirdi. Mənə gərək öz millətimizin Allahı 
kömək eləsin. Hər millətin öz Allahı olur. Allah insan-
ların düşüncə, həyat tərzi və istəklərindən doğan bir 
məfhumdu. Sənin Allahının gücünü sənin zəifliyinin 
dərəcəsi bəlli edər.  İstəkanın dolu yeri Allah və boş 
tərəfi sənsən. Gözləyirsən kimsə gəlib o boş yeri də dol-
dursun. Hər millətin də özünəməxsus tarixi və yaşam tərzi 
var. Özünəməxsus gücü və zəifliyi var. Amerikalı nə bilir 
mən bu xarabada nə  çəkirəm? Nə bilir ürəyimdən nə 
keçir. Heç onun Allahı da bilə bilməz. Amerikalının 
Allahı amerikalı kimi düşünür. Şərqin İran adlı bir xara-
bası, hələ onun da başıbəlalı Azərbaycanında, kim nə bilir 
biz nə  çəkirik.  Şərqin, ümumiyyətlə, Allahı ölüb. Yerdə 
qalan mənim kimi bəndələrdi…! 
Səhər azanına yaxın olardı. Zindanın arxa həyə-
tində uca bir dar ağacı hazırlamışdılar. Günəş bulud-
ların arxasında gizlənmişdi. Hava sanki işıqlanmaq 
istəmirdi. Raziyənin kamerasında bir molla və bir 

 
100
doktor var idi. Molla guya ona “Quran” oxuyub All-
ahdan bağışlanmasını istəyirdi, doktor da onun sağlam-
lığını yoxlayırdı. Mollaya ürəyimdə dedim: “Allah sə-
nin kimi şərəfsizlərin günahından gərək keçə, ay əclaf! 
Raziyənin  ən böyük günahı onun azad yaşamaq istə-
yiydi. Amma sənin kimi mollaların günahı lap çoxdu, 
çox, çox!” 
Gözümün yaşı sözümə baxmırdı. Hamı  mənə ba-
xırdı. Molla və doktordan xahiş elədim kameradan çıx-
sınlar.  
– Güclü ol, Raziyə!  
Mənə baxmadı. Acı gülümsədi.  
– Dünən yadımdan çıxdı sənə bir söz deyəm! 
– Nə? 
Üzünü mənə  tərəf çevirib düz gözlərimin dərin-
liyinə baxdıb dedi: 
– Azadlığa çatmaya bilərsən, amma onu dadmaq 
da böyük işdi. Mən onu daddım! 
Əllərini ikiəlli tutub sıxdım. 
– Mən də daddım, Raziyə. Mən azadlığı gördüm, 
hiss elədim. 
Gözümə göz dikib dedi: 
– Səndən bir xahişim var! 
– De… 
Üzüyü barmağından çıxarıb mənə tərəf uzatdı.  
– Al… saxla… 
Çox təəccüb elədim! 
– Niyə? Nə oldu ki? Qaytarırsan? 

 
101
– Yox. Qorxma… bilirsən, bir gün bu millət də 
azadlığı görəcək, hiss eliyəcək. Azadlıq gələndə barma-
ğına taxarsan! 
O güldü, mən ağladım! O uddu, mən uduzdum! 
Üzüyü titrək əllərimə alıb yumruğumda sıxdım. Bu is-
təyin müqabilində  nə edəcəyimi bilmirdim. Vaxt yox 
idi. Raziyənin o yaralı əl-ayağını qandalladım. İstəmir-
dim kimsənin əli ona toxunsun. Mən onun əriydim!  
Dedilər Hacı  gəlir. Tələsik gözümü sildim və Ra-
ziyənin başına qara torba keçirtdim. 
– Hazırsan? 
– Hazıram! 
Əlindən yapışıb yavaş-yavaş kameradan dəhlizə 
çıxartdım. Yeriyə bilmirdi. Barmaqları  şişmişdi deyə, 
addım ata bilmirdi. Sağ-solumda iki əsgər gəlirdi.  
– Mübarək olsun, Seyid! 
Hacıydı. Dəhlizdə üz-üzə gəldik. Cavab vermədim. 
Gülümsədim. Özümü möhkəm saxladım.  İstəmirdim 
sınmağımı görsün. Bunu Raziyədən öyrənmişdim. Asta 
addımlarla dəhlizdən həyətə  tərəf yola düşdük. Azan 
səsi gəlirdi. Ölüm dəhlizindən kölgə kimi irəliləyirdik. 
Hər addımımız bir uzun yolçuluğa bənzəyirdi. Sanki 
hər bir addımımızda böyük sirlər, dəhşətli keçmişlər, 
ağrılı hadisələr söylənilirdi. Hər addımımız kitabın bir 
vərəqi kimi açılırdı  həyata. Bir-bir, tələsmədən addım 
atırdıq. Ölüm dəhlizini fəth eləyib həyətə çatdıq. Hə-
yətin o başında dar ağacı görünürdü. Raziyəyə baxdım. 
Qoluna girib inamla irəli getdik. İnanmırdım ki, bir 
neçə  dəqiqədən sonra Raziyə bu dünyada olmayacaq. 
Axı Raziyə kimilər olmasa, bu dünyanın nə  mənası 

 
102
var? Şərəfli insanlar olmasa, dünya üstü açılmış bir ya-
lana bənzəyər – nə dadı qalar, nə duzu! 
Dar ağacının yanına çatanda Raziyə dayandı.  
– Olar bu torbanı başımdan çıxarasız?  
Hacıya baxdım. Heç nə demədi. Torbanı Raziyənin 
başından çıxartdım. Dərindən nəfəs aldı. Gözünü dikdi 
göyə. Günəş  hələ  çıxmamışdı. Bəlkə  də Raziyənin 
gözünə baxmaqdan utanırdı. Raziyə günəşin üzünə 
baxmaq istəyirdi, onun bir səhər cağı xalqının üzünə 
doğacağına inanırdı. Mən halqanı onun boynuna sal-
dım. Raziyə dilinin altında nəsə deyirdi. Sözlərindən 
“ana” kəlməsini seçə bildim. Gözü yol çəkirdi. Son 
dəfə qucaqlaşıb vidalaşdıq. Qulağıma dedi: 
– O dünyaya inanırsan? 
Astaca dedim: 
– Hə… 
– Onda orda görüşərik! 
Ağladım, gülümsədi. Gözünü məndən alıb yumdu. 
Hacı başıyla  əsgərə  işarə elədi.  Əsgər Raziyənin aya-
ğına yaxınlaşdı. Ayağının altı boşaldı…  
Hacı salavat çevirib, əlindəki  şirniyyat qutusunun 
ağzını açıb, ordakılara paylamağa başladı. Hamı salavat 
çevirib bir-birini təbrik eləyirdi. Azadlığın ölümü mü-
nasibətiylə  şadyanalıq edirdilər! Yadıma gələndə ki, 
mən də onlardan biri olmuşam, özümə tüpürməyim gə-
lirdi. Raziyəyə baxdım. Alma kimi asılmışdı  ağacdan. 
Dar ağacı bar vermişdi. Özü də Raziyə kimi ağır və də-
yərli bir bar. Gözləri açıq idi. Uzaq bir yerə göz dikmişdi. 
Bilmirəm bu uzaqda nə var ki, hamının gözü ordadı? 
Bəlkə azadlıq həmişə uzaqda olur deyə, insanlar uzağa 
baxırlar! Ölüm halındaydım. Bir azdan Raziyəni yerə 

 
103
endirib, müayinə edib, ölümündən  əmin olandan sonra 
ölüxanaya aparacaqdılar. Mən o səhnəni görə bilməzdim, 
yəni gücüm çatmazdı. Artıq orada qala bilmirdim, ona 
görə də ağır addımlarla otağıma tərəf getdim.  
Bilirdim bundan başqa yolum oxdu. Otağıma qa-
yıtdım. Artıq ağlamırdım. Ürəyim sakit idi. Raziyə  də 
artıq rahat idi. Həqiqətlə üz-üzə gələndə, onun mürdar 
iyini hiss eliyəndə, burnunu dəsmalınla tutma, o mürdar 
iyin hamısını  çək içinə. Başa düş ki, bu iy dünyanın 
pisliyi deyil, ədalətsizliyin iyidir dünyanı götürüb. Kaş 
ki, ölülərin də bir yubiley günü olardı. Mizimin arxa-
sında oturdum. Siyirməmi açıb tapançamı götürdüm, 
Raziyənin üzüyünü öpüb onun yerinə qoydum. Dara-
ğında güllənin olmasını yoxlayıb otaqdan çıxdım. Razi-
yəsiz bu dəhliz məni qəbir kimi sıxırdı. Feyzinin ota-
ğına çatanda qapını döymədən içəri gırdım. Qapısında 
dayanan əsgər bəxtimdən orada deyildi. İmkan tapmadı 
başını qaldırsın.  
Qəzəblə dedim: 
– Öl, fahişə! 
Gülləni sıxdım ürəyinə  və  çıxdım. Fikirləşdim ki, 
indi Feyzinin ərinin ruhu şad olub. Hacının otağına 
tərəf getdim. Güzgüyə baxmayana qədər güzgü güzgü-
lüyünü başa düşməz. Güzgüyə  dəyər verən ona baxan 
insandı. Kifir və səviyyəsiz olsa, güzgü də kifir və sə-
viyyəsiz görünəcək. Qətiyyən həyəcanım yox idi. Qa-
pını ayağımla açıb içəriyə girdim. Doktor və molla da 
ordaydılar. Yəqin Raziyəm barədə danışırdılar. Tapan-
çanı Hacıya tərəf tuşladım. Hacı yaman qorxmuşdu. İlk 
dəfəydi gözlərində belə qorxu görürdüm.  
– Neynirsən, Seyid? Qoy yerə onu! 
Bir addım da irəli gedib dedim: 

 
104
– Yox, Hacı, yox… hara qoyuram?! Hələ təzə ta-
pança tutmağı öyrənirəm! 
Tapançanı çevirib mollanın başına bir güllə  sıx-
dım. Molla o ərəb paltarlarının içində itdi. Sanki bir 
topa  ət çoxlu parçaya bürünüb yerə düşdü. Doktor 
üstümə cumdu, amma nəsə eləməyə imkan tapmadı. 
Bir güllə  də onun sinəsinə  sıxdım. Hacı yerində don-
muşdu. Əlini tülkücəsinə siyirməsinə tərəf aparırdı. Ha-
cıya yaxınlaşdım.  
– Hacı, dünən sən mənə yeni həyat verdin. Mən bu 
gün dünənki Seyid deyiləm. Raziyənin əriyəm! 
Danışmağa macal tapmadı. Gülləni ürəyinə sıxdım. 
Hacı təsbehiylə birlikdə yerə səpələndi. Kimsə gəlmə-
mişdən öncə oradan çıxıb getməliydim. Sürətlə otağıma 
qayıtdım. Dəhlizdən qaçhaqaç səslərii gəlirdi. Bu dün-
yadan dörd alçağı azaltdığım üçün sevinirdim. Ayaq 
səsləri otağıma tərəf yaxınlaşırdı. Günəş çıxmışdı. Xo-
meyninin də şəkilini divardan çıxarıb arxası üstə mizi-
min üstünə atdım. Pəncərənin qabağında dayanıb “Sul-
tan Yaqub” dağına göz dikdim və tapançanı gicgahıma 
tərəf apardım! 
 

Yüklə 0,52 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin