ŞƏBƏKƏLƏRDƏ elektrik enerjiSİNİn kefiYYƏTİNİN İdarəsi və GƏRGİnlik təNZİMLƏNMƏSİ


Transformasiya əmsalının dəyişdirilməsi



Yüklə 24,97 Kb.
səhifə5/5
tarix02.01.2022
ölçüsü24,97 Kb.
#40139
1   2   3   4   5
Tezis

Transformasiya əmsalının dəyişdirilməsi. İşlədicilərə çatan gərginliyə transformasiya əmsalı təsir edir və bu əmsalın dəyişdirilməsini transformator dolağındakı sarğılar sayını dəyişməklə almaq olar. Transformator dolağında bir neçə çıxış yaradaraq, üç faza dolaqlarında çıxışlardan bir-birinə keçmək üçün xüsusi açar quraşdırılır. Alçaq gərginlikli transformator dolaqlarının çıxışlarından bir-birinə keçid yüksüz halda, yüksək gərginlikli transformatorlarda isə yük altında aparılır. Yüksüz tənzimləmə yəni təsirlənməsiz qoşulmanın dəyişməsi kiçik gərginliyə malik şəbəkələrdə, 400-630 kVA gücə malik transformatorlarda qoyulur. Quruluş 5 dolaq çıxışına malikdir. Bunlara 1 əsas və 4 digər çıxış aiddir. Nominal gərginliyə Unom uyğun olan çıxış əsas çıxışdır. Digər çıxışlar isə nominal gərginliyin qədər gərginlik dəyişilməsini təmin edir. Çıxışların transformatorun yüksək gərginlik tərəfində qoyulmasında məqsəd, sarğılar sayının çox olmasıdır ki, bu da tənzimləmənin daha geniş diapazonda aparılmasına imkan verir. Transformatorlarda, alçaq gərginlik dolağında olan gərginliyi artırmaq lazımdırsa, yüksək gərginlik dolağında olan sarğılar sayını azaltmaq lazımdır, əksinə alçaq gərginlik dolağının gərginliyini azaltmaq istəyiriksə, bu zaman yüksək gərginlik dolağında sarğılar sayını artırmaq lazımdır. Bu quruluş vasitəsilə tənzimləmə ildə bir neçə dəfə aparılır.

YAT qurğusu vasitəsilə gərginliyin tənzimlənməsi transformatoru dövrədən açmadan aparılır. Bu səbəbdən dolayı bu quruluş digərindən çox bahalıdır və bu səbəbdən bu quruluş çox böyük gücə malik və 20 kV gərginlikdən yuxarı gərginliyə malik transformatorlarda istifadə olunur. Belə tənzimləmə vasitəsilə sutkanın istənilən anında tənizmləmə aparmaq mümkündür. Güclü transformatorlarda istifadə edilən YAT quruluşunun çoxlu çıxışları olur. Bu quruluşda aparılan tənzimləmə əl ilə və ya avtomatik olaraq aparılır. Bu çııxışlar yüksək gərginlikli olaqlarda qoyulur, çünki, 3 faza dolaqları ulduz sxemi üzrə birləşdirilir və çox sarğılar sayına malik olur. Üçbucaq sxemi üzrə birləşdirilən dolaqlarda bu quruluşu işlətəmək bir qədər çətin olur.



Tənzimedici (volt əlavəedici) transformatorlar. Bu transformatorlar vasitəsilə, gərginlik tənzim olunur və xətlərdə olan güc axınının yenidən paylanılması tətbiq olunur. Bu transformatorun ikinci dolağı güc transformatorunun ikinci (tənzimedici) dolağına birləşdirilir. Güc transformatorunda çıxışları dəyişərək voltəlavəedici dolaqda müxtəlif qiymətə və istiqamətə malik e.h.q almaq mümkündür.

Bölmənin adı: Elektroenergetika
Yüklə 24,97 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin