§ 12.3. Elektrik enerjisindən istifadə zamanı təhlukəsizlik texnikası haqqında ümümi məlumat. Elektrik təhlükəsizliyinin əsas şərtlərindən biri elektrikləşdirilmiş avadanlıqlarla və mexanizmlərlə əlaqədə olan insanların təlimatlandırılmasıdır. Elektrik cihazları ilə əlaqədə olan hər hansı bir nasazlığı duyduqda təcili tədbir görməli təhlukəli zonanin elektriklə əlaqəsini ayırmalı və buna məsul olan şəxslərə xəbər verilməlidir.
Ümümiyyətlə, desək məişətdə və sənayedə bütün cərəyan daşıyan hissələr, idarə punktları, paylayıcı qurğular, elektrik cihazları, naqillər və s. etibarlı izolyasiyaya malik olmalıdırlar.
O cümlədən xüsüsi cihazlar elə quraşdırılmalıdır ki, naqillərin qidalanma sxemi dərhal kəsilə bilsin. Elertrik cihazları ilə işləyərkən zədələnmələrdən qorunmaq ücün muəyyən vasitələrə əl atmaq lazımdır. Bu vasitələrə rezin əlcək, çəkmə, qaloş, izolyasiya edəcək altlıq və s. daxildir.
Elektrik avadanlığı ilə işləyərkən ətrafda olan metal avadanlıqları nəzərə alaraq onları mütləq yerlə birləşdirmək lazımdır. Elektrik cərəyanı ilə işləyərkən cox ehtiyatlı olmaq lazımdır. Çünki eleltrik cərəyanı ilə zədələnmiş səxsin həmin anda əzələləri qıc olduğundan bu cərəyanın təsirindən azad ola bilmir. Əgər zədələnmiş şəxsə yardım etmək istəyiriksə, onu arxası üstə uzatmalı üstünə isti paltar örtməli müxtəlif hərəkətlərdən cəkindirməli, naşatr spirti iylətməli və ürək nahiyyəsi masaj edilməlidir.
Ümümiyyətlə, elektriklə işləyərkən xüsusi səliqə - səhmana fikir vermək lazımdır. İşlədilən alət və tərtibatları öz əvvəlki yerinə qoymaq lazımdır. Sanitariya və gigiyena qaydalarına riayyət etməli, yanğın təhlükəsizliyi tələblərinə ciddi əməl olunmalıdır. İş yerində olan alətləri məsələn: yastıdodaq və yumrudodaq kəlbətini kəsmək ücün mantyor bıcağını, çəkici ümümiyyətlə, elektrotexnika işlərində istifadə edilən alətləri qorumaq və düzgün istifadə etmək lazımdır.
PRAKTIKI LABORATOR IġLƏRI
1-ci iĢ. ELEKTRĠK CƏRƏYANI GÜCÜNÜN ÖLÇÜLMƏSĠ İşin məqsədi.Vattmetrin quruluşu ilə tanışlıq. Cihazı dövrəyə bağlamağı və elektrik cərəyanın gücünü ampermetrlə, voltmetrlə və vattmerlə ölçməyi öyrənmək.