Cihazlar və avadanlıq: 1. maqnitoelektrik və ya elektromaqnit sistemli, 0-5 a şkalalı ampermetr; 2. eyni sistemli 0-30 v şkalalı ampemetr; 3. eletrodinamik sistemli AST-D tipli vattmetr; 4. hər birinin gücü 25 vt olan bir neçə lampadan ibarət lampa reostatı; 5. taxta lövhə üzərində quraşdırılmış və çıxım sıxacları olan kəsici açar (qoruyucuları ilə birlikdə); 6. cərəyan mənbəyi; 7. birləşdirici məftillər.
ĠġĠN ĠCRА ЕDĠLMƏSĠ
İş üçün sizə verilən cihazlarla tanış olun. Vattmetri nəzərdən keçirin və cihazın təsvirində onu dövrəyə bağlamaq üçün göstərilmiş sıxacları tapın. Vattmetrin tipini və dəqiqlik sinfini müəyyən edin.
Cihazlardan hər birinin şkala bölgüsünün qiymətini hesablayın və cihazların dövrəyə qoşulması üsulunu müəyyən edin. Vattmetrin şkalasında bir bölgünün qiyməti bu düsturla müəyyən edilir:
U H İH ( vt ) C n bölgü burada n – bütün şkalada bölgülərin tam ədəddə sayı, UH və İH – vattmetrin nominal gərginliyi və cərəyanıdır.
Cihazlar, 6-cı şəkildə göstərilmiş sxem üzrə birləşdirin. Ampermetr və voltmetr maqnitoelektrik sistemlidirsə, sxemə enerji vermək üçün sabit cərəyandan istifadə edilməlidir. Cihazlar elektromaqnit sistemli olanda isə sxemə dəyişən cərəyan vermək olar.
Yığdığınız sxemi müəllimə göstərin və onu cərəyan mənbəyinə bağlamaq üçün müəllimdən aldıqdan sonra lazımi ölçü işləri aparın. Bu iş vattmetrin göstərişlərini ampermtrin və voltemrin göstərişləri ilə müqayisə etməklə yoxlamaqdan ibarətdir.
Reostatın müqvimətini dövrəyə daxil edin. Lampa reostatında bir lampanı burub yandırın. Kəsici açarı qoşun və vattmetrin göstərişlərinə nəzər yetirməklə reostatın müqavimətini tədriclə o qədər azaldın ki, onun əqrəbi şkalanın birinci rəqəm yazılmış bölgüsü üzərində dayansın.