ƏDƏBİYYAT
1. Алиев, И.Г. Очерк истории Атропатены. Баку: Азернешр, 1989, 160 s.
2. Azərbaycan Sovet Ensiklopediyası. Vc. Bakı : Azərbaycan Sovet Ensiklopediyasının Baş
Redaksiyası, 1981, 592 s.
3. Azərbaycan tarixi. Bakı: Çıraq, 2007, 400 s.
4. Авляев Г.О. К вопросу о происхождении кереитов и их участии в этногенезе
средневековых ойратов Джунгарии и калмыков Поволжья // Проблемы этногенеза
калмыков. Элиста, 1984, с. 36.
5. Аманжолов А.С. История и теория древнетюркского письма. Алматы : Мектеп, 2003,
360 s.
- 16 -
6. Бартолд В.В. Очерки истории туркменского народа. Сочинения. Т. II, ч 1, Москва:
Издательство Восточной литературы, 1963, 662 s.
7. Бартольд В.В. Турецкий эпос и Кавказ. Сочинения. Т. V, Москва: Наука, 1968, 757 s.
8. Cəlilov F.A.. Azər xalqı. Bakı: Çıraq, 2005, 432 s.
9. Церен Э. Библейские холмы. Москва:Правда, 1986, 480 s.
10. Цыдендамбаев Ц.Б. Бурятские исторические хроники и родословные. Историко-
лингвистическое исследование. Улан-Удэ: Бурят.кн.изд-во,1972. 662 s.
10.Дрвнетюркский словрь. Ленинград: Наука.1969, 676 с.
11. Əhmədоv T.M. Azərbaycan tоpоnimikasının əsasları. Bakı: Universitet nəşr., 1991, 312 s.
12. Əliyarov S.. “Kitabi Dədəm Qorqud” əlyazmaları üzərində çalışmalar//Azərbaycan
filologiya məsələləri. III. Bakı:Elm, 1991, s.141.
13. Əliyev F., Əliyev M. Naxçıvan xanlığı. Bakı:Elm, 1996, 106 s.
14. Fəzlullah Rəşidəddin. Oğuznamə, Bakı: Azərnəşr. 1992, 72 s.
15. Hacıyev T. Azərbaycan ədəbi dili tarixi. I c. Bakı: ADU nəşri, 1976, 155 s.+
16. Хойт С.К. Кереиты в этногенезе народов Евразии: историография проблемы. Элиста:
Изд-во КГУ, 2008, 82 s.
17. İrəvan əyalətinin icmal dəftəri. Bakı: Elm, 1996, 184 s.
18. Жуковская И.А. Заметки о монгольской антропонимии /Ономастика Востока.
19. Kramer S.N. Tarix Şumerdən başlanır. Bakı: Kasımi, 2009, 280 s.
20. Кадырбаев А.Ш. Канглы: племя или государство? // Письменные памятники и
проблемы истории культуры народов Востока. М., 1986. Материалы XX годичной
научной сессии ЛО ИВ АН СССР, Ч.1., 1985, s. 117. +
21. Кайдаров А.Т. К историко-лингвистической характеристике канглы (кан) // Тюркская
ономастика. Алма-Ата, 1984. с.39-47.+
22. Кляшторный С.Г. Древнетюркские рунические, памятники. Москва: Наука 1964,
215 s.
23. Габибейли Иса. Зарождение и развитие идеи азербайджанства//«Литературный
Азербайджан».-2012.-№10. s.32-38. +
24. Qeybullayev Q.A. Azərbaycan türklərinin təşəkkülü tarixindən. Bakı: Azərnəşr, 1994,
278 s.
25. Qeybullayev Q.A. Qarabağ. Etnik və siyasi tarixinə dair. Bakı: Elm, 1990, 248 s.
26. Qeybullayev Q.A. Qədim türklər və Ermənistan. Bakı: Azərnəşr, 1992, 138 s.
27. Гейбуллаев Г.А. К этногенезе азербайджанцев. Т. I, Баку: Элм, 1991, 548 с.
28. Гейбуллaев Г.А. Топонимия Азербайджана. Баку: Элм, 1986, 192 с.
29. Литвинский Б.А. Кангюйско-сарматский фарн. Душанбе: Дониш, 1968, 199 с.+
30. Məmmədov A. Kəngərlər. Baki: Azərnəşr, 1996, 131 s.+
31. Məmmədhəsən Vəliyev (Baharlı). Azərbaycan. Bakı: Elm, 1993, 192 s.
32. Мифы народов мира. Энциклопедия. Т. I, Москва: Советская энциклопедия. 1987,
671 с.
33. Oğuz Y., Tuncay B. Türkün gizli tarixi. Bakı:APOSTROF, 2009, 496 s.
34. Радлов В.В. Вопросы об уйгурах.// Приложениек 70 тому Записок АН, № 2, СПб.,
1893, с.21-28+
35. Рашид ад-Дин. Сборник летописей. Пер. С персидского языка Хетагурова Л.А.
Москва-Ленинград: Изд. АН СССР., т. I, кн. I, 1952, 221 с.
36. Rəfiq Özdək. Türkün qızıl kitabı. II cild. Bakı:Yazıçı, 1993, 232 s.
37. Rzayev F.H. Naxçıvan əhalisinin etnogenezi tarixindən. I c.(m.ö.VI-III minilliklər).
Bakı:ADPU nəşriyyatı., 2013, s. 277, 529 s..
38. Севортян Э.В. Этимологический словарь тюркских языков.Т. I, Москва:Наука,1974,
777 с.
39. Смирнов К.Н.. Материалы по истории и этнографии Нахчыванского края. Баку:Озан,
1999, 156 s.+
40. Шаниязов К.Ш. К этнической истории узбекского народа. Ташкент: ФАН, 1974,
- 17 -
344 с.+
41. Togan Z.V. Azerbaycan, İslam Ansiklopedisi, II. C., İstanbul: Diyanet Vakfi Yayinları,
1961, 453 s.+
42. Всемирная история. Т. I, Москва: Госиздат, 1956, 746 с.
43. Всемирная история. Т. II, Москва: Госиздат, 1956, 899 с.
Москва: Наука, 1980, с. 13, 228 с.
44.
http://turkmenhistory.narod.ru/oguzhistory.html
ABSTRACT
Firudin Rzayev
KANQAR TURKS IN THE ETHNOGENY OF NAKHCHIVAN PEOPLE
The article deals with the ancient Kanqar kins which have taken part in the history of
Nakhchivan ethnogeny. Their historical passed way b.c. III millennium till our century has been
investigated by author in different facts.
Ancient prototurk Kanqar kins are investigated for the first time in the article. The author
has been investigated the words forming by kanqar/kanq/kanqyuy component on basic of ancient
source and proved that Kanqar are turkish kins.
Many turkish elements kanq/kanqar considerable calligraphy have been found out in the
geographical names with this component. The lexical-semantic characters of oykonims belong to
Kanqar turks has been investigated by the author in the article. Result of these investigations the
author get more new scientific facts.
РЕЗЮМЕ
Фирудин Рзаев
ТЮРКИ КАНГАРЫ В ИСТОРИИ ЭТНОГЕНЕЗЕ НАХЧЫВАНЦЕВ
Статья посвящена об участии в этногенезе Нахчывана к древним кангарам. Автор
статьи, исследуя путь исторических развитий этих племен, выявил, что на исторической
арене они были с шумераи. Опираяс к многочисленным данным их появления на территории
Нахчывана, было отнесенао к II тысячелетию до н.э.
Тема связанной с этими племенами до тех пор не была исследована учеными. Автор
статьи первый раз коснулся к этй проблеме и выявил, что слово «Канг» связаны с тюркскими
элементами это имя одного древнетюркского-азербайджанского племени.
Лексико-семантические единицы связанные с компонентом канг/кангюй/кангар,
подтверждают, что это имя одной древнетюркской племени. Были еще выявлены много
интересные и научные результаты, которые тесно связаны общеазербайджанской и
общетюркской историей и с распространением племени Кангар. Путём всестороннего
анализа выявлены, многие научные результаты.
NDU-nun Elmi Şurasının 30 mart 2015-ci il tarixli qərarı ilə çapa tövsiyə
olunmuşdur (protokol № 08)
Məqaləni çapa təqdim etdi: Azərbaycan MEA-nın müxbir üzvü Ə.Quliyev
- 18 -
НАХЧЫВАН ДЮВЛЯТ УНИВЕРСИТ ЕТ И. ЕЛМИ ЯСЯРЛЯР, 2015, № 2 (67)
NAKHCHIVAN ST AT E UNIVERSIT Y
.
С ЖЫЕНТЫФЫЖ WО РКС , 2015, № 2 (67)
НАХЧЫВАНСКИЙ ГОСУДАРСТ ВЕННЫЙ УНИВЕРСИТ ЕТ . НАУЧНЫЕ ТРУДЫ, 2015, № 2 (67)
FƏXRƏDDİN CƏFƏROV
E-mail: faxraddin_cafarov@mail.ru
UOT: 930
NAXÇIVAN ZƏHMETKEŞLƏRİ 1941-1945-Cİ İLLƏR MÜHARİBƏSİNDƏ
Məqalədə Böyük Vətən Müharibəsi illərində Naxçıvanın mərd oğul və qızlarının düşmənə
qarşı qəhrəmanlıqla vuruşmalarından, muxtar respublikamızda xalq təsərrüfatının ayrı-ayrı
sahələrində görülən işlərdən danışılır. Həmçinin, məqalədə Naxçıvan zəhmetkeşlərinin
vətənpərvərliyindən, arxa cəbhədə görülən işlərdən, orduya hərtərəfli köməkliyindən, döyüşçülərə
sovqat və hədiyyələrin göndərilməsindən, müdafiə fonduna pul və qiymətli əşyaların göndərilməsi
haqqında məlumat verilir.
Açar sözlər: Qəzənfər Əkbərov, Səfiyyə Sultanova, “Azərbaycan kolxozçusu” tank dəstəsi,
Hacıyev Əjdər, “Qırmızı Bayraq” ordeni.
Key words: Gazanfar Akbarov, Safiyya Sultanova, Hajiyev Ajdar, The Order of the “Red
Banner” , “Azerbaijani Farmer” group of tank.
Ключевые слова: Газанфар Акперов, Сафия Султанова, танковая колонна
«Азербайджанский колхозник», Аджар Гаджиев, орден «Красного знамени».
Xalq tərəfindən heç də təsadüfi olmayaraq Böyük Vətən müharibəsi adlandırılmış ötən
müharibədən qazanılmış tarixi qələbədən yetmiş il keçir. Bu qələbə bir çox xalqlar kimi
Azərbaycan xalqının misilsiz igidliyi və verdiyi sarsıdıcı qurbanlar hesabına əldə edilmişdir.
Araşdırılan arxiv sənədlərindən məlum olur ki, Böyük Vətən müharibəsi illərində muxtar
respublikadan 29500 nəfərdən çox naxçıvanlı düşmənə qarşı rəşadətlə vuruşaraq ölkəmizin
istiqlaliyyəti, xalqımızın azadlığı uğrunda misilsiz şücaət göstərmiş, saysız-hesabsız qurbanlar
vermişdir. Müharibə illərində 15500 nəfərə qədər naxçıvanlı həlak olmuşdur [1.v.3].
Həmçinin sənədlərdə 324 nəfərin naməlum həlak olması, 994 nəfərin naməlum itkin
düşməsi və müharibənin gedişində 3691 nəfərin yaralanıb, şikəst halda Naxçıvana qayıtması
göstərilir.
Böyük Vətən müharibəsində göstərdikləri şücaətə görə həmyerlilərimizdən üç nəfəri:
Qəzənfər Əkbərov, Abbas Quliyev və Nəcəfqulu Rəfiyev Sovet İttifaqı Qəhrəmanı kimi yüksək ada
layiq görülmüşdür. Səkkiz nəfər Lenin ordeni, 1 nəfər I, II, III dərəcəli Şöhrət ordeni, 102 nəfər
“Şöhrət ordeni’nin” ayrı-ayrı dərəcələri, 105 nəfər I və II dərəcəli “Böyük Vətən Müharibəsi”
ordeni, 315 nəfər “Qırmızı Ulduz”, 29 nəfər “Qırmızı Bayraq” ordenləri ilə təltif olunmuşdur.
Minlərlə döyüşçü müxtəlif medallar və ali baş komandanlığın təşəkkürünü almışdır [1.v.12].
Arxiv sənədlərindəndən aydın olur ki, müharibənin ilk günlərində vətənimizin ayrı-ayrı
yerlərində keçirilən saysız-hesabsız mitinq və yığıncaqlar xalqın tam birliyinin parlaq nümunəsinə
çevrildi. O, ağır, qanlı-qadalı günlərdə fəhlələr, qulluqçular, kolxozçular və ziyalılar dəstə-dəstə
hərbi komissarlığa gəlir, döyüşən ordu sıralarına göndərilmələrini xahiş edirdilər. 1941-ci il 22
iyulda olan məlumata görə Naxçıvan MSSR-dən 1127 nəfər kommunist, 2156 nəfər komsomolçu,
3208 nəfər bitərəf ordu sıralarına yola düşmüşdür [2.v.6].
Muxtar respulikamızın zəhmətkeşləri hökumətin alman faşistlərini məhv etmək üçün bütün
ölkəni vahid ordugaha çevirmək haqqındakı göstərişlərini həyata keçirərək şəhər və kəndlərdə xalq
qoşunu dəstələrinə yazılır, qırıcı batalyonlar təşkil edir, idarə və müəssisələrdə, evlərdə özünü
müdafiə dəstələri yaradılır. 1941-ci il 22 iyul tarixə olan məlumata görə Muxtar Respublika üzrə 10
min 595 nəfər xalq qoşunu sıralarına yazılmışdır. Bunlardan 3 min 208 nəfəri qadınlar olmuşdur
[2.v.2].
- 19 -
Böyük Vətən müharibəsi cəbhələrində mərdliklə vuruşan Naxçıvanın oğul və qızlarından bir
çoxu Qafqazın ətəklərindən Berlinə qədər şanlı döyüş yolu keçmiş, vətən uğrunda qanını belə
əsirgəməmişdir. Bu qəhrəmanlardan partizan dəstəsinin komandiri Əli Babayev və Buhenvald
qəhrəmanı, mərd döyüşçü Əkbər Ağayev, İtalya partizan hərəkatının fəal iştirakçısı Cəlil Rəfiyev,
general-mayor Akim Abbasov, Nemət Kərimov, Əjdər Hacıyev, Adil Cəfərov, Qurban Qurbanov,
Bağır Bağırov, Yusif Qasımov, Sadıq İsmayılov, Baloğlan Rüstəmov, Kazım Kazımov, Bünyad
İsmayılov, Həsənalı Səfərov, Yunis Zeynalov, Yaqub Zalov, Əkbər Məmmədov, İbrahim
Məmmədov, Bəxtiyar Kərimov, Əli Kərimov, Ənvər Hacıyev, Mirməmməd Seyidov, Allahverdi
Kərimov, Zeynalabdin Kazımov, Ağoş Mirişli, Həmid Mürsəlov, Əli Şeyxov, Əli Əliyev, Yunis
Əliyev, Hacı Rzayev, Əli İsmayılov, Hüseyn Rzayev və on minlərlə naxçıvanlı ölkəmizdən çox-cox
uzaqlarda belə ümumi düşmənə qarşı ölüm-dirim mübarizəsi aparmışlar.
Həmyerlilərimizin vətən müharibəsi cəbhələrində göstərdikləri qəhrəmanlıqlar haqqında
siyasi rəhbərlərin, komandirlərin və eləcə də özlərinin ata-ana, bacı-qardaşlarına, Naxçıvan
zəhmetkeşlərinə, partiya komitəsinə, respublika hərbi komissarlığına və işlədikləri təşkilatın əmək
kollektivinə göndərdikləri barıt qoxulu məktublar bu günə kimi dövlət arxivində mühafizə olunur.
Barıt qoxulu məktublardan biri, Böyük Vətən müharibəsi iştirakçısı, Naxçıvan (Babək)
rayon Cəhri kənd sakini Qasımov Yusif Səfəralı oğlu haqqında “N” qoşun hissəsi komandirinin
siyasi hissə üzrə müavini kapitan Hüseynov yoldaşın 21 dekabr 1943-cü ildə Naxçıvan Vilayət
Partiya Komitəsinə göndərdiyi məktubunda yazır: “Sizlərə salam göndərməklə bildirmək istəyirəm
ki, Sizin rayonun Cəhri kənd sakini Qasımov Yusif Səfəralı oğlu bölməmizin ən cəsarətli
döyüşçülərindən biri kimi komandanlıq tərəfindən həmişə qiymətləndirilməkdədir. O, topun
tuşlayıcısı vəzifəsində işləyir. Qasımov yoldaş silahının yaxşı ustası olmuşdur. O, son günlərdə öz
topu ilə düşmənin 3 tankını, 5 müşahidə, 8 pulemyot nöqtələrini məhv etmiş və 200-dən artıq
hitlerçi qırmışdır.
Komandanlıq Qasımov yoldaşı ali dövlət mükafatına təqdim etmişdir. Kapitan: Hüseynov.”
Yusif Qasımov göstərdiyi şücaətə görə “Qırmızı Ulduz”, “Qırmızı Bayraq”, “Vətən
Müharibəsi” ordenləri ilə və bir çox medallarla təltif olunmuşdur. Y.Qasımov Melitopol və
Taqanroq, Dnepr, Visla, Oder və Neyse çaylarının sahillərində gedən döyüşlərdə, həmçinin faşist
Almaniyasının ürəyi olan Berlində gedən döyüşlərin iştirakçısı olmuşdur.
Bu məktub isə 13 nəfər naxçıvanlı gənc döyüşçünün: baş serjant Məmməd Bağırov, Həmid
Mürsəlov, İsmayıl İsmayılov, serjant Zeynalabdin Kazımov, Əli Şeyxov, Əli Əliyev, Yunis Əliyev,
Bəhlul Əliyev, Qəşi Abbasov, baş serjant, starşina Ağoş Mirişli, kiçik leytenant Müzəffər
Məmmədov, Qocayev və kiçik siyasi rəhbər İslam Səfərlinin Naxçıvan rayon gənclərinə 1942-ci
ildə
göndərdikləri
məktubdur.
Məktubda
döyüşçülərimiz
yazırlar:
“Naxçıvanın
bütün
zəhmətkeşlərinə, kolxozçularına, kolxozçu qadınlarına, fəhlələrinə, fəhlə qadınlarına, ziyalılara
bizdən alovlu qızıl əsgər salamı.
Biz komsomol sırasında böyümüş və tərbiyə almış gənclərik. Biz əlimizə silah alaraq əziz
vətənimizin müdafiəsinə qalxmışıq. Vətən uğrunda son damla qanımız qalana qədər vuruşacağımıza
və azğın düşmənə qarşı sarsıdıcı zərbələr vuracağımıza and içirik...
...Naxçıvan gəncləri! Biz özümüzün və Sizin alçaq alman faşistlərinə olan kininizi
süngümüzə yığaraq, əclaf düşmənlərimizin köksünə çalacağıq. Biz düşmənlə mərdcəsinə
vuruşduğumuz kimi, Siz də təsərrüfatda, dəzgah başında namusla çalışın. Cəbhəni və ölkəni hər cür
məhsulla bol-bol təmin edin. Siz bunu yaxşı bilin ki, həyat mərdlərin, qoçaqların və həyat uğrunda
mübarizə edənlərindir. Biz Sizi əmin edirik ki, alçaq faşizmin məhv edilməsində qəhrəmanlıqla
vuruşanların ilk sırasında olacağıq” [3.1942, 29 avqust].
O zaman bu cəsur döyüşçülərin sırasında orta məktəbi yenicə bitirmiş, hamımızın yaxşı
tanıdığımız sevimli şairimiz İslam Səfərli də var idi. Onlar Naxçıvandan cəbhəyə gedərkən 13 nəfər
olmuşlar.
Böyük Vətən müharibəsi iştirakçısı, Naxçıvan sakini Əjdər Hacıyev isə 7 dekabr 1944-cü il
tarixdə Naxçıvan Vilayət Partiya Komitəsi adına göndərdiyi məktubunda yazırdı: “Hörmətli
H.Nəcəfov yoldaş! Döyüşən ordudan hərarətli salam göndərməklə əhvalınızı soruram. Bu gün
qalibiyyətli döyüş əməliyyatından sonra Sizə məktub yazmağı qərara aldım. Bir dəqiqə belə
- 20 -
yadımdan çıxmırsınız, xüsusilə son gecə yola düşərkən Naxçıvan Vilayət Partiya təşkilatı adından
mənə verdiyiniz tapşırıqları bacardıqca əla yerinə yetirirəm. Hərbi Akademiyada oxuyanda bütün
dərslərdən əla qiymət almışam. 1943-cü ilin iyul ayından cəbhədəyəm. Yenə də öhdəmə düşən
hərbi vəzifəni layiqincə yerinə yetirməklə 7 dəfə Ali Baş Komandanlığın təşəkkürünü və iki dəfə isə
“Vətən Müharibəsi” və “Qırmızı Ulduz” ordenləri ilə təltif edilmişəm. İki dəfə ağır, bir dəfə yüngül
yaralanıb döyüş meydanından çıxmamışam.
Mən olan hissədə Naxçıvandan bir çox yoldaşlar var. Onları həmişə başıma toplayıb söhbət
edirəm və Naxçıvan zəhmetkeşlərinin etimadını qazanmağı onlardan tələb edirəm. 416-cı Taqanroq
diviziyasının bayrağını daha da yüksəldirik. Sağlıq olsun, müharibə qalibiyyəti ilə alnıaçıq
qayıdacağıq.
Hər bir naxçıvanlının iki-üç ordeni, medalı döşlərini şöhrətləndirir. Naxçıvan rayonunun
Nehrəm kəndindən mayor Əli Əliyev, Təzəkəndli baş leytenant Məmməd Məmmədov,
Mahmudkəndli (Noraşen rayonu) mayor M. Mahmudov, Cabbar Hüseynov, Şahbuz rayonundan üç
ordenli kəşfiyyatçı T.Məmmədov bizim hissənin adlı-sanlı komandiri və döyüşçüləridir.
Biz naxçıvanlılar öz döyüş tariximizə Melitopol, Taqanroq, Nikolayev, Odessa, Kişinnyov
şəhərlərini yazmaqla 4 min kilometrə kimi şücaətli döyüş yolumuz var. Yüzlərlə kənd və minlərlə
sovet adamlarını əbədi olaraq alman faşist işğalçılarının zülmündən azad edib, şən həyatlarını bərpa
etmişik.
Bizim hissəmizin adı Azərbaycan zəhmetkeşlərinin adı ilə sıx bağlıdır. Hər yeni
qalibiyyətimiz üçün Bakı fəhlələri 10 min tonlarla artıq neft verir. Azərbaycan kolxozçuları öz
qəhrəman əməkləri ilə pambıq, taxıl, ət, yağ və başqa kənd təsərrüfatı planlarını vaxtından əvvəl və
artıqlaması ilə yerinə yetirir. Bu da bizim əsgərlərin, komandirlərin fəxridir.
Naxçıvanlı döyüşçülərin salamını həmyerlilərimizə yetirməyinizi rica edirik. Hörmətlə:
mayor Əjdər Hacıyev. 7 dekabr 1944-cü il.” [4.v.14].
Muxtar Respublikamızın mərd oğulları ilə çiyin- çiyinə vuruşan qızlarımız da olmuşdur. O
vaxt Naxçıvanın bir çox qızları düşmənin məhv edilməsində bilavasitə iştirak etmək üçün könüllü
olaraq cəbhəyə yola düşmüşlər və müharibənin ilk günlərindən 100-ə qədər naxçıvanlı qız hitlerçi
işğalçılara qarşı qəhrəmancasına vuruşmuşlar. Onlar vətən sevgisinə sadiq qalaraq cəbhədə igidlik,
fədakarlıq nümunələri göstərmişlər.
Yüzlərlə komsomolçu qızlar kimi müharibənin ilk günlərində hərbi komissarlığa ərizə verib
könüllü olaraq ordu sıralarına yollanan Səfiyyə Sultanova, Zərifə Camalbəyova, Firuş
Məmmədəliyeva, Surə Allahverdiyeva, Fövqiyyə Cəfərova, Dilbər Təhməzbəyova, Səkinə
Quliyeva, Zina Şirzadova, Asiya Hüseynova, Vera Abbasova, Səkinə Vəliyeva və başqaları
Naxçıvan Tibb məktəbində tibb bacısı və feldşer ixtisasına yiyələnərək cəbhəyə getmiş, hərbi
qospitallarda, batalyonlarda xidmət etmişlər.
Naxçıvan MR Dövlət Arxivində olan sənədlərdən aydın olur ki, 1941-ci ilin iyul ayında
Muxtar Respublika üzrə kolxoz sədrlərinin, idarə-müəssisə rəhbərlərinin və işçilərinin müşavirəsi
keçirilmişdir. Bu müşavirədə faşist işğalçılarına qarşı qəhrəmanlıqla vuruşan döyüşçülərimizin
ailələrinə yardım göstərmək məqsədilə yardım fondlarının təşkil edilməsi və ön cəbhədə
vətənimizin müdafiəsində qəhrəmanlıqla vuruşan əsgərlərə hədiyyələr göndərilməsi müzakirə
edilmişdir. Dövlət tərəfindən ayrılmış komissiyaların və həmçinin zəhmətkeşlərin təşəbbüsü ilə
cəmi 4 ay ərzində Muxtar Respublika üzrə müdafiə fonduna 1.208.000 manat nağd pul, 1.727.000
manatlıq istiqraz vərəqəsi, 7 kq 700 qram qızıl-gümüş toplanaraq dövlət bankına verilmiş, tədarük
məntəqələrinə 66,1 ton taxıl, 64,3 ton ət, 2155 kq yun, 897 kq yağ, 10,6 ton tərəvəz, Qızıl Ordu
döyüşçülərinə 3634 cüt yun corab, 1461 cüt yun əlcək, 3546 dəsmal, 120 ədəd balınc üzü, 160 ədəd
mələfə və xeyli alt-üst geyimləri toplanıb cəbhəyə göndərilmişdir [2.v.8].
1941-ci
ildə
Azərbaycanın
qabaqcıl
qadınlarının
ölkəmizin
müdafiə
fondunun
möhkəmləndirilməsi haqqında müraciətinə qoşulan Naxçıvan qadınlarından Rübabə Talıbova qızıl
qol saatı, 300 manat pul, 800 manatlıq istiqraz vərəqəsi, evdar qadın Quliyeva Leylan 3,5 qram
qızıl, 2 mis qazan və 300 manatlıq istiqraz vərəqəsi, Abbasova Sidiqə bir qızıl üzük, 300 manat
dəyərində istiqraz vərəqəsi, Həsənova Qumru 650 manat pul, 1000 manat istiqraz vərəqəsi,
Abbasova Züleyxa-qızıl üzük, Abbasova Vəsilə qızıl sırğa, Fətullayeva Əqiyyə bir qram qızıl, 1500
- 21 -
manatlıq istiqraz vərəqəsi, Səfiyeva Pəri 1 qızıl boyunbağı 900 manatlıq istiqraz vərəqəsi,
Qədimova Simuzər qızıl üzük, 2 gümüş qaşıq, 800 manat pul və 1000 manatlıq istiqraz vərəqəsi,
Aslanova Məryəm 600 manat pul, 2000 manatlıq istiqraz vərəqəsi, Qədimova Lida 2 qızıl üzük,
1500 manatlıq istiqraz vərəqəsi, Xəlilova Təyyibə 8 qram qızıl, 300 manat pul, qızıl sırğa,
Kazımova Güllü 1 qızıl üzük, 500 manatlıq isriqraz vərəqəsi, Əliyeva Xavər 300 manat pul, 500
manatlıq istiqraz vərəqəsi, Behbudova Gülabə bir qızıl üzük, 1000 manatlıq istiqraz vərəqəsi,
Səkinə Rzalı 6 qram qızıl, 300 manat pul, 500 manatlıq istiqraz vərəqəsi, 10 kq mis təhvil vermişlər.
Əbrəqunus (Culfa) rayon kolxozları, kolxozçular və işçi xidmətçiləri tərəfindən 22 avqust
1941-ci il tarixə kimi dövlət müdafiə fonduna 6700 kq buğda, 145 baş qoyun, keçi, 17 baş donuz, 1
baş inək, 127 kq yağ, 440 kq pendir, 7000 kq üzüm, 1000 kq kartof, 210 ədəd yumurta, 250 kq
noxud, 465 kq yun, 4 kq bal, 410 kq mis qırıntısı və 3410 kq qara metal toplayıb göndərmişlər.
Şahbuz rayonunun kolxozçuları Nurs kənd kolxozu tərəfindən 13 qoyun, 2 öküz, 1 donuz,
50 kq yağ, 200 kq pendir, Türkeş kənd kolxozu 15 qoyun, 300 kq üzüm, 500 kq buğda, 300 kq
qarpız, Gecəzur kənd kolxozu 200 baş qoyun, 10 baş keçi, 500 kq kartof, 500 kq ət, Gömür kənd
kolxozu 105 baş qoyun və Kükü kənd kolxozu 15 baş qoyun və 15 baş keçi vermişlər.
Ordubad rayon zəhmətkeşləri 1941-ci ilin 6 ayında (iyul-dekabr) müdafiə fonduna 243108
manat nağd pul, 249620 manat istiqraz vərəqəsi, 7013 kq ət, 122 kq yun, 52 kq yağ, 24 kq bal, 268
kq pendir, 7624 kq buğda, 545 kq arpa, 35 kq noxud, 1326 kq kartof, 255 ədəd dəri, 2 kq 37 qram
gümüş, 77 qram qızıl, 70900 kq qara metal, 5412 kq rəngli metal, 1200 kq qurğuşun, Qızıl Ordu
döyüşçülərinə isə 18 ədəd isti alt köynəyi, 143 ədəd isti atl paltarı, 34 ədəd şalvar, 73 ədəd yun
adyal, 1242 ədəd balınc üzü, 65 ədəd balınc, 121 ədəd mələfə, 596 kq yun, 195 ədəd dəri, 165 ədəd
dəsmal, 47 ədəd qutu bağlama və s. əşyalar göndərmişlər.
10 sentyabr 1941-ci ilə kimi Şərur rayon zəhmətkeşləri müdafiə fonduna 23179 manat nağd
pul, 111135 manat istiqraz vərəqəsi, 2707 qram qızıl, 10632 kq taxıl, 11.478 kq ət, 354 kq yağ,
1088 kq yun, 2533 kq mis, 70212 kq qara metal, 52 cüt yun corab, 10 cüt yun əlcək, 2 ədəd isti
paltar toplayıb göndərmişlər.
Rayon zəhmətkeşlərindən rayon dükanının işçisi Zeynalova bir aylıq zəhmət haqqı, bir qızıl
üzük, bir isti kürk, 3 cüt yun corab, 3 cüt əlcək, bir cemper, 3 kq mis, Daşarx kənd sovetinin sədri
Xədicə Hüseynova bir ədəd gümüş papiros qutusu, bir cüt qızıl sırğa, bir aylıq zəhmət haqqı, 300
manat istiqraz vərəqəsi, 2 cüt yun corab, 2 cüt yun əlcək, 1 sırıxlı pencək, Yengicə sənaye artelinin
sədri Mirəli Seyidov 10 günlük zəhmət haqqı, 500 manat istiqraz vərəqəsi, 4 qram qızıl, bir isti
pencək, Şərur rayon orta məktəbinin müəllimi Cəfərova Şura 6 günlük zəhmət haqqı, 1000 manat
istiqraz vərəqəsi, 9 qram qızıl, rayonun uşaq bağça müdiri Nadirova Gövhər 10 günlük zəhmət
haqqı, 1000 manat istiqraz vərəqəsi 3 qram qızıl, 5 kq mis müdafiə fonduna verməklə, müharibə
qurtarana kimi 3 günlük zəhmət haqqısını verəcəyini bildirmişdir.
Şərur rayonundan olan cəbhəçi anası K. Əliyeva 1941-ci ilin oktyabrında şəxsi bağlama
hazırlayıb Moskvanın müdafiəçilərinə ana məhəbbəti ilə dolu məktubunda yazırdı: “Qoy mənim bu
balaca ana sovqatım sizin düşməni məhv edən əllərinizi qızdırsın. Düşmənə qəzəbinizi artırsın,
qələbənizi yaxınlaşdırsın.”
20 noyabr 1941-ci il tarixə kimi Qızıl Ordu döyüşçülərinə Şərur rayon zəhmətkeşləri
tərəfindən 411 ədəd yarımşuba, 656 baş xırda buynuzlu heyvan dərisi, 150 ədəd əlcək, 49 ədəd isti
papaq, 80 ədəd sırıxlı, 40 ədəd yun köynək, 16 ədəd isti alt paltarı, 22 ədəd mayka, 625 cüt yun
corab, 2 çəkmə, 3 kürk, 371,5 kq yun, 20 adyal, 30 balınc üzü, 216 cib dəsmalı, 993 üz dəsmalı,
148 ağ köynək, 117 ədəd əl-üz sabunu, 66 paltar sabunu və sair əşyalar göndərilmişdir.
1941-ci ilin 6 ayında və 1942-ci ilin birinci və ikinci rüblərində Naxçıvan (Babək) rayon
zəhmətkeşləri müdafiə fonduna və qızıl əsgərlərə 230 sırıxlı pencək, 1.980 cüt yun əlcək və yun
corab, 940 dəst isti alt paltarı, 2.220 ədəd dəri, 413 kq yun, 1kq 12 qram qızıl, 6 kq gümüş, 872.000
manat pul, 1.255.000 manat istiqraz vərəqəsi və sahibsiz uşaqlar üçün 11.467 manat pul vermişlər.
Müdafiə fondunun möhkəmləndirilməsi haqqındakı hökumətin göstərişlərini alqışlayan
evdar qadınlar qiymətli hədiyyələrini belə müdafiə fonduna vermişlər. Bunlardan Səkinə
Məmmədova 3 qızıl üzük, Rübabə Talıbova 9 qram qızıl, Leyla Rzayeva 9 qram qızıl, Şura Bektaşi
3 qızıl üzük, Səkinə Rzalı 6 qızıl üzük və başqalarını göstərmək olar.
- 22 -
Ümumiyyətlə, 1941-ci ilin iyun ayından, 1943-cü ilin oktyabr ayına kimi Naxçıvan (Babək)
rayonu üzrə Qızıl Orduya və alman faşist işğalçıları zülmündən azad olunmuş rayonlara aşağıdakı
köməkliklər edilmişdir. Müdafiə fonduna: 1 kq 12 qram qızıl, 2 kq 961 qram gümüş, 343960 manat
pul, 1200.055 manat istiqraz vərəqəsi, 172600 kq qara metal, 7018 kq rəngli metal, 40000 kq taxıl
və 81 baş qoyun. Müdafiə hektarlarına: 21169 kq taxıl və 833 kq noxud. Tank koloniyasının inşası
üçün 2880203 manat nağd pul və gənc pionerlər adına hərbi təyyarənin inşası üçün 329000 manat
nağd pul, döyüşən orduya 3823 ədəd bağlama, ümumi çəkisi 13133 kq olan 34 baş heyvan, 6582
cüt yun corab və əlcək, 273 ədəd sırıxlı, 150 cüt keçə çəkmə, 2558 ədəd dəri, 946 dəst alt paltarı və
köynəyi, 124 ədəd jilet, 98 ədəd isti papaq və isti paltar alınması üçün 31633 manat pul köməkliyi
edilmişdir [5.v.108].
Alman faşist işğalçılarından azad olunmuş rayon əhalisinə 29672 manat nağd pul, 309 baş
xırda və iribuynuzlu heyvan, 23177 kq taxıl, 1097 ədəd dəri, 150 kq yağ, 1257 ev əşyaları və sair
toplanaraq göndərilmişdir [5.v.109].
Naxçıvan zəhmətkeşləri cəbhədə döyüşçülərimizə bayram (oktyabr inqilabının 25-ci
ildönümü münasibətilə) hədiyyələri və isti paltar göndərməklə ölkənin müdafiəsi fonduna xeyli
vəsait toplayıb vermişlər. Onlar 1942-ci ilin sentyabr-oktyabr aylarında qəhrəman döyüşçülərə və
ölkənin müdafiəsi fonduna 60 kürk, 45 köynək, 25 dəst isti alt paltarı, 1033 cüt yun corab, 79 cüt
keçə çəkmə, 127 cüt yun əlcək, 30 ədəd qulaqlı papaq, 20 sırıxlı pencək, 10 jilet, 35 qoyun, 2625
ədəd qutu sovqat, 13719 manat nağd pul vermişlər [6.1942, 7 noyabr].
Naxçıvan şəhərindəki 1nömrəli orta məktəbin müəllim və şagirdləri döyüşən Qızıl Ordu
əsgərlərinə bayram münasibətilə 900 manat dəyərində 10 qutu sovqat, bundan başqa Naxçıvan
MSSR Xalq Daxili İşlər Komissarlığının işçiləri 11, poçt-teleqraf kontorası işçiləri 10, Böyükdüz,
Vayxır və Kültəpə (Naxçıvan(Babək) rayonu kənd kolxozunun əməkçiləri hərəsi 10 qutudan ibarət
bayram sovqatı göndərmişlər [7.1942, 3 noyabr].
1942-ci ilin dörd ayında muxtar respublika üzrə müdafiə fonduna 1milyon 208 manat nağd
pul, 1 milyon 727 manat istiqraz vərəqəsi, 7 kq 700 qram qızıl-gümüş toplanaraq dövlət bankına
verilmişdir. Cəbhəyə 66,1 ton taxıl, 64,3 ton ət, 10,6 ton tərəvəz, milyonlarla kq yağ və yun, 3634
cüt yun əlcək, çoxlu geyim göndərilmişdir [8.v.109].
1942-ci ildə Qızıl Ordu üçün taxıl fondu yaradılması haqqında qərara uyğun olaraq
Naxçıvan zəhmətkeşləri cəbhə üçün 881 ton taxıl, 630 ton çəltik, 2741 kq quru meyvə və sair yola
salmışlar.
1942-ci il iyunun 25-də Naxçıvan Muxtar Respublika gəclərinin Naxçıvan şəhərindəki
parkında (Böyük bağda) birinci antifaşist mitinqi keçirilmişdir. Bu yığıncaqda müdafiə fonduna
325000 manatadək nağd pul, döyüşçülər üçün 10 min dəst isti paltar, Qara Dəniz Donanması üçün
12000 manatlıq hədiyyə göndərilməsi qərara alınmış və bu qərar tezliklə yerinə yetirilmişdir
[9.1942, 28 iyul].
1942-ci ilin iyul ayında isə Şərur rayon gənclərinin antifaşist mitinqi olmuşdur. Həmin
mitinqdə komsomolçu-traktorçu Səkinə Mustafayeva çıxış edərək demişdi: “...lazım gələrsə biz
traktorçu qızlar da öz traktorumuzu böyük tanklarla əvəz edərək düşmən üzərinə gedəcəyik.”
Səkinə Mustafayeva çıxışının sonunda gənc kolxozçulara müraciətində dedi: “Mən, sizi bol məhsul
uğrunda mübarizəyə çağırıram. Bol məhsul düşmən üzərində qələbə deməkdir!” [10.1942, 11 iyul]
Şərur rayonunun zəhmətkeşləri, xüsusilə komsomolçu gənclər daima vətənimizi yırtıcı
düşməndən mərdliklə təmizləməkdə olan şanlı Qızıl Ordunun 416-cı Taqanroq diviziyasının
qorxmaz döyüşçülərinə 1943-cü ilin sentyabr ayında 21 kq yağ, 560 yumurta, 200 dəftər, 70 qələm,
53 paket, 275 iynə, 39 sap, 10 litr spirtli içki və başqa şeylər toplayıb göndərmişlər. Rayonun
Mahmudkənd kolxozunun üzvləri bu sahədə daha yaxşı iştirak etmişdir. Onlar 3 kq yağ, 50
yumurta, 60 iynə, 12 sap, 15 paket və bir baş qoyun toplayaraq göndərmişlər [11.1943, 23
sentyabr].
Naxçıvan Muxtar Respublikası zəhmətkeşləri alman faşist işğalçılarından azad edilmiş
Çərkəz vilayətinin zəhmətkeşlərinə və bu vilayətin bərpa edilməsinə 1943-cü ildə 394478 manat
pul, 611 sentner taxıl, 994 kq noxud, 1662 kq darı, 1978 kq quru meyvə toplamış və göndərmişdir.
Kolxozçular və kolxozçu qadınlar öz şəxsi mal-qaraları hesabına 701 baş qoyun, keçi, 16 inək, 44
- 23 -
baş donuz, 329 kq yağ və 935 kq yun vermişlər. Bundan başqa 8 kq bal, 512 kq pendir, 35 toyuq, 10
pud duz vermişlər.
Muxtar respublikamızın zəhmətkeşləri çoxlu miqdarda geyim və ev əşyaları, o cümlədən
1.831 müxtəlif qab-qacaq, 206 yataq paltarı, 472 geyim paltarı, 260 cüt corab, 138 cüt əlcək, 15
palaz, 30 uşaq çarpayısı, 9 stol və stul toplayaraq göndərmiş, kənd təsərrüfatı, rabitə və səhiyyə
işlərində istifadə etmək üçün 5 kotan, 2 dəyirman daşı, 93 müxtəlif tibb alətləri və 128 ayrı-ayrı
rabitə materialları toplayaraq göndərmişdilər [12.v.18].
29 sentyabr 1943-cü ildə Naxçıvan şəhər və rayon müəllimlərinin yığıncağı keçirilmişdir.
Yığıncaqda müəllimlər Çərkəz vilayətinin bərpa edilməsində və alman faşist zülmündən azad
edilmiş çərkəzlilərə kömək göstərməkdə fəal iştirak edəcəklərini bildirmişlər.
Yığıncaqda iştirak edənlər muxtar respublikanın bütün müəllimlərinə məktub qəbul etmiş,
onları da çərkəzlilərə yardım etməyə çağırmışlar.
Həmin məktubda deyilir: “Alman faşist quldurları qəhrəman Qızıl Ordumuzun zərbələrini
Tivin, Moskva, Stalinqrad ətraflarında və Oryol, Kursk, Belqord, Xarkov istiqamətlərində yaxşıca
dadmışlar. İndi Hitlerin “məğlubedilməz” şərəfli diviziyaları Dnepr sahillərində dalbadal məhv
edilir və sürətlə qərbə doğru qaçırlar.
Hər gün yüzlərlə şəhər və kəndlərimiz həyasız düşməndən təmizlənir. Indi bizim əsas
vəzifəmiz alçaq faşist köpəklərinin müvəqqəti ağalıq etdikləri yerlərdə dağıdılmış,
külə döndərilmiş kəndləri və şəhərləri bərpa etməkdən, əsarətdən qurtararaq zəhmətkeşlərə
qardaşlıq köməyini genişləndirməkdən ibarətdir.
Biz bu vəzifəni yerinə yetirməyə başlayaraq ikinci növbədə 25.000 manat pul, 500 dəftər,
500 ədəd müxtəlif kitab və sair verməyi öhdəmizə almışıq.
Həmin yığıncaqda müəllimə Xanım İmanova, avqust ayı maaşını (480 manat), 1 çarpayı, 1
balınc, Yevgeniya İbrahimova 450 manat pul, 1 yorğan, Fatma Məmmədova 300 manat pul, 1
adyal, müəllim Murad Tutayuk 690 manat, İdris Səlimov 594 manat, Hüseyn Mirzəyev
(Şıxmahmud kəndindəki məktəbin müəllimi) 650 manat pul vermişlər [13.v.10].
Həmçinin, Naxçıvan Muxtar Respublika zəhmətkeşləri müharibə illərində alman-faşist
işğalçılarından azad edilmiş Stavropol ölkəsinin əməkçilərinə 423840 manat pul, 8348 pud buğda,
4168 pud arpa, 429 pud düyü, 700 pud noxud, 901 pud meyvə qurusu, 450 baş qaramal, 226 baş
davar, çoxlu paltar və müxtəlif ev əşyaları göndərmişlər.
Stalinqrad vilayətinə isə 132795 manat pul, 881 pud taxıl, 2741 kq quru meyvə, 1134 baş
iribuynuzlu və xırdabuynuzlu heyvan, 946 cüt corab, 521 cüt əlcək, 836 kq yun, 305 ədəd alt
paltarı, 994 kq noxud, 1556 kq kartof, 6972 kq çəltik, 44 baş donuz, 314 kq yağ, 38 kq bal, 512 kq
pendir, 35 ədəd quş, 10 pud duz, 1743 ədəd ev əşyaları, 189 ədəd mələfə, 15 ədəd palaz və 30 ədəd
uşaq çarpayısı toplayaraq göndərmişdilər.
Naxçıvan (Babək) rayon zəhmətkeşləri müharibənin ilk günlərindən cəbhəyə yekdilliklə
böyük yardımlar etmişlər. Belə ki, 1 kq 12 qram qızıl, 6 kq 965 qram gümüş, 556.502 manat pul,
1.541.055 manat istiqraz, 47.000 kq taxıl, 414 kq yağ, 1700 kq noxud, 100 baş donuz, 106 baş iri və
xırdabuynuzlu heyvan, 300 kq kartof, 179.618 kq qara və rəngli metal, tank dəstəsi üçün 2.918458
manat və təyyarə dəstələri yaradılmasına 329.000 manat nağd pul vermişlər.
Rayonun kolxozları tərəfindən əkilmiş müdafiə hektarlarından 839 kq noxud, 50.139 kq
taxıl, Qızıl Ordu döyüşçülərinə 4.523 bağlama (16.136 kq), 50 baş heyvan, 30.600 manat pul, 500
litr araq və şərab, 7.250 cüt yun corab və geyim paltarı toplanaraq döyüşçülərə göndərilmişdir.
Döyüşçülərə isti paltar alınması üçün Naxçıvan Dövlət Bankına 31.663 manat nəğd pul
verilmişdir. Bunlardan əlavə kolxoz və kolxozçuların artıq olan taxıllarından dövlət qiyməti ilə 500
ton taxıl satılmışdır.
Naxçıvan (Babək) rayonun kolxozçuları, fəhlə və qulluqçuları cəbhəçi ailələrinə xüsusi
qayğı göstərərək birdəfəlik 48.037 kq taxıl, 22400 manat nağd pul, heyvanların saxlanması üçün
125 ton yem, 236 kq ət, 100 kq yağ, 6.000 müxtəlif yeyinti şeyləri, südündən istifadə etmək üçün
96 qoyun və keçi, 50 ton yanacaq və bunlardan başqa süd, pendir, üzüm və sair ərzaqla yardım
etmişdir.
- 24 -
Alman faşist işğalçılarından azad olunmuş rayonların əhalisinə Naxçıvan (Babək) rayon
zəhmətkeşləri tərəfindən Çərkəz muxtar vilayətin bərpası üçün 297927 manat nağd pul, 26574 kq
taxıl, 686 baş iri və xırdabunuzlu heyvan, 82 kq yağ, 508 ədəd dəri, 574 kq yun, 3953 ədəd müxtəlif
ev və geyim şeyləri toplanaraq göndərilmişdir.
Naxçıvan (Babək) rayon zəhmətkeşləri tərəfindən 1943-cü ilin yanvar ayında “Azərbaycan
kolxozçusu” tank dəstəsinin yaradılması və qırıcı təyyarələrin artırılması fonduna 2.087.463 manat
və təyyarə hazırlanması fonduna isə 497781 manat vermişdilər.
Tank dəstəsi yaradılması və təyyarə hazırlanması fonduna yardım edilməsi işində qabaqcıl
kolxozlardan: Cəhri kənd kolxozunun kolxozçu qadınları tərəfindən 263300 manat, Didivar kənd
kolxozunun kolxozçu qadınları tərəfindən 135500 manat, Nehrəm kənd kolxozunun kolxozçu
qadınları tərəfindən 130000 manat, Əznəbürd kənd kolxozçu qadınları tərəfindən 97000 manat
yardım edilmişdir [13.v.3].
23 fevral 1943-cü ildə Qızıl Ordunun 25-ci ildönümü münasibətilə Şərur rayon
zəhmətkeşləri, kolxozçu qadınları alman işğalçılarının zülmündən azad edilmiş ölkələrin əhalisinə
yardım olaraq 110 baş qoyun-keçi, 645 pud buğda, 244 pud arpa, 11 pud çəltik, 49 pud noxud, 11
min ədəd yumurta, 4 baş iribuynuzlu mal, 205 cüt əlcək, 389 cüt corab, 62 alt paltarı, 118 köynək, 4
şalvar, 11 sırıxlı, 161 dəri, 104188 manat pul, 99 kq yun, 11 ədəd adyal, 19 dəsmal, 131 qaşıq və
fincan, 27 fufayka, 14 döşək, 42 balınc, 100 ədəd mis qab, 85 boşqab, 5 kürk, 5 cemper, 8 palaz və
cecim, 15 kq tütün toplayaraq göndərmişlər.
1 mart 1943-cü ildə Şərur rayon ZDS İK-nin iclasında tank dəstəsinə və təyyarə
eskadronuna edilən köməkliklər haqda məsələ müzakirə edilmiş və yığıncaqda qeyd olunmuşdur ki,
1 mart 1943-cü ilə kimi Şərur rayon kolxozçuları tərəfindən tank dəstəsinin və təyyarə
eskadronunun yaradılması üçün 3.800.000 manat nağd pul və 4980 pud taxıl təhvil verilmişdir.
Rayonun kolxoz sədrlərindən Bəhman Cəfərov 70000 min manat, Abbas Hüseynəliyev
40000 min manat, Xanım Məmmədova 50000 min manat, Məmməd Əliyev 350000 min manat,
Hüseyn Əliyev 100000 min manat nağd pul təhvil vermişlər.
Naxçıvan Muxtar Respublikasında yaşayan hərbi qulluqçu ailələrinə dövlət təminatı
şöbələrinin vasitəsilə 1943-cü ildə 12.930.142 manat yardım verilmişdir.
1943-cü ildə əsgər ailələri uşaqlarından yaşlılara 2514, bağçalara 9398, uşaq evlərinə 449
nəfər, cəmi 12361 nəfər uşaq müəssisələrinə cəlb edilmişdir. Ata-anasını itirən uşaqlardan 93 nəfəri
Muxtar Respublika Zəhmətkeşləri tərəfindən oğulluğa və qızlığa götürülmüşdür. 1931 əsgər
ailəsinə xəstəxanalarda və 20000 nəfərdən yuxarı isə poliklinikalarda və evlərdə tibbi yardım
göstərilmişdir.
Əsgər ailələrinə 1943-cü ildə bir çox kənd təsərrüfatı məhsulları ilə yardım edilmişdir.
Məsələn, 3134 ailəyə 141 ton 440 kq ət, 668 ailəyə 1 ton 146 kq yağ, 806 ailəyə 1 ton 439 kq
pendir, 3301 ailəyə 172 min 115 ədəd yumurta, 3068 ailəyə 6186 ədəd dəri və 772 ailəyə bir ton
142 kq yun, 14613 ailəyə 174 ton 774 kq ərzaq, o cümlədən, 131 ton 833 kq taxıl, 5622 cüt
ayaqqabı, 2705 dəst paltar, 6981 sentner odun, mal-qaraları üçün 9073 sentner yem, 1 ton 159 kq
sabun, 1260 metr parça, 1000 dəstdən yuxarı alt paltarı, 100 metrdən çox bez, tənzif, 183 ipək baş
yaylığı, 648 cüt ayaqqabı və sair yardım olunmuşdur [13.v.36-38]
Qızıl əsgər ailələrinə mənzil kirası üzrə 36000 min manat güzəşt verilmiş, bundan başqa 165
otaq verilmiş, 706 ailənin evi təmir edilmişdir.
Müharibə illərində cəbhəyə kömək üçün Ordubad rayon zəhmətkeşləri “Azərbaycan
kolxozçusu” tank koloniyasına və təyyarə hazırlanması üçün 1.950.250 manat istiqraz, 77 ton rəngli
və qara metal, 4500-ə qədər bağlama, 2 kq qədər qızıl, gümüş və çoxlu miqdarda isti paltar və ərzaq
məhsulları toplanıb göndərilmişdir.
Bundan başqa qızıl əsgər ailələrinə kömək məqsədi ilə 61860 kq taxıl, 16533 kq müxtəlif
ərzaq məhsulları, 4236 cüt ayaqqabı, 1620 ədəd paltar, 3873 sentner yanacaq (odun), 2862 ədəd
cürbəcür sənaye malları toplanıb verilmişdir.
Qızıl əsgər ailələrindən 183 nəfərinin evi təmir edilmiş, 37 nəfərə isə yeni yaşayış evləri,
428 nəfər isə dirrik yerləri verilmişdir. Bu müddət ərzində Ordubad rayonunun qızıl əsgər ailələrinə
3.229.672 manat yardım edilmiş və hərbi ailələrə pensiya verilmişdir.
- 25 -
Müharibə illərində sahibsiz uşaqların tərbiyə edilməsinə xüsusi diqqət yetirilirdi. 1942-ci
ildə 2 uşaq evində 200 uşağın tərbiyə edilməsinə 583.800 manat pul sərf edilmişdirsə, 1943-cü ildə
400 uşağı əhatə edən 3 uşaq evinə 1.056.300 manat, 1944-cü ildə isə 1.108.900 manat pul
buraxılmışdır [13.v.9].
Müharibə illərində Muxtar Respublikanın gəncləri də (komsomolçuları) ordunun müdafiə
qüdrətinin daha da möhkəmləndirilməsinə doğru yönləndirilən bütün kampaniyalarda fəal iştirak
etmişlər.
Gənc komsomolçular tərəfindən müdafiə fonduna 300 qram qızıl, 1 kq 561 qram gümüş, 15
ədəd qızıl üzük, 11 ədəd qızıl qolbaq, 5 ədəd qızıl saat və bir çox şeylər vermişdilər [14.v.20].
Komsomolçu gənclər “Azərbaycan kolxozçusu” tank dəstəsi fonduna 1.369.709 manat nağd
pul vermişdilər. Müharibə dövründə komsomolçu gənclərin qüvvəsi ilə 6631 ədəd isti geyim
paltarları və 436708 manatlıq sovqat bağlama toplayaraq ön cəbhədəki döyüşçülərimizə
göndərmişdilər.
16
yanvar
1943-cü
ilə qədər Naxçıvan Muxtar Respublikasının rayonları üzrə
komsomolçuların və pionerlərin “Azərbaycan koxozçusu” tank dətəsinə yığdıqları vəsait aşağıdakı
kimi olmuşdur: Naxçıvan (Babək) rayonu üzrə-230000 manat, Şərur rayonu üzrə-381645 manat,
Ordubad rayonu üzrə-50433 manat, Şahbuz rayon üzrə-41718 manat, Əbrəqunus rayonu üzrə-
35000 manat, Culfa rayonu üzrə-10000 manat, cəmi-748796 manat. “Azərbaycan gənc pionerləri”
tank dəstəsinə yığılan pul vasaiti aşağıdakı kimi olmuşdur: Naxçıvan (Babək) rayon üzrə-780000
manat, Şərur rayon üzrə-318000 manat, Ordubad rayonu üzrə-98970 manat, Şahbuz rayon üzrə-
4000 manat, Əbrəqunus rayonu üzrə-550 manat, cəmi: 410447 manat toplanaraq ödənilmişdir.
“Azərbaycan gənc pionerləri” hərbi təyyarənin inşası üçün rayonlar üzrə: Naxçıvan (Babək) rayonu
üzrə-24710 manat, Ordubad rayon üzrə-11504 manat, Şahbuz rayonu üzrə-3180 manat, Əbrəqunus
rayonu üzrə-2000 manat, Culfa rayonu üzrə-6000 manat, cəmi: 120.114 manat pul toplanaraq
verilmişdir [14.v.3].
Naxçıvan zəhmətkeşləri, o cümlədən respublika komsomolçuları və pionerləri, xüsusilə
Tambov kolxozçularının təşəbbüsünə cavab olaraq “Daha çox tank verək” tank dəstələrinin
yaradılması fonduna 1.279.357 manat pul toplayıb keçirmişlər. Məsələn, Şərur rayonunun Siyaqut
kənd orta məktəbinin V sinif şagirdi pioner Hüseynov Əmir Abbas oğlu 5000 manat, Dəmirçi kənd
orta məktəbinin V sinif şagirdi pioner Həsənov Əli Əhməd oğlu 2400 manat, pioner Mustafayeva
Xavər İlyas qızı 25000 manat, Məmmədov Cəlil Baba oğlu 20.000 manat “Azərbaycan gənc
pioneri” tank dəstəsinin inşası fonduna keçirmişlər. Bundan başqa Dəmirçi məktəbinin pionerləri
bir gün ərzində 26.836 manat toplayıb həmin fonda keçirmişlər [15.v.2].
Şərur rayonun Maxta kənd məktəbinin komsomolçu və pionerləri “Azərbaycan gənc
pionerləri” tank dəstəsinin yaradılması üçün 13.550 manat taplayıb keçirmişlər. Qarabağlar kənd
məktəbinin komsomolçu və pionerləri bu işə daha böyük təşəbbüslə qoşulmuşlar. VII sinif şagirdi
Mədətov Qaraş Mədət oğlu 31 dekabr 1942-ci ildə kəndin gənclərinin yığıncağında çıxış edərək,
tətildə qazandığı 10.000 manat pulu tank dəstəsinin fonduna verdi. Q.Mədətovun çıxışından sonra
15 gün ərzində məktəbin pioner və komsomolçuları “Azərbaycan gənc pioneri” tank dəstəsinin
fonduna 15.000 manat pul keçirdilər.
Bundan başqa Şərur rayon Qıvraq kənd kolxozunun komsomolçu gəcləri 11.000 manat,
Sərxanlı kənd kolxozunun 7 komsomolçusu 12.000 manat pul və 1000 kq taxıl, Yengicə kənd
kolxozunun komsomolçusu Məmmədova Lətifə 2500 manat pul və 150 kq darı, Düdəngə kənd
kolxozunun komsomolçusu Şirəliyev Həsən 6000 manat, Kürtcülü kəndinin sakini kolxozçu
İbrahimov Abbas 8000 manat, Ulya-Noraşen kənd kolxozunun gənc kolxozçusu Mahmudov Ləzgi
5000 manat, Keştaz kənd kolxozunun komsomolçusu Ceyran Qəzənfərov 5000 manat nağd pulu
“Azərbaycan gənc pioneri” tank dəstəsinin yaradılması fonduna keçirmişlər.
Naxçıvan (Babək) rayonun pioner və kolxozçuları da bu təşəbbüsə qoşulmuşlar.
Qaraxanbəyli kəndinin “28 aprel” adına kolxozun gənc komsomolçusu Cəfərov Rza Qara oğlu tətil
zamanı qazandığı 20000 manat, Mərzə kənd kolxozunun komsomolçusu Hüseynəliyeva Zeynəb
İbrahim qızı 10.000 manat, Xalxal kənd kolxozunun komsomolçuları 10.000 manat, Bulqan kənd
kolxozunun komsomolçuları 8.000 manat, kolxozun komsomol təşkilat katibi Abbasov Şirəli 2.000
- 26 -
manat və 60 kq buğda, kolxozun üzvü Bağırov Məmmədəli 3.000 manat, 100 kq buğda və 1 qoyun,
Qaraçuq kəndinin komsomolçuları və pionerləri “Azərbaycan kolxozçusu” tank dəstəsinin inşasına
35.000 manat pul və 2.000 kq buğda toplayaraq keçirmişlər [15.v.13].
Naxçıvan Muxtar Respublikası üzrə təkcə yanvar 1943-cü ilə kimi “Azərbaycan
kolxozçusu” tank dəstəsinə 6.779.771 manat və hərbi təyyarələrin tikintisi üçün 2.326.406 manat
pul yığılıb göndərilmişdir.
Müharibə kolxozların inkişafına və gəlirinin artmasına mane ola bilməmişdir. 1943-cü ilə
nisbətən 1944-cü ildə kolxozların gəliri 80% artmışdır. Naxçıvan MSSR sənayesi 1944-cü ildə
məhsul buraxılışını 1941-ci ilə nisbətən 15% artırmışdır.
Müharibə illərində zəhmətkeşlər tərəfindən Muxtar Respublikada dövlətə kənd təsərrüfatı
məhsulları planları xeyli artıqlaması ilə yerinə yetirilmişdir. Əgər 1940-cı ildə Naxçıvan Muxtar
Respublikası üzrə dövlətə 2899 ton taxıl verilmişdirsə, 1944-cü ildə 3861 ton taxıl verilmişdir ki, bu
da 1940-cı ilə nisbətən 962 ton artıq, yaxud 133,8 faiz təşkil edirdi. 1944-cü ildə dövlətə 1310 ton ət
təhvil verilmişdir ki, bu da 1940-cı ildəkindən 202 ton yaxud 18,3 faiz artıq olmuşdur. 1940-cı ildə
dövlətə 40 ton kartof təhvil verilmişdirsə, 1944-cü ildə isə 148 ton olmuşdur ki, bu da 1940-cı ilə
nisbətən 370 faiz təşkil edir. 1944-cü ildə kolxozçularımız və kolxozçu qadınlarımız dövlətə 641
tərəvəz təhvil vermişdilər. Dövlətə yumurta təhvili 1944-cü ildə 1940-cı ilə nisbətən 215 faiz olmuş,
yağ təhvili isə 8000 kq yaxud 122 faiz artıq verilmişdir.
Azərbaycan KP Naxçıvan Vilayət Komitəsinin və Naxçıvan MSSR Xalq Komissarları
Sovetinin 11 yanvar 1944-cü il tarixli qərarı ilə alman faşist işğalçılarından azad edilmiş rayonların
və vilayətlərin respublika kolxozları şərəfinə qısa bir müddət 450 baş öküz, bundan başqa 120 baş
inək, 1700 baş qoyun və keçi, 80 baş donuz göndərilmişdir [16.v.13].
1944-cü ilin altı ayı ərzində Muxtar Respublika üzrə 690 nəfər hərbi qulluqçu ailəsi işə
düzəldilmişdir. Hərbi qulluqçu ailələrindən 8802 nəfərin uşağı uşaq müəssisələrinə qəbul
edilmişdir.
Bundan başqa 1944-cü ilin 6 ayı ərzində hərbi qulluqçu ailələrinə dövlət yardımı olaraq
2.752.349 manat birdəfəlik yardım edilmiş, 57 ailə mənzillə təmin olunmuş, 176 ailənin evi təmir
edilmiş, 2781 ailəyə paltar, 4321 ailəyə ayaqqabı, 17942 ailəyə 155763 kq ərzaq və 5367 ailəyə
sənaye malları verilmişdir.
Böyük Vətən müharibəsi illərində Şahbuz zəhmətkeşləri ölkənin müdafiə fondunun və Qızıl
Ordu döyüşçülərinin kənd təsərrüfatı məhsulları ilə təmin edilməsində az iş görməmişlər. Rayonun
kolxozları 1941-ci ildən 1945-ci ilə kimi 507,5 ton ət, 13 ton yağ, 42 ton yun, 541,5 ton taxıl, 1337
ədəd gön, 1626 ədəd dəri vermiş və dövlət tədarükat planlarını artıqlaması ilə yerinə yetirmişlər.
Şahbuz rayon zəhmətkeşləri Böyük Vətən müharibəsində Qızıl Ordu üçün təyyarə və tank
dəstələri yaratmaq fonduna 1 milyon 865 min manat pul və 350.000 manatlıq dövlət istiqraz
vərəqəsi verilmişdir.
Müdafiə fonduna möhkəmləndirilməsi üçün Culfa rayon zəhmətkeşləri 1945-ci ilin
əvvəllərində 421019 manat nağd pul, 201000 manat dövlət istiqraz vərəqəsi, 39 ton ət, 50880 kq
taxıl və sair toplayaraq cəbhə üçün göndərmişlər.
Rayonun zəhmətkeşləri “Azərbaycan kolxozçusu” tank dəstəsinin yaradılması üçün öz şəxsi
vəsaitlərindən 81236 manat nağd pul və 96000 manatlıq istiqraz vərəqəsi toplayaraq həmin fonda
vermişlər.
Həmin qulluqçu ailələrinin vəziyyətinin yaxşılaşdırılması məqsədi ilə Culfa rayonu 1943-
1944 və 1945-ci illərdə 488683 manat maddi yardım, 285311 manat təqaüd və 34650 manat
birdəfəlik yardım edilmişdir. Bundan başqa hərbi qulluqçu ailələrinə 500 ədəd paltar, 200 metr
parça və sair ərzaq məhsulları ilə köməklik edilmişdir.
Müharibə illərində cəbhəyə rayon zəhmətkeşləri tank koloniyası təyyarə eskadronuna
1.950.000 manat nağd pul, 250000 istiqraz vərəqəsi, 77 kq rəngli və qara metal, 4500 ədəd
bağlama, 2 kq-a qədər qızıl-gümüş və çoxlu miqdarda isti paltar və ərzaq məhsulları toplayıb
göndərmişlər.
Ümumiyyətlə, Naxçıvan Muxtar Respublikasının zəhmətkeşləri Böyük Vətən müharibəsi
illərində alman faşist işğalçılarının darmadağın etmək üçün müdafiə fonduna 180 milyon 89 min
- 27 -
manat nağd pul, 12 kq qızıl,-gümüş, yarım milyon ton taxıl, 160 min dəstdən artıq isti paltar, 10
mindən artıq bağlama göndərmişlər.
Dostları ilə paylaş: |