Gərginlik uçurumu. Gərginlik uçurumu dedikdə gərginliyin qəflətən azalması və kiçik zaman fasiləsində gərginliyin əvvəlki qiymətini yaxud da ona yaxın qiymətini bərpa olunması hesab olunur. Gərginlik uçurumu əsasən şəbəkə baş verən qısaqapanma nəticəsində yaranır və bu hadisə elektronika cihazları üçün təhlükəlidirlər.
Tezliyin meyli. Şəbəkədə pozulan aktiv güclər balansının mövcudluğu nəticəsində yaranır. Tezliyin amplitud qiymətinin nominal qiymətdən fərqlənməsi tezliyin meyli adlanır. Tezliyin meylinin nominal qiyməti olaraq maksimum qiyməti isə 0.4 hs qəbul olunmuşdur. Qəzadan sonrakı hallarda isə 1 il vaxt ərzində, 90 saat olmaqla tezliyin meyli +0.5 hs-dən -1 hs-ə qədər dəyişə bilər. Tezliyin dəyişməsi şəbəkədə artan enerji itkilərinin yaranmasına səbəb olur və nəticədə texnoloji avadanlıqların məhsuldarlıq qabiliyyəti azalır.
Xüsusi üsullar tətbiq etməklə gərginliyin meylini tələb olunan səviyyədə saxlamaq olar ki, bunlara da gərginliyi yük altında və yüksüz tənzim edən transformatorlar, reaktiv güc mənbələri, uzununa komensasiya qurğularını xətlərə ardıcıl qoşmaqla alınan tənzimləməni misal göstərə bilərik.
Dostları ilə paylaş: |