§ 12.2. Elektrik enerjisinin tələbatı və paylanması.
Dünyada istehlakcıların elektrik enerjisinə olan tələbatın tam ödənilməsi ücün yeni elektroenergetikanın inkişaf etdirilməsi lazım gəlirdi. Ona görə də su və istilik enerjisindən əlavə, atom,günəş və külək enerjilərindəndəistifsdə edilməyə başlanıldı.
Atom elektrik stansiyaları (AES). Atom elektrik stansiyaları, adətən elə yerlərdə qurulur ki, orada yanacaq və hidravlik resurs olmasın. Bu gun bizim öyrədiyimiz atom enerjisi atomun parçalanmasının, dəqiq desək, nüvə reaksiyasının sənayedə tətbiqidir. AES-in özü istilik elektrik stansiyasıdır. Lakin orada həmin istiliyi almaq üçün daş kömür, torf və sudan deyil, sadəcə olaraq reaktordan alırlar. 1964-cü ildə Moskva yaxınlığında dünyada ilk dəfə olaraq, nüvə yanacağı üzəridə işləyən AES işə salınmışdır. Onun gücü 5000 kvt idi. Yer üzərində hal-hazırda 208-dən çox elektrik stansiyası var. AES dünyada istehsal edilən enerjinin 20 %-ni təşkil edir.
GünəĢ enerjisindən istifadə edən ĠES. Günəş Yerə ən yaxın ulduzdur. O tükənməz nəhəng enerji mənbəyidir. İlk günəş elektrik stansiyası Yaponiyada 1979-cu ildə qurulmuşdur və hal- hazıradək işləyir.
Günəş işıq və istilik şüalandırır. Bu şüalanma radiasıya adlanır. Günəş radiasiyasının Yer səthində paylanması coğrafi enlikdən asılıdır. Ekvatora doğru getdikcə radiasiya artır. Yer səthinə düşən Günəşin enerjisindən 27%-i atmosferin dövrünə 20%-i isə infraqırmızı şüalanmaya sərf olunur. Yer kürəsinə gələn günəş radiasiyasının təxminən 0,2%-indən bitkilər istifadə edir. Günəş enerjisindən istilik və elektrik enerjisi günəş energetika qurğularında istifadə edilir. Günəşdən Yer kürəsinə böyük enerji gəlsədə hava şəraitindən asılı olaraq, bu enerjidən istifadə çətinləşir. Günəş elektrik stansiyalarının işinin səmərəliliyi ölkənin coğrafi mövqeyindən asılıdır. Bu enerjidən istifadə Azərbaycanda bir çox rayonlarda enerji problemini qismən də olsa həll edə bilər.
Külək enerjisindən istifadə edən ES.Külək enerjisindən insanlar hələ keçmiş zamanlardan istifadə etməyə başlamışlar. Azərbaycanda hələ orta əsrdə yel dəyirmanlarından istifadə
edirdilər. Küləyi xarakterizə edən əsas göstəricilərdən biri də onun istiqaməti və sürətidir. Külək havanın yüksək təzyiqli sahələrindən, alçaq təzyiqli sahələrə doğru üfüqi istiqamətdə hərəkətinə deyilir. Küləyin enerjisini sabit olmaması ondan istifadəni çətinləşdirir. Külək enerjisindən istifadəyə görə Almaniya Dünyada birinci yerlərdənbirini tutur. Azərbaycanda ən əlverişli külək şəraiti Abşeron yarmadasında və Xəzər dənizinin qərb hissəsi olan adalardadır. Ölkənin qərbində Gəncə-Daşkəsən zonasinda və Naxçıvan Muxtar Respublikasının Şərur–Culfa ərazisində küləyin sürəti 3-5 m/san olduğu üçün külək enerji stansiyaları yaratmaq mümkündür. Enerji mənbələrindən istifadə olunması üzrə Dovlət Proqramında elektrik enerji istehsalında ölkənin külək enerjisi potensialından da istifadə etmək nəzərdə tutulmuşdur.